Rus dilini bilməyən valideynlər niyə övladını rusca təhsilə YÖNLƏNDİRİRLƏR?  

Azərbaycanda rus dilində təhsilə maraq artmaqdadır. Valideynlər övladlarının rus dilində təhsil almasına can atırlar. Bunu hər il rus bölməsində yaşanan şagird sıxlığında da görmək mümkündür.

Dəfələrlə bu sıxlığın aradan qaldırılması üçün hansı addımların atılacağı müzakirə olunur. Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirdiyi sonuncu brifinqdə məsələyə toxunaraq rus bölməsində əlavə siniflərin artırılmamasının səbəbinin müəllim çatışmazlığı olduğunu qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan təhsilində rus dili qorunub saxlanılacaq


Lakin ilbəildən niyə belə həvəsin artdığı maraq doğurur. Təcrübə göstərir ki, rus dilini bilməyən və övladlarının dərslərinə elementar formada kömək edə bilməyən valideynlər niyəsə uşaqlarını rusca təhsilə yönləndirirlər.

Bəs rus dilini bilməyən valideynlər övladını niyə rusca təhsilə yönləndirir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov övladının rus bölməsində təhsil almasını istəyənləri üç qrupa bölüb:

"Birinci kateqoriyaya aid olanlar özləri rusca təhsil alanlar, ailədə rusca danışanlardır. Onlar ölkədə rusca təhsilin verildiyini düşünüb övladlarını bu bölməyə yönəldirlər. İkinci, rus bölməsində təhsil alan uşaqların bir-birinə davranışları, münasibətləri daha mədənidir. Nəticə etibarı ilə fikirləşirlər ki, mənim övladım rus bölməsində oxuyursa, onun da davranışı, xarakteri o şəkildə olacaq. Üçüncü, kateqoriyada olan insanlar isə sadəcə “mənim də övladım rus bölməsində oxusun” prinsipini əsas götürürlər.

Birinci kateqoriyadan olanları başa düşürük. Düzdür, dövlət dilimiz Azərbaycan dilidir, biz milli xüsusiyyətlərimizi qoruyub saxlamalıyıq. Amma istənilən halda ailədə rusca danışılır və o səbəbdən də rus bölməsinə müraciət edirlər".

Ekspert Azərbaycan və rus bölməsi arasındakı fərqlərə toxunub:

"Rus bölməsində müəllimlər və uşaqlar arasında ümumi davranış, ünsiyyət doğru-düzgün seçilir. Azərbaycan bölməsində bu belə deyil. Nəticə etibarı ilə bu iki bölmə arasında tərbiyə sistemində ciddi fərqlər meydana gəlir. 

Birinci növbədə ölkənin bütün ümumtəhsil müəssisələrində bilməlidirlər ki, 2014-cü ildə Təhsil Nazirliyinin qərarı ilə müəllimlərin etik davranış qaydaları müəyyən olunub. Həmin qaydalarda konkret olaraq göstərilib ki, müəllim şagirdlə ünsiyyət zamanı doğru ünsiyyət tərzi seçməlidir. Müəllim şagirdə soyadla, rəsmi müraciət etməlidir. Yəni pərdəni qaldırmamalıdır".

O, bunun digər tərəfini isə xarici dilin tədrisindəki axsamalarda görüb:

"Rus dili xarici dildir, hər hansı xarici dili bilmək insana əlavə şərait yaradır. Valideyn də fikirləşir ki, övladım ən azı bir xarici dili bilmiş olacaq. Bunun da qarşısını almaq üçün ümumi təhsil məktəblərində xarici dilin tədrisini yaxşılaşdırmalıyıq. Ölkənin təhsil sistemində 30 minə yaxın xarici dil müəllimi var, onların 1 faizi, 300 nəfəri, bəlkə də tədris etdiyi dildə normal ünsiyyət saxlaya bilir”.

Ekspert əlavə edib ki, təhsil haqqında qanunlara baxsaq görərik ki, konkret şəkildə tam orta məktəbi bitirən məzunlar bir və ya bir neçə xarici dildə ünsiyyət saxlamağı bacarmalıdır:

“Hazırda məktəblərdə işləyən xarici dil müəllimləri özləri tədris etdiyi fəndən ünsiyyət saxlaya bilmirlərsə, şagird və məzunlar necə saxlasınlar?! Xarici dil müəllimlərinin peşəkarlığına diqqət etmək lazımdır. Təklif edirik ki, xarici dil müəllimlərinin sertifikasiyanın müsahibə mərhələsi yarım saat olsun və tədris etdikləri dildə aparılsın. Müəllimlərin işə qəbulunda da, xarici dil müəllimlərinin hazırlığında da bu məsələ olmalıdır. Bu məsələlərə diqqət olunsa, rus bölməsinə axın azalacaq. 

Eyni zamanda, tədris tamamilə Azərbaycan dilinə çevrilməlidir. Kim istəyir ödənişli əsaslarla başqa dildə təhsil alsın. Düşünürəm ki, bu da uzaqda deyil, yaxın iki ayda məktəblərin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı addımlar atılacaq. Məktəblər artıq ödənişli şəkildə təhsil vermək hüququnda olacaqlar".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO