15 yaşını qeyd edən “Media FM” – Radionun təsisçisi Rüstəm Əliyevlə MÜSAHİBƏ 

Azərbaycan efirində sayılıb, seçilən radiolardan biri də FM 105.5-dir. 2008-ci ildə təsis olunan “Media FM” radiostansiyası 2009-cu il fevral ayının 10-da Bakı və Abşeron ərazisində 105.5 MHz FM tezliyində yayıma başlayıb. 

Musiqi format ən yeni “Hit”lər, proqram format isə əyləncə olan radiostansiya yayıma başladığı ilk günlərdən dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. “Media FM”i bütün Azərbaycan ərazisində 105.5, 105.7 və 105.3 FM tezliklərində dinləmək olar.

Bu gün “Media FM”  özünün 15 yaşını qeyd edir. Bu əlamətdar gün münasibəti ilə Bizim.Media “Media FM” radiostansiyasının təsisçisi və baş direktoru Rüstəm Əliyevdən müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik: 

- Rüstəm müəllim, əvvəla yubiley münasibətilə Sizi və “Media FM” ailəsini təbrik edirik.

- Çox sağ olun.

- 15 il bir yaradıcılıq platforması üçün az vaxt deyil. Ötənlərə nəzər salarkən daha çox hansı uğurlar yada düşür?

- Yazılı mediadan fərqli olaraq efir mediası, xüsusən də radio efiri arxivlərdə, hansısa audio platformalarda saxlanılmır. Dinləyicilər də əsasən radionu yayım zamanı dinləyirlər. Təəssüf ki, müəyyən vaxtdan sonra çox böyük zəhmət hesabına ərsəyə gələn maraqlı proqramlar, parlaq radio aparıcılarının yaradıcılığı unudulur. Bu radio fəaliyyətinin xüsusiyyətidir. Amma yaxşı ki, illik sorğular keçirən şirkətlərin elan etdiyi nominasiyaların nəticələri qalır. Sevinirəm ki, 15 il böyük uğurlarla yadda qalıb. Belə ki, radiomuz 5 dəfə “İlin radiosu” seçilib. Bu dinləyicilərin və ekspert camiyəsinin verdiyi qiymətdir. Amma “Media FM”-in son 15 ildəki fəaliyyətinə bir az da detallı nəzər salsaq bunları qeyd edə bilərik: 

Birincisi, “Media FM” Azərbaycanda ilk dəfə “Aidio over İP” texnologiyası ilə qurulan radiostansiya olaraq, FM diapazonunda yeni səs keyfiyyəti standartları tətbiq etdi. İkincisi səhər və axşam radio şoularında birdən çox, 2 və ya 3 aparıcının təmsil olunduğu veriliş formatının tətbiq edərək, dinləyicini yormayan, içini sevə-sevə dinlənilən gözəl səslərin doldurduğu format ərsəyə gətirildi. Üçüncüsü, “Media FM” ölkəmizdə ilk dəfə olaraq musiqi seçimində top 100 Hit formatını tətbiq etdi və nəticədə dinləyici günün istənilən vaxtında radionu dinlədikdə sevilən hit musiqidən zövq almağa başladı.

- Rüstəm müəllim, nəzərə alsaq ki, ölkəmizdəki radiolar arasında kifayət qədər ciddi rəqabət var. Bu rəqabət mühitində “Media FM” özünü necə hiss edir?

- Rəqabət özümüzü inkişaf etdirmək üçün əsas stimuldur. Rəqabət Media FM komandasının qarşısına daima yeniliklər axtarışında olmaq, “formada qalmaq” tələbləri qoyur. Bütün şoularımız və proqram siyasətimiz hər yayım mövsümündə yenilənir. Yeni musiqi tərtibatı, yeni müsabiqələr, yeni sloqanlar və formatda daxil edilən yeni rubrikalarla zənginləşdirilir. Çünki, dinləyicini hər gün təkrarlarla yormaq olmaz. Bu həm də radionun reytinqinə mənfi təsir göstərər. Məhz buna görə, biz işimizin bu tərəfinə çox diqqətlə yanaşırıq. 


- Rəqabət tam sağlamdırmı?

- Təəssüflə deməliyəm ki, yox.  Biz özünü maliyyələşdirən bir qurumuq. Əsas gəlirimiz də reklamlardan formalaşır. Amma reklamların cəlb edilməsində  ölkəmizdə fəaliyyət göstərən radiolar bəzən yaradıcılıq rəqabəti, yüksək keyfiyyətli səslənmə rəqabəti yerinə aşağı qiymətə satış rəqabəti tətbiq edir. Bu da reklam bazarını korlayır. Nəticədə həm özlərinə, həm də digər radiolara maddi ziyan vuraraq, radio sektorunun inkişafının ləngiməsinə səbəb olurlar. Buna baxmayaraq, “Media FM” öz səviyyəsini qoruyub saxlayır.

