Özünü vəzifəli şəxs kimi təqdim etdi – POLİS TUTDU

Bakı şəhər sakini Məcnunzadə Çingiz Gündüz oğlunun özünü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlara məxsus pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi və onları  rüşvət verməyə təhrik etməsi faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Aparılmış istintaqla Çingiz Məcnunzadənin ayrı-ayrı şəxslərə özünü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib guya həmin dövlət xidmətinin “Sahibkarlara Maddi Yardım Fondu”nun açıldığını və koronavirus (COVİD-19) infeksiyasının Respublika ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyinə görə zərər çəkən sahibkarlara 5 min manat məbləğində birdəfəlik pul yardımı ediləcəyi adı ilə, habelə vergi ödəyicilərinin vergi borclarının silinməsi və hesablarına vergi orqanı tərəfindən qoyulmuş məhdudiyyətlərin ləğv edilməsindən ötrü birbaşa yolla özü vasitəsilə pul vəsaitinin rüşvət qismində verilməli olduğuna onları inandırmasına, bu yolla da həmin şəxslərə məxsus ümumilikdə 39 min 800 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Göstərilənlər nəzərə alınmaqla, Çingiz Məcnunzadəyə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Çingiz Məcnunzadənin törətdiyi digər cinayət əməllərinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO