Nyu-York merinin baş müşaviri Rəna Abbasova həbs olunub?


Azərbaycanın tanınmış hüquq müdafiəçisi Rüfət Səfərov belə bir status paylaşıb: “Həmyerlimiz Rəna Abbasovanın Nyu-York meri Erik Adamsın baş müşaviri təyin olunmasını, Nyu-York meriyasının beynəlxalq əlaqələrinə rəhbərlik etməsini qürur hissi ilə paylaşmışdıq. Bir il keçdi. Federal Təhqiqat Bürosu Rəna Abbasovanı həbs etdi. Xanım müşavir rüşvət almada, mənimsəmədə və s. ittiham olunur. Çox təəssüf”.

Ölkəmizin müxalif düşərgəsini təmsil edən dostlarımız oxşar məzmunlu onlarla status paylaşıblar. Onların nəzərində o boyda Nyu-Yorkun meri Rəna Abbasovaya etimad göstərib, o isə rüşvətxorluğa qurşanıb. Bizi, yəni Azərbaycanı biabır edib...

Bəs əslində həqiqət necədir?

Elə oradan başlayaq ki, Erik Leroy Adams kimdir? 1960-cı ildə doğulub, qaradərilidir. Keçmiş polis zabiti, 20 il polisdə çalışıb. 2022-ci ildən Nyu-York şəhərinin 110-cu meri seçilib. Demokratik Partiyanın ideoloji cəhətdən mötədil üzvü olan Adams Nyu-York Şəhər Tranzit Polisində, daha sonra isə Nyu-York Şəhər Polis Departamentində (NYPD) çalışıb. 20 ildən çox işləyib, kapitan rütbəsində təqaüdə çıxıb. O, 2006-2013-cü illərdə Nyu-York Ştat Senatında xidmət edib, Bruklindəki 20-ci Senatın dairəsini təmsil edib. 2013-cü ilin noyabrında Adams bu vəzifəni tutan ilk afro-amerikalı olan Brooklyn dairəsinin prezidenti seçildi və 2017-ci ilin noyabrında yenidən seçicilər ona etimad göstərdi. 

Erik Adams deyir ki, o, yeniyetmə olanda polis idarəsində onu o ki var döyüblər. O qədər döyüblər ki, o, sidik yerinə qan işəyib. Yəni yeniyetmə çağlarında çox dəliqanlı birisi olub. Öz müsahibələrində fahişələrlə isti münasibətindən də bəhs edib. 

O da maraqlıdır ki, zorlamaya görə məhkum olunmuş əfsanəvi boksçu Mayk Tayson həbsdən azad ediləndə boksçunu müşayiət edən maşın karvanına Erik Adams rəhbərlik edib. 

2006-cı ildə Adams polis məmuru kimi televiziyaya müsahibə verib və Bələdiyyə Başçısı Maykl Blumberqi tənqid edib. Elə buna görə də 2006-cı ildə o, kapitan rütbəsi ilə polisdən təqaüdə göndərilib...

Nyu-York meri kimi startı isə çox uğursuz olub. Belə ki, yeni merin 8-ci iş günü şəhərdə faciə baş verib. Yanğında 17 nəfər ölüb. Onlardan 8 nəfəri uşaq idi...

Adamsın mer kimi fəaliyyət göstərdiyi ilk aylarda Nyu-York şəhərində kriminal durum ciddi şəkildə pisləşib: Polis zabiti Jason Rivera və Wilbert Mora Harlemdə məişət zəminində baş vermiş iğtişaş zamanı güllə ilə öldürüldü.

Prezident Co Bayden və Baş Prokuror Merrik Qarland Nyu-Yorka səfər etdilər və yeni merə dəstək verdilər...

Adams heç vaxt evlənməyib, lakin Jordan Coleman adlı bir oğlu var. Nyu-Yorkun merinə Amerikada “Nightlife Mayor” (gecə həyatı yaşayan vali) deyirlər. Niyə? Çünki bu adam əylənmək üçün tez-tez gecə klublarına gedir...

2 Noyabr 2023-cü ildə Federal Təhqiqat Bürosunun (ing. Federal Bureau of Investigation, FBI) agentləri Adamsın mer seçkiləri üçün pul yığan adamından üç telefon və iki noutbuk müsadirə etdilər. Noyabrın 6-da Adamsın iPad və telefonu FTB tərəfindən ələ keçirildi. Axtarış elə küçənin ortasında həyata keçirilib. Adamsın vəkili deyir ki, vali FTB-nin tələbinə "dərhal əməl edib". O, hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdiyini və gizlədəcək heç bir şeyi olmadığını bildirib.

Məhz bu olaydan sonra soydaşımız Rəna Abbasovanın adı Amerika mediasının gündəminə daşınır. Heç şübhəsiz ki, bu xanım son dərəcə çevik və ağıllı qadındır. Rəna xanım rəsmi olaraq departamentin protokol şöbəsinin direktorudur. Kifayət qədər yüksək vəzifədir. Amerika mətbuatının məlumatına görə, onun illik maaşı 81.651 dollardır.