- Sizcə Media FM radiosunu digər radiolardan fərqləndirən xüsusiyyətlər hansılardır?

- İşinə sadiqlik, yarandığı gündən qoyduğu ənənələrə sadiqlik, dinləyicilərinə olan sədaqət. Bax, bunlar bizi fərqləndirir. Məsələn, bizim radioda avtomobil təmiri, ustaları, ehtiyyat hissələri və bu qəbildən olan yol hərəkəti qaydalarının uzun-uzadı müzakirəyə çixarıldığı radio verlişlər eşidə bilməzsiniz və eşitməyəcəksiniz! “Media FM” “az olsun, saz olsun” prinsipini əsas götürərək, 21-ci əsrin radio dinləyicisinə hörmətlə yanaşır. Buna görə dinləyicilər də bizə hörmətlə yanaşır və işimizi dəyərləndirirlər. 

- Medianın üç qızıl qaydası var – xəbər vermək, maarifləndirmək və əyləndirmək. Media FM bu qaydalara əməl edə bilirmi?

- Əlbəttə bilir… Həftə içi hər gün saatın başlanğıcında xəbərlərin baş redaktoru Xəyal Cavadov ölkədən və dünyadan ən son xəbərləri dinləyicilərə təqdim edir, “Təp-təzə” səhər şousunun aparıcıları Emil Nəsirov, Kamran Həsənov, Səbinə Əliyeva və prodüserimiz Ruslan Dadaşovun hazırladığı müsabiqələrdə verilən suallar və cavablarla dinləyicilər maariflənir. “Şam yeməyi” adlı axşam şoumuzda da Şahin Tayfun, Həbib Rüstəm və Annanın təqdimatında hazırlanan müsabiqələr də eyni məqsədə xidmət edir. Əyləndirmək isə, necə deyərlər bizim işimizdir. Səhər-axşam evdən-işə, işdən evə gedənlərə xoş əhval bəxş etmək üçün əlimizdən gələni sevə-sevə edirik və bundan özümüz də zövq alırıq. 


- Media FM üçün prioritetlər hansılardır?

- Radionun əsas ifadə vasitələri səs-söz-musiqidir. Ona görə də Azərbaycan dilində gözəl danışa bilən və cəlbedici səsə sahib radio aparıcıların hazırlanması radiomuzun fəaliyyətində əsas prioritetlərdəndir. Kreativlik! Sözə, mənaya yeni dəyər qatmaq. Mənanı ifadə etmək üçün yeni ifadələr, anlamlar düşünüb-tapıb dinləyiciləri – sözə, səsə dəyər verənləri məmnun etmək.

Bir də keyfiyyətli musiqi seçimi sayəsində melomanların daimi dostu olaraq qalmaq. Bu işdə proqram direktoru və musiqi redaktorumuz Ülkər Qocayevanın işi və zəhməti təqdirəlayiqdir.

- Yaxın zamanlarda dinləyicilər Media FM-dən hansı yeniliklər və sürprizlər gözləyə bilər?

- Yeniliklər adətən yeni yayım dönəmi başlayarkən tətbiq olunur. Amma bir yenilik təkcə “Media FM”-in deyil, Azərbaycanın bütün özəl radiostansiyaları üçün əlamətdar olacaq. 2023-cü ilin yayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin radio yayımlarının təkmilləşdirilməsi, coğrafiyasının genişləndirilməsi və dayanıqlılığının artırılması üçün vacib sərəncam imzaladı. Sərəncama əsasən dövlət büdcəsindən ayrılan vəsait hesabına çox sayda müasir radioötürücü, güclü antenna sistemləri, generator və elektrik avadanlıqları alınaraq quraşdırılır. Nəticədə ölkənin özəl radioları bütün bölgələrdə, xüsusən də işğaldan azad edilmiş ərazilərdə, ölkəmizin sərhədyanı yaşayış məntəqələrində yüksək səs keyfiyyəti ilə qəbul olunacaq. 

Həm də quraşdırılacaq RDS sistemi vasitəsi ilə radioqəbuledicilər rayonlarda yayımlanan fəqli tezliklərə avtomatik olaraq keçəcək, beləliklə, radio yayımçılığında yeni mərhələ başlayacaq.

Ölkə Prezidenti cənab İlham Əliyevin bu təşəbbüsü unikaldır. Çünki başqa dövlətlərdə özəl sektorda fəaliyyət göstərən televiziya və radio şirkətlərinə bu səviyyədə dəstək verilməsi hallarına rast gəlinmir. Buna görə bütün radio yayımçıları adından cənab İlham Əliyevə dərin təşəkkürlərimizi bildirir və fürsətdən istifadə edərək onu Prezident seçkilərində parlaq qələbə münasibətilə təbrik edir, yeni-yeni uğurlar diləyirik.  


- Rüstəm müəllim, maraqlı müsahibə üçün sağ olun.

- Siz də diqqətinizə görə sağ olun.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO