Qərbi Azərbaycan Xronikası: Qucaqdan-qucağa gəzməyə öyrəşən ermənilər - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Rusiya cəhənnəmlik olsun, bu ölkə haqqında heç nə eşitmək istəmirik” adlı süjet efirə gedib.

Bizim.Media xəbər verir ki, verilişdə bir neçə gündür Ermənistanın yük maşınlarının Şimali Osetiya ilə Gürcüstan arasında sərhəd-buraxılış məntəqəsi olan “Lars”da saxlanması, məntəqədə qalan məhsullarla dolu yük maşınların geri Ermənistana qayıtması, bununla bağlı erməni jurnalistlərin hazırladığı reportajda son vaxtlar rəsmi İrəvanın Rusiyaya üz çevirməsi ilə bağlı fikirlərə yer verilir.

Erməni sürücülər bildiriblər ki, insanlar mallarını Ermənistandan aparır, amma rusiyalılar məhsulları geri qaytarırlar:

“Bu, siyasi oyundur, ruslar sadəcə olaraq ermənilərdən qisas almaq istəyirlər. Ermənistan hökuməti Rusiya ilə münasibətləri korlayıb. Neçə gündür məhsullarla dolu maşınlar “Lars” keçid məntəqəsində dayanır. Bütün mallar xarab olub. Bütün bunları Rusiya qəsdən edir. Bununla onlar Ermənistanı diz çökdürmək istəyirlər. Onlar bizə başa salmaq istəyirlər ki, bizim müstəqil qərar vermək haqqımız yoxdur.

Onlar özləri sanksiyalar altındadırlar, ona görə bizə də sanksiyalar tətbiq etmək istəyirlər. Tezliklə bu insanlar, sürücülər acından, soyuqdan öləcəklər. Ermənistanın özünə aid heç nəyi yoxdur. Qaz, elektrik enerjisi və çox şey Rusiyaya məxsusdur. Biz dözməliyik başqa çıxış yolumuz yoxdur”.
Onların sözlərinə görə, “Lars” Ermənistan iqtisadiyyatının inkişafına mane olan faktor olub:

“Nikol Paşinyanın qərbyönlü siyasəti və ardıcıl olaraq Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilarının (KTMT) tədbirlərinə qatılmaması rəsmi Moskva ilə münasibətləri gərginləşdirib. Rusiyanın sərhəd-buraxılış məntəqəsində əngəl yaratması və kənd təsərrüfatı məhsulların yoxlama zamanı çıxdaş olunması siyasi qərardır.

Verilişdə Ermənistan iqtisadiyyat nazirinin müavini Arman Xocyanın, parlamentin müxalif “Hayastan” fraksiyasından olan deputatı Artur Xaçatryanın Rusiyanın yük maşınlarını Ermənistana geri qaytarması məsələsi ilə bağlı rəylərinə yer verilib.

Materialın sonunda vurğulanıb ki, qucaqdan qucağa gəzməyə öyrənən ermənilər növbəti dəfə Rusiyaya arxa çevirib, Qərbə qucaq açırlar:

“KTMT-nin yardım etməməsi bəhanədir. Elə Qərbin düzəltdiyi doqquz min kvadrat kilometrlik “Ararat Respublikası”nın ərazisini 29 min kvadrat kilometrə çatdıran, Qərbi azərbaycanlıların öz tarixi Vətənindən qovulmasını bir neçə dəfə təşkil edən, ona havadarlıq edən Rusiya olub. İndi Rusiyanın sanksiyalarla üzləşdiyini görən ermənilər bəhanə tapıb, məşuqunu dəyişmək yolunu tutublar”.

Daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Bakının bu rayonları işıqsız qalacaq - SİYAHI

Sabah Bakının bu rayonları işıqsız qalacaq - SİYAHI

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi

“Alim Qasımov Baləli ilə də duet oxusun!”

“Alim Qasımov Baləli ilə də duet oxusun!”

Zelenski: “Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq”

Zelenski: “Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq”

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Dizel bahalaşacaq...

Dizel bahalaşacaq...

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

End of content

No more pages to load

RADİO