ABŞ-nin “The Post” qəzeti şikayətlənir ki, bir neçə dəfə müraciət etsək də, Rəna xanım suallarımıza cavab verməkdən imtina edib.
Meriyadakı işlərlə tanış olan mənbə bildirib ki, Abbasova bu ilin əvvəlində yeni vəzifəyə - beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik edib və merin qatıldığı tədbirlərin planlaşdırılması da onluq olub. Onu tanıyanlar deyir ki, “Rəna sakit və təvazökar insandır”.

Amerika mediası bildirir ki, Rəna Abbasova azərbaycanlıdır. “Dəfələrlə dediyimiz kimi, bu yaxınlarda düzgün olmayan hərəkət edən bir şəxs haqqında məlumat aldıq və bu barədə dərhal müstəntiqlərə məlumat verdik. Bu şəxs dərhal məzuniyyətə çıxarılan kiçik işçi idi və bu gün də məzuniyyətdədir”, - Meriya sözçüsü bildirib.

Nyu-York meriyası bildirir ki, düzgün olmayan hərəkətlərə yol verdiyi ehtimal olunan Rəna Abbasova dərhal məzuniyyətə göndərilib. Meriyanın bəyanatından aydın görünür ki, əsas hədəf Erik Adamsı qorumaqdır. Meriyanın bəyanatında belə bir fikir yer alır: “Yadda saxlamaq lazım olan ən vacib şey odur ki, bələdiyyə sədri heç bir qanunsuzluqda ittiham olunmur”.

Rəna xanımın gördüyü iş bunlar olub: "O, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri, müsəlman və rusdilli icmalar və qeyri-kommersiya təşkilatları arasında əlaqələrin saxlanmasına cavabdeh idi".

Soydaşımız Türk irsi ilə bağlı Amerikada tədbirlər keçirib. 2017-ci ilin aprelində Adams və Türkiyə prezidentinin oğlu tərəfindən dəstəklənən Türklərin Vəqfi arasında görüş təşkili üçün ricada bulunub.

Amerika mediası vurğulayır ki, Rəna Abbasova Türkiyə və Azərbaycan iqtidarı ilə yaxın münasibətdə olub və öz şefi ilə adıçəkilən ölkələrin xeyrinə müəyyən işlər görüb.

İstintaq Adamsın yanğın təhlükəsi ilə bağlı narahatlıqlara baxmayaraq, Türkiyə konsulluğunun inşası üçün Brooklyn mahalının ozamankı prezidenti kimi şəxsi nüfuzundan istifadə edib-etmədiyini araşdırıb. “The Post”un nəzərdən keçirdiyi kampaniya qeydlərinə görə, vali Adamsın seçki kampaniyası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilalın dəstəklədiyi bir fonddan 6 min dollar məbləğində ianə alıb. 3 donor bu kampaniyaya qatılıb...

Onu da deyim ki, Rəna Abbasova həbs olunmayıb. O, sadəcə məzuniyyətə göndərilib. Ümumiyyətlə, bu kimi ittihamlara görə Amerikada kimisə həbs eləmək çox çətindir. Məsələn, ABŞ Konqresində erməni lobbisinin əsas müdafiəçisi kimi tanınan Bob Menendes az qala 10 ildir ki, rüşvət və korrupsiya qalmaqalında suçlanır. Ancaq hələ də o, həbs olunmayıb. Sadəcə Konqresin Xarici Əlaqələr Şöbəsinin rəhbəri vəzifəsindən istefa verməli olub...

Heç şübhəsiz ki, Rəna Abbasova ilə bağlı da bu məsələ uzanacaq. Nə qədər Erik Adams Nyu-Yorkun meridir Rəna Abbasova həbs olunmayacaq. Bir daha vurğulayıram, Erik Adams Demokratlar Partiyasının üzvüdür. Demokrat Co Bayden hazırda Amerikanın prezidentidir...
Onu da deyim ki, Nyu-York merinin başqa bir köməkçisi-Winnie Greco da FTB tərəfindən dindirilir. Bu xanım əslən çinlidir. 1990-cı ildə Amerikaya gəlib. O, Çin və digər Asiya ölkələrinin Nyu-Yorkdakı seçki kampaniyasına maddi dəstək verməsini təmin edib. Amerika qanunlarına görə, seçki kampaniyasına pul köçürmə qanunla tənzimlənir. Bu qanunlar isə o qədər “sürüşkən”dir ki, bu kimi hallara görə kimi isə mühakimə etmək son dərəcə çətindir.

Yazını buradan oxuya bilrəsiniz.

//nypost.com/2023/11/15/metro/adams-staffer-who-acted-improperly-idd-put-on-leave-amid-fbi-probe-sources/?fbclid=IwAR0t1fnjXG2CHW0PO3WcFyG-2kOex5U1vAEjWfJaNXLL9aiUaqYYSNYDUN4_aem_AcDX7sw7o_Uda0uEtMCoFgV91Y1CnGO8TrtstgJIqAN7aS5tBz0IjGHL5GWKlIH-aQVTTlI2ZprKt8aAuKiA__k8

Mənbə: Qafqazinfo.az



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO