O, şəhid anası idi...

Bir qadın vardı. Saçları gecə qarası, gözləri günəş parıltısı, qaməti sərv ağacı kimi dik. 
Biz uşaq olanda həmişə bizə gələrdi.

Səhər yuxudan ayılanda, o, artıq mətbəxdə oturub anamla çay içib, şirin - şirin söhbət edərdi. Anamın ən çətin günlərinin dostu idi.

Onlar anamın 18 yaşı olanda iki ayın içində anasını və atasını itirəndə tanış olmuşdular. Böyük bacısının himayəsində qalanda, ağır günlər keçirəndə hər zaman anama dəstək olub, onu yaxşı günlərin də gələcəyinə inandırıb. Gecələr onun islatdığı balışını qurudub, həyata küsən on səkkiz yaşlı qızı ölümün, çarəsizliyin əlindən çəkib alıb.

Qadın kasıbçılıqla beş övlad böyüdüb boya- başa çatdırmışdı. Ancaq sonbeşik oğlunu o birilərdən daha çox əzizləyir, onu əl üstündə böyüdürdü. Sanki ona tez həsrət qalacağını bilirdi. 

Bir gün o, oğlunu isti qoynundan ayırıb, xeyir- dua ilə cəbhəyə yola saldı. Onu qucaqladı, ətrini doyunca sinəsinə çəkdi. Gecələr onun qoxusunu təsəlli bilib, həsrətinə bürünüb yatdı. 

Bir səhər ana üçün başqa cür açıldı, elə bil o gün dan yeri də başqa cür sökülmüşdü. O gün qapı da başqa cür döyüldü. Ana kandarda hərbi geyimli insanları görəndə başa düşdü... 

Öz ayaqları ilə qapıdan çıxan igidi şəhid olmuşdu. Düşmənin amansız gülləsi qıymadığı oğlunu al qana qərq etmişdi. 

Son dəfə üzünə baxmaq istədi. Əyilib kəfəni aralayıb, xınalı quzusuna son dəfə baxdı.  Oğlu elə bil üzündə təbəssümlə yuxuya getmişdi. 

Ana bir kəlmə deyə bildi: " Sən axı mənə belə söz verməmişdin"...

Həmin gün qara torpaq ananın quzusunu uddu. O gün qadın şəhid anası adını qazandı. 

Gözlərinin önündə qara torpaq əjdaha kimi kəfənə bürünmüş övladını bir vaxt əllərindən,

gözlərindən belə qısqandığı balasını torpağa çəkdi… 

Bilmirəm, o bu adla təsəlli tapdı, yoxsa yox...

Bir gün o qadın yenə bizə gəldi. Saçları qar kimi bəyaz, gözləri buz kimi donuq, qaməti isə qoca tut ağacı kimi əyilmiş...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Bu gün tarixdə nələr baş verib?

Bu gün tarixdə nələr baş verib?

Rəhbər olmağa ən meyilli 4 bürc

Rəhbər olmağa ən meyilli 4 bürc

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Bundan sonra gec yaşlanmaq mümkün olacaq? – Siçanlar üzərində təcrübə maraq doğurub

Bundan sonra gec yaşlanmaq mümkün olacaq? – Siçanlar üzərində təcrübə maraq doğurub

Bakı sakinlərinə şad xəbər -22 il sonra...

Bakı sakinlərinə şad xəbər -22 il sonra...

Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Zelenski: Putin görüşə hazırdır

Zelenski: Putin görüşə hazırdır

Hantavirusa görə gəmidəki sərnişinlər təxliyə edildi

Hantavirusa görə gəmidəki sərnişinlər təxliyə edildi

Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR

Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

End of content

No more pages to load

RADİO