Stavropolda “parnik”ə 61,7 milyon dollar yatıran azərbaycanlı kimdir? - FOTO

Azərbaycandan olan investor Stavropol diyarında “Vostochnıy” istixana kənd təsərrüfatı kompleksinin tikintisinə 5,6 milyard rubl (təxminən 61,7 milyon dollar) sərmayə qoyacaq.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, bu barədə TASS-a regional İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Denis Polyubin məlumat verib:

“Levokumski rayonunda "Vostochnıy" kənd təsərrüfatı kompleksinin tikintisinə qoyulan investisiyaların həcmi 5 milyard 660 milyon rublu ötür. Layihə həyata keçirilir, o cümlədən investor artıq lazımi avadanlıq alıb. İstismara verilməsi 2024-cü ilin sonuna qədər planlaşdırılır".

Nazirlikdən verilən məlumata görə, istixana kompleksinin sahəsi 22 hektara yaxın olacaq:

"İstixana kompleksi regionun ən böyüklərindən biri olacaq. Kompleksdə pomidor və xiyar yetişdirilməsi planlaşdırılır".

Bundan əvvəl Stavropol hökuməti jurnalistlərə bildirmişdi ki, bölgədə ümumi sahəsi təxminən 336 hektar olan 12 istixana kompleksi fəaliyyət göstərir. 2023-cü ilin sonunda bu komplekslərdə tərəvəz - pomidor, xiyar, salat və badımcan istehsalı təxminən 112,7 min ton təşkil edib.

Qeyd edək ki, “Aqrokompleks Vostoçnı” MMC-nin sahibləri “Aqro-Finans-Yuq” MMC (99 faiz) və RSHB strukturu “RSHB-Finance” MMC-dir. Agro-Finance-South Yusif Məmmədov (51 faiz) və Şamil Heydərova (49 faiz) məxsusdur.
“Aqrokompleks Vostoçnı” MMC-nin direkotru Heydərov Xaqani Bilal oğlu adlı şəxsdir. Rusiya reyestrinə əsasən o, həmçinin daha 4 müxtəlif MMC-nin direktoru, bir müəssisənin təsisçisidir.

Maraqlıdır ki, 2021-ci ildə Stavropol məhkəməsində 280 milyon rubl borcu olduğuna görə “Aqrokompleks Vostoçnı” MMC-nin müflis elan edilməsi iddiası ilə proses başladılıb.

Rusiya mətbuatında gedən materiallardan aydın olur ki, müəssisə ilə bağlı müzakirələrdə Azərbaycan Milli Məclisinin sabiq üzvü Əsabil Qasımov da iştirak edir. Bir neçə gün əvvəl Rusiya mətbuatında onun şirkətinin Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın inşasına 9 milyard rubl (97,4 milyon ABŞ dolları) sərmayə qoymağa hazırlaşdığına dair məlumat yayılıb.

Məlumatda kurortun rəhbəri Yevgeni Bakulin azərbaycanlı investorun ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağladığını bildirib.

Vurğulanıb ki, bu vəsaitə 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub. Bakulin artıq Jeleznovodskda Azərbaycan sərmayələrinin uğurla icrasının şahidi olduqlarını da xatırladıb. Mətbuatın yazdığına görə, bu sərmayələri sahibi də Əsabil Qasımovdur. O, 2021-ci ildə burada ən böyük kurortlarından biri olan beşulduzlu "İstoçnik Jeleznovodsk” sağlamlıq kurortunu istifadəyə vermişdi. Sanatoriyanın yataq tutumu 500 çarpayıdır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi 2 milyard rubldan artıqdır.

Əsabil Qasımov açılışda da iştirak etmişdi. Ə.Qasımov 2016-ci ildə Yessentukidə də 1.5 milyard rubl investisiya hesabına 400 yerlik "İstoçnik” sanatoriyasını açmışdı.

Əsabil Qasımov “Karat Holdinq”in sahibidir. Şirkət 2006-cı ildə yaradılıb. 2010-cu ildə 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçildikdən sonra Əsabil Qasımov biznesini yaxınlarına “tapşırmışdı”.

