Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində Əhmədli Səbuhi Arif oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, hadisə martın 9-da baş verib.
Bizim.Media