İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanın ən gənc bölgələrinin adlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda o, “Facebook” hesabında yazıb.
Ekspertin sözlərinə görə, Azərbaycan üzrə 14-29 yaşlı gənclərin ümumi əhalidə payı 23.7% təşkil edir:
“Ən gənc bölgələr Yardımlı, Xocavənd və Xocalıdır - hər 3 bölgə üzrə 14-29 yaş qrupunun payı 29% ətrafındadır.
Ən aşağı göstərici Bakı (20.4%), Mingəçevir (21,3%), Sumqayıt (21.5%) və Naftalan (21.6%) şəhərlərində qeydə alınıb.
14-29 yaşlı gənclərdə qızların payının ən yüksək olduğu bölgə Şahbuzdur ki, bu 54.1% təşkil edir. 45.2% göstərici ilə qızların payının ən aşağı olduğu bölgə isə Naftalan şəhəridir”.
Alçina Amilqızı, Bizim.Media