“Karat Holdinq"ə bu şirkətlər daxildir:

- Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri);

- “Azinvest” tikinti şirkəti;- "Everest-M", "Şin Servis" (armatur alqı-satqısı);

- Karmen MMC (dəyirman və un alğı-satqısı);

- Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki;

- ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq fabrikləri), taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində);

- Gəncə Fatoğlu (un dəyirmanı);

- Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" oteli;

- Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran;

- Bakı şəhəri, Səməd Vurğun küçəsində "Ağ Saray";

- Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina;

- İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina;

- Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market".

“Karat Holdinq”in Rusiyada biznesi bununla kifayətlənmir: bundan öncə şirkət Moskvanın cənubundakı Taqanski rayonunun Böyük Poluyaroslavk döngəsində yerləşən və "Vasili Osipoviç Krasavin və qardaşları” ticarət birliyinə məxsus binanı demontaj edirdi. Onun yerində sahəsi 11,3 min kvadrat metr olacaq apartament tipli mehmanxana tikilib.

Paralel olaraq, "Karat Holding” Moskvanın Nikoloyamskaya 11 küçəsində yerləşən "Bernikov” biznes mərkəzini 1,47 milyard rubl (21,3 milyon dollar) qarşılığında satın alıb. Rusiya paytaxtının mərkəzində yerləşən və 17 min kvadrat metr sahəni əhatə edən biznes-mərkəzinin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyi açıqlanır.

Şirkət 2017-ci ildə Kislovodsk şəhərində yerləşən "Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb. Holdinq Moskva vilayətində yerləşən Podolsk çörək və un məmulatları zavodunun da əsas səhmdarıdır.




Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

Rusiyada helikopter radarlardan itdi

Rusiyada helikopter radarlardan itdi

Böyük Vətən Müharibəsinin başlamasından 85 il ötür: milyonların yaddaşında yaşayan səssiz tarix

Böyük Vətən Müharibəsinin başlamasından 85 il ötür: milyonların yaddaşında yaşayan səssiz tarix

İranın İsfahan əyalətində iğtişaşlarla bağlı 4 mindən çox cinayət işi açılıb

İranın İsfahan əyalətində iğtişaşlarla bağlı 4 mindən çox cinayət işi açılıb

Krım sakinlərinə çağırış: "Kondisionerləri və artıq elektrik cihazlarını söndürün"

Krım sakinlərinə çağırış: "Kondisionerləri və artıq elektrik cihazlarını söndürün"

Livanda sülh olmadan İran ABŞ ilə növbəti mərhələyə keçməyəcək

Livanda sülh olmadan İran ABŞ ilə növbəti mərhələyə keçməyəcək

Qırğızıstanda sel fəlakəti: "Beş-Taş" milli parkından 50 nəfər təxliyə edildi - VİDEO

Qırğızıstanda sel fəlakəti: "Beş-Taş" milli parkından 50 nəfər təxliyə edildi - VİDEO

“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzaladı

“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzaladı

İsrail ordusu HƏMAS şəbəkəsini ifşa etdi - VİDEO

İsrail ordusu HƏMAS şəbəkəsini ifşa etdi - VİDEO

Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi AÇIQLANDI

Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi AÇIQLANDI

Braziliyada milyonlarla sakinə "yadplanetlilərin hücumu" barədə saxta xəbərdarlıq göndərildi

Braziliyada milyonlarla sakinə "yadplanetlilərin hücumu" barədə saxta xəbərdarlıq göndərildi

Los-Ancelesdə anbar yanır: Şəhərdə fövqəladə vəziyyət elan olundu - VİDEO

Los-Ancelesdə anbar yanır: Şəhərdə fövqəladə vəziyyət elan olundu - VİDEO

Qahirədə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri bir arada - FOTO

Qahirədə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri bir arada - FOTO

Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

"Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

"Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

End of content

No more pages to load

RADİO