"Nəhayət ki, özlərində qeyrət və cəsarət tapıb etiraf eləsinlər ki..."

Hamınızdan üzr istəyirəm. Hər kəsin fikrinə və düşüncələrinə böyük hörmətlə yanaşmağa çalışıram. Amma elə şeylər var ki, gəlin o məsələlərdə nə özümüzün, nə də milli maraqlarımızın, ələlxüsus da Azərbaycanımızın ziyanına ola biləcək məsələlərdə xalqı da, cəmiyyəti də çaşdırmayaq. Söhbət Rusiya prezidenti Vladimir Putinin Ermənistanla birgə qoşun qruplaşmasının yaradılması ilə bağlı sazişi təsdiqləyən sərəncamını şərh edən bəzi real və virtual politoloq və ekspert dostlarımızın münasibətlərindən gedir. Sizə elə gəlmir ki, bu açıqlamalarınız ilə siz sizə olan inama və ümidə hardasa xələl gətirmiş olursunuz? Necə yəni imzalanan sazişin Azərbaycana elə də bir təhlükəsi yoxdur? Ayıbdır vallah! Bəlkə bu saziş Honduras dövlətinə qarşıdır? Bu xəyanət və ədabazlıq Rusiya rəhbərliyi tərəfindən öz itlərinə daha da bundan sonra özlərini azğın aparmaq, Qarabağla bağlı əsla keyflərini pozmamaq ilə bağlı verilən AÇIQ MESAJDIR. Özü də, bu addım, dünən ölkə başçısının Lələtəpədə Ermənistanın cinayətkar rejiminə ünvanladığı " Ermənistan heç kimə güvənməsin" sözlərindən dərhal sonra dövriyyəyə buraxıldı. Bax budur məsələnin məğzi. Rusiya, Amerika və Fransa üçlüyü Dağlıq Qarabağı və ətraf əraziləri Azərbaycan torpağı saymaqları hələlik yalnız sözdə ifadə edirlər. Reallıqda isə onlar bizə çox acı və fəlakətli ssenari hazırlayıblar. Müharibəyə razı deyillər və özləri də danışıqlar yolu ilə heç nə etmək istəmirlər. Bəlkə mən yanılıram? Apreldə baş verənlərdən görün nə qədər vaxt ötdü? Bunların heç vecinə deyil ki, Qarabağda vəziyyət necədir və necə olacaq. Yeganə çalışdıqları boş-boş bəyanət və Azərbaycanı Dağlıq Qarabağın azad olunması uğrunda savaşdan müxtəlif təzyiqlər vasitəsiylə çəkindirməkdir.xa0

Əzizlərim, biz bu həyata bir dəfə gəlmişik. Amma, Ulu Tanrının bizlərin payına verdiyi bu ömür payından əsl Kişi kimi istifadə etməyi bacarmalıyıq. Yoxsa, gələcəkdə övladlarımız və gələcək nəsillər bizə nifrət edərlər. Qayıdıram bir qədər yuxarıda qeyd etdiyim narahatçılığıma. Azərbaycan ordusu üzərinə düşəcək missiyanı - torpaqları yadellilərdən mütləq təmizləyəcək. Biz siyasətimizi o istiqamətdə qurmalıyıq ki, Ermənistanı və onun havadarları olan Rusiya, Amerika, Fransa, həmçinin ATƏT-in Minsk qrupunu MƏCBUR edək ki, onlar nəhayət ki, özlərində qeyrət və cəsarət tapıb etiraf eləsinlər ki, onlar bu vaxta kimi Azərbaycan xalqına qarşı qeyri-səmimi, həm də xəyanət ediblər. Tarix onları bağışlamayacaq!

Təhlükə isə hər gün daha da artmaqda davam edir. Təki mən səhv edim, amma daxili hissiyatım mənə onu deməyə əsas verir ki, biz ayıq-sayıq olmalıyıq. Bir gün bizi FAKT qarşısında qoya bilərlər. Bu istiqamətdə hamı Azərbaycanın milli maraqlarına qarşı çalışır. Heç olmasa, biz - cəmiyyətin üzdə olan bir parçası kimi reallıqları deməyi bacaraq.xa0

Yekunda onu qeyd etməyi vacib sayıram ki, Rusiyanın hazırkı rəhbərliyi özünü sözdə Azərbaycana qarşı xeyirxah "mələk" kimi göstərməyə çalışsa da, əslində onlar reallıqda sırf Ermənistan maraqlarından çıxış edirlər. Yəni, çox qeyri-səmimidirlər. İstər sentyabr ayında İrəvana verdiyi "İskəndər" raketləri ilə bağlı məsələdə olsun, istərsə də işğalçı ilə imzalanmış bu sənəddə.
Tanrı Azərbaycanımıza kömək olsun!!

Üzeyir Cəfərov, tanınmış hərbi ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvada qeyri-adi mənzərə: Şəhər küçələrində atlar görüntüləndi

Moskvada qeyri-adi mənzərə: Şəhər küçələrində atlar görüntüləndi

"Müharibə Ukraynanın da Rusiyaya ciddi zərbələr endirə bildiyi mərhələyə keçib"

"Müharibə Ukraynanın da Rusiyaya ciddi zərbələr endirə bildiyi mərhələyə keçib"

Generala yüksək vəzifə verildi - TƏYİNAT

Generala yüksək vəzifə verildi - TƏYİNAT

İranlı hakerlərdən İsrailin dövlət qurumlarına KİBERHÜCUM

İranlı hakerlərdən İsrailin dövlət qurumlarına KİBERHÜCUM

Numan Kurtulmuş: "Arzu edirəm ki, Türkiyə, Azərbaycan və Ermənistan vahid bir mərkəz formalaşdırsın"

Numan Kurtulmuş: "Arzu edirəm ki, Türkiyə, Azərbaycan və Ermənistan vahid bir mərkəz formalaşdırsın"

ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi

ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi

Kiyevdə xilasetmə əməliyyatı başa çatdı – 19 ölü, 61 yaralı var – FOTO

Kiyevdə xilasetmə əməliyyatı başa çatdı – 19 ölü, 61 yaralı var – FOTO

Lavrov Avropanın Ukraynaya silah yardımı HAQDA: "Öz işlərini Kiyevin əli ilə görürlər" – VİDEO

Lavrov Avropanın Ukraynaya silah yardımı HAQDA: "Öz işlərini Kiyevin əli ilə görürlər" – VİDEO

Trampın təyyarəsi Ankarada – VİDEO

Trampın təyyarəsi Ankarada – VİDEO

Almaniyada "yumurta böhranı": Marketlər satışa limit qoydu

Almaniyada "yumurta böhranı": Marketlər satışa limit qoydu

“Media Masası”nın ikinci verilişi hazırlanır – VİDEO

“Media Masası”nın ikinci verilişi hazırlanır – VİDEO

Valideynlərin DİQQƏTİNƏ - Məktəbli formaları bahalaşa bilər – BTE AÇIQLAMA

Valideynlərin DİQQƏTİNƏ - Məktəbli formaları bahalaşa bilər – BTE AÇIQLAMA

Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi - Fotolar

Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi - Fotolar

BTQ Kanakidəki seçkilərə həsr olunan görüş təşkil etdi – FOTO

BTQ Kanakidəki seçkilərə həsr olunan görüş təşkil etdi – FOTO

Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ

Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ

Ali Radanın deputatı: "Putin zəifləyib, Ukrayna təzyiqi artırmalıdır"

Ali Radanın deputatı: "Putin zəifləyib, Ukrayna təzyiqi artırmalıdır"

İki gəncin ölümünə səbəb olan sürücü sərxoş imiş... – VİDEO

İki gəncin ölümünə səbəb olan sürücü sərxoş imiş... – VİDEO

Beyni gəncləşdirən vasitələr

Beyni gəncləşdirən vasitələr

Zelenski NATO Sammitində iştirak etmək üçün Ankaraya gəldi - VİDEO

Zelenski NATO Sammitində iştirak etmək üçün Ankaraya gəldi - VİDEO

Həkimlər çəki artımının gizli SƏBƏBİNİ AÇIQLADILAR

Həkimlər çəki artımının gizli SƏBƏBİNİ AÇIQLADILAR

ABŞ-da qanlı Müstəqillik Günü: 100 nəfər güllələndi

ABŞ-da qanlı Müstəqillik Günü: 100 nəfər güllələndi

Ukrayna 8 rus tankerini belə məhv etdi – ANBAAN VİDEO

Ukrayna 8 rus tankerini belə məhv etdi – ANBAAN VİDEO

ŞAD XƏBƏR – Qazla bağlı rüsum LƏĞV EDİLİR

ŞAD XƏBƏR – Qazla bağlı rüsum LƏĞV EDİLİR

Azərbaycanda 600 min manatlıq nömrə satışa çıxarıldı

Azərbaycanda 600 min manatlıq nömrə satışa çıxarıldı

End of content

No more pages to load

RADİO