Gəncədə Çıraqlılar adlanan məhəllədə yaşayış evində yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə Rəfibəyli küçəsində A.Rəhimova məxsus ümumi sahəsi 136 kvadratmetr olan evdə divanın alışması nəticəsində evdə yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev sahibinin qayınatası, 1945-ci il təvəllüdlü F.Kazımov müxtəlif dərəcəli yanıq xəsarətlərii alıb. O, xilsaedicilərin köməkliyi ilə evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib, ona 2-ci dərəcəli yanıq diaqnozu qoyulub.
Yanğın söndürülüb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Məqsəd Rəhimov Bizim. Media Qərb Bürosu