“İkinci arvad alarkən mütləq birinci ilə məsləhətləşmə aparılmalıdır” - İLAHİYYATÇI

Son zamanlar evli kişilərlə dini nikah bağlayan qızların sayı artır. Bir çoxları belə düşünür ki, əgər arada dini nikah varsa, evli kişiylə münasibət qurmaq günah hesab olunmur. İslam dinində kişinin çoxevliliyinə bir sıra şərtlər əsasında icazə verilir. 

Maraqlıdır, bəs şəriətdə evli kişinin birinci həyat yoldaşının xəbəri olmadan, başqa bir qadınla dini nikah bağlamasına icazə varmı?

İlahiyyatçı Tural İrfan Bizim.Media-ya bildirib ki, İslam dinində bütün hökmlər, ailə - məişət məsələri də daxil olmaqla mütləq bir səbəbə, hikmətə, bəzən də zərurətə əsaslanır: 

“Doğrudur dinimizdə təkrar evlənməyə icazə var. Ancaq bu da həvayi - nəfsə, kefə bağlı məsələ deyil. Ədalətə, normal münasibətlərə, razılığa riayət edərək problemlərə səbəb olmadan, təkrar evlənməyə sosial səbəb olmalıdır. Peyğəmbərin həyatında da bu cür olub. İlahiyyatçının sözlərinə görə kişi təkrar evlənirsə, həyat yoldaşının məlumatı, razılığı olmalıdır:

“Ancaq bu, şəriətə əsaslanır. Qanunlarımıza görə isə ölkəmizdə yalnız bir qadınla rəsmi nikaha icazə var. Başqa bir sıra müsəlman ölkələrində təkrar rəsmi nikaha icazə var. Azərbaycanda da ilk həyat yoldaşının müəyyən problem ucbatından övladı olmadığına görə, onunla boşanmadan və razılığı ilə təkrar evlənib uşaq sahibi olan çoxsaylı insanlar tanıyıram. Ancaq evli kişilərlə gənc qızların evlənməsi şəriətə müxalif olmasa da, əgər cəmiyyətdə ikrah yaradırsa, adət - ənənələrimizə də ziddirsə, doğru deyil. Baxmaq lazımdır ki, bu kimi evliliklər nə üçün baş verir, səbəb nədir?

Bəlkə də gənclərin evlənməyə imkanı yoxdur, sosial problemlər içində çabalayırlar və buna görə də müəyyən qızlar evli, imkanlı şəxslərin ikinci arvadı olmağını daha üstün tuturlar. Başqa nə səbəb ola bilər ki? Bir şeyin əsl səbəbini, mahiyyətini bilmədən onu tənqid yaxud təqdir etmək obyektiv olmaz. Ona görə, öncə bunun əsl səbəbini araşdırmaq vacibdir”.

T.İrfanın sözlərinə görə, gənclər arasında narkomaniya, tibbi problemlər, sosial vəziyyətin ağırlığı, müxtəlif xəstəliklər həddən çox artıb: 

“İşsizlik  isə gənclərin evlənməsində əsas problemdir. Varlı, imkanlı, vəzifəli məmurlar ikinci dəfə cavan qızlarla evlənməyi dəbə salıb. Bəziləri də həccə gedib sonra da sponsorluq etdikləri müğənnilərlə ikinci, yaxud üçüncü dəfə evlənirlər.

Lakin hər bir halda ikinci arvad alarkən mütləq birinci ilə məsləhətləşmələr aparılmalıdır. Əgər buna zərurət varsa, ilk arvad da etiraz etmirsə, maddi vəziyyəti, ikisi arasındakı ədaləti, sosial keçimi də nəzərə alaraq icra oluna bilər. Adam var ki, həyat yoldaşı ağır və sağalmaz xəstəliyə düçar olub, özü məsləhət görüb ki, əri evlənsin.

Həyat yoldaşı da evlənib, ikinci qadın xəstə xanıma qulluq edir, ona baxır, qayğısına qalır.  Mentalitetimizdə də belə şeylər çox olub. Ancaq belə məsələləri ictimailəşdirib başqalarına da nümunə göstərmək, ənənəvi hala salmaq düzgün deyil. Zərurət zamanı edilən işlər davamlı adət formasını ala bilməz. Dinimiz də bu cür buyurur”.
“Həyat yoldaşından gizli evlənənlər bilsin ki, haçansa xanımına mütləq məlumat çatacaq və ola bilsin ailəsi dağılacaq, hətta ikinci evliliyi də qana dönəcək. Ona görə mütləq hər bir iş, hər əməl razılıqla olmalıdır” - deyə ilahiyyatçı bildirib. 

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alimlər Okeaniya sakinlərində minlərlə aktiv denisov geni tapıblar

Alimlər Okeaniya sakinlərində minlərlə aktiv denisov geni tapıblar

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Gəncədə evdən meyit tapıldı

Gəncədə evdən meyit tapıldı

TikTok-da yayılan yeni "qəribə" TREND

TikTok-da yayılan yeni "qəribə" TREND

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

İvanka Tramp pərəstişkarlarını heyran qoydu - FOTO

İvanka Tramp pərəstişkarlarını heyran qoydu - FOTO

Fransada anomal istilər: Temperatur 40 dərəcəni keçdi

Fransada anomal istilər: Temperatur 40 dərəcəni keçdi

Şahbaz Şərif də ABŞ-İran danışıqları üçün İsveçrəyə uçdu

Şahbaz Şərif də ABŞ-İran danışıqları üçün İsveçrəyə uçdu

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Bu gün rezidenturaya imtahan var

Bu gün rezidenturaya imtahan var

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

End of content

No more pages to load

RADİO