Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icmaların sədrlərinin birinci toplantısı keçirilib - FOTO

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icmaların sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin birinci toplantısı keçirilib.

Bu barədə Bizim.Media-ya  Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Qərbi Azərbaycan İcmasında keçirilən tədbirdə çıxış edən İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış uğrunda İcmanın ətrafında birləşən rayon və kənd icmalarının rəhbərlərinin toplantısının önəmini qeyd edib.

Sədr bildirib ki, ötən əsrdə dörd dəfə doğma ata–baba yurdlarından deportasiya edilmiş qərbi azərbaycanlılar evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Sonuncu - 1987-1991-ci illərdəki deportasiya zamanı Ermənistanın tamamilə monoetnik dövlətə çevrildiyini vurğulayan sədr qərbi azərbaycanlıların çıxarıldıqları yurd yerlərinin bu gün də boş və dağıdılmış, talan edilmiş halda olduğunu diqqətə çatdırıb.

Əziz Ələkbərli qeyd edib ki, soydaşlarımızın sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışının təmin edilməsi istiqamətində hər bir qərbi azərbaycanlı səfərbər olmalı, haqq səsimizin daha geniş auditoriyaya çatdırılması istiqamətində əlindən gələni etməlidir. Bu məqsədlə Qərbi Azərbaycanın rayon və kənd icmalarının sədrlərinin üzərinə böyük mənəvi məsuliyyət düşür. Qərbi azərbaycanlıların nəinki indi, gələcəkdə qayıdışdan sonra da kompaktlığını təmin etmək, əlaqələrinin sıxlığının qorunub saxlanması kimi məsələlərdə bu şəxslərin rolu vacibdir.

Görüş rayon və kənd icmalarının sədrlərinin və nümayəndələrinin sualları əsasında müzakirələrlə davam edib.

Qeyd edək ki, Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrin birinci toplantısının keçirilməsi icma sədrləri və nümayəndələrinin ilk birgə toplantısı olmaqla onların ictimai əsaslarla vəzifə səlahiyyətləri, tutduqları vəzifələrin icrasına yönəlmiş təlimatlandırma, eyni zamanda, Qərbi Azərbaycan məsələsi ətrafında dövlətin siyasi hədəfləri və prioritetlərinin şərhi məqsədini daşıyır.











Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

II cəhd imtahanında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ!

II cəhd imtahanında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ!

Vəzifəsindən gedən Starmeri belə ələ saldılar - FOTO

Vəzifəsindən gedən Starmeri belə ələ saldılar - FOTO

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü – FOTO

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü – FOTO

Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Trampdan İspaniyaya SƏRT TƏNQİD

Trampdan İspaniyaya SƏRT TƏNQİD

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Ursula fon der Lyayen İrəvandadır – VİDEO

Ursula fon der Lyayen İrəvandadır – VİDEO

İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO

İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında – FOTO

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında – FOTO

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

Supermodel tanınmaz halda – FOTO

Supermodel tanınmaz halda – FOTO

Kiyev gecə hücumundan sonra – FOTO-VİDEO

Kiyev gecə hücumundan sonra – FOTO-VİDEO

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski – Onun cənazəsi niyə gizli DƏFN OLUNDU?

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski – Onun cənazəsi niyə gizli DƏFN OLUNDU?

Ukrayna "LUKOYL”un neft emalı zavoduna zərbə endirdi – FOTO-VİDEO

Ukrayna "LUKOYL”un neft emalı zavoduna zərbə endirdi – FOTO-VİDEO

Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

Cennifer Lopez: "İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir”

Cennifer Lopez: "İnsanlar bir-birinə “Ayrılmısınız? Təbrik edirəm!” deməlidir”

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Xankəndiyə gedən avtomobil yolundan YENİ XƏBƏR VAR - VİDEO

Xankəndiyə gedən avtomobil yolundan YENİ XƏBƏR VAR - VİDEO

İyulda varlanacaq BÜRCLƏR: ayın 4 əsas şanslısı

İyulda varlanacaq BÜRCLƏR: ayın 4 əsas şanslısı

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO