Nadir tapılan çəhrayı yaqut daşını kim oğurladı? - Bakıdakı cinayətin TƏFƏRRÜATLARI -VİDEO

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində zərərçəkən şəxsə külli miqdarda ziyan vurmaqla törədilən soyğunçuluq hadisəsinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər Xətai RPİ-yə müraciət edərək bildirib ki, bir müddət əvvəl ona məxsus çəkisi 14,88 qram olan qiymətli, nadir tapılan çəhrayı yaqut daşını satmaq istəyib.

Daha sonra özünü Türkiyə Respublikasının vətəndaşı “Çağdaş” kimi təqdim edərək onunla əlaqə saxlayan bir nəfər həmin daşı almaq üçün onunla görüşmək istədiyini bildirib.

Zərərçəkənlə Xətai rayonu ərazisində görüşən həmin şəxs daşın keyfiyyətini və saflığını yoxlamaq məqsədi ilə çəhrayı yaqutu ondan alıb, daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb.

Xətai RPİ-nin əməkdaşlarının zərərçəkənin şikayəti əsasında “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda müəyyən edilib ki, qeyd edilən hadisə əvvəllər məhkum olunmuş paytaxt sakinləri Röyal İmamverdiyev və Ruslan Orucov tərəfindən törədilib.

Həmin şəxslərin yaşadıqları mənzilə baxış zamanı zərərçəkənə məxsus yaqut daş, həmçinin, Ruslan Orucovun evindən əlavə 4 kiloqram 735 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Röyal İmamverdiyev və Ruslan Orucov cinayət yolu ilə əldə etdikləri yaqut daşı bir müddətdən sonra Türkiyə və ya Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq satmağı planlaşdırıblar.

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 180.4 (Soyğunçuluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Röyal İmamverdiyev və Ruslan Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə, DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhər acqarına su içməyin bilinməyən FAYDALARI

Səhər acqarına su içməyin bilinməyən FAYDALARI

“5 ildir sənsiz keçirdiyimiz ad günün mübarək” – Video

“5 ildir sənsiz keçirdiyimiz ad günün mübarək” – Video

"Kristal"ın meqa layihəsi "City Garden Narimanov"da hazır mənzillər satışdadır!

"Kristal"ın meqa layihəsi "City Garden Narimanov"da hazır mənzillər satışdadır!

Torpaq sürüşməsinin baş verdiyi Ağsu aşırımında SON VƏZİYYƏT – VİDEO

Torpaq sürüşməsinin baş verdiyi Ağsu aşırımında SON VƏZİYYƏT – VİDEO

Rauf Namazova vəzifə verildi

Rauf Namazova vəzifə verildi

Bakıda ŞOK OLAY: Maşınlara yumurta atıb, şüşəsilənlərini qaldırdılar – VİDEO

Bakıda ŞOK OLAY: Maşınlara yumurta atıb, şüşəsilənlərini qaldırdılar – VİDEO

Rəsmi Bakı: “Rusiyanın dövlət kanalında Azərbaycan xəritəsinin təhrif olunması qəbuledilməzdir”

Rəsmi Bakı: “Rusiyanın dövlət kanalında Azərbaycan xəritəsinin təhrif olunması qəbuledilməzdir”

Şahzadənin futbol matçındakı davranışı gündəm oldu – FOTO

Şahzadənin futbol matçındakı davranışı gündəm oldu – FOTO

Ukraynadan SƏRT XƏBƏRDARLIQ – Qələbə günündə Moskvada hansı “sürpriz” HAZIRLANIB? – ÖZƏL

Ukraynadan SƏRT XƏBƏRDARLIQ – Qələbə günündə Moskvada hansı “sürpriz” HAZIRLANIB? – ÖZƏL

Bakı-Xırdalan-Bakı istiqaməti üzrə qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək – CƏDVƏL

Bakı-Xırdalan-Bakı istiqaməti üzrə qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək – CƏDVƏL

Dövlət torpaq sahələrinin icarə haqqının hesablanması üçün əmsallar müəyyənləşdi - QƏRAR

Dövlət torpaq sahələrinin icarə haqqının hesablanması üçün əmsallar müəyyənləşdi - QƏRAR

“Sərdar Kılıçın davranışı və açıqlamaları məyusedici idi” - Fərhad Məmmədov

“Sərdar Kılıçın davranışı və açıqlamaları məyusedici idