Bakının Nizami rayonunda yerləşən iri supermarketin sanitar qovşağında boğazı kəsilmiş 28 yaşlı oğlan tapılıb.
Bizim.Media APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən supermarketlərin birində qeydə alınıb.
Marketin işçiləri sanitar qovşaqda bir nəfəri boğazı kəsilmiş halda aşkar ediblər.
Yaralı xəstəxanaya çatdırılıb. Onun 1993-cü il təvəllüdlü İsmayılov Şakir Bəşir oğlu olduğu müəyyən edilib.
Bizim.Media