Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Memarlıq və İnşaat Elminə Yardım Xeyriyyə Fondu və Caspian Service LTD-nin birgə təşkil etdiyi “Müasir inşaatda ekologiya və enerji effektliliyinin problemləri”x9d mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
xa0Konfransın əsas məqsədi elm və texnologiyaların ən yeni nailiyyətlətinin tətbiqi ilə enerji mənbələrindən səmərəli istifadə, yüksək enerji qənaətinə nail olmaq, yanacaq və enerji mənbələrinin işlənməsi və istifadəsinin ətraf mühitə, eləcə də insan sağlamlığına mənfi təsirinin aradan qaldırılması yollarının öyrənilməsidir. Tədbirdə Ukrayna, Gürcüstan və İrandan nümayəndələr, eləcə də ölkəmizin ali təhsil müəssisələrindən qonaqlar iştirak edib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova dünyada aktual olan bir mövzuya ”“ müasir inşaatda ekologiya və enerji effektivliliyinin problemlərinə həsr olunmuş xa0konfransın əhəmiyyətindən danışıb, burada dinlənəcək məruzələrin, həmçinin, bu sahədə aparılan elmi-tədqiqat işlərinin məsələnin həlli istiqamətində mühüm nəticələrə səbəb olacağına inamını ifadə edib.
Tədbirdə iştirak edən “Azəristiliktəchizat”x9d ASC-nin sədri Yaşar Həsənov, Caspian Service LTD-nin İdarə Heyətinin sədri Rəhim Soltanov konfrans iştirakçılarını təbrik edib, konfransın işində onlara uğurlar diləyiblər. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Daha sonra AzMİU-nun Ekologiya kafedrasını müdiri, professor Fəqan Əliyev “Şəhərsalmada bərpa olunan enerji və ətraf mühit”x9d, xa0Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov “Mikroiqlim və enerji səmərəliliyi”x9d xa0adlı plenar məruzələrlə çıxış ediblər.xa0
Konfrans öz işini bölmələrdə davam etdirib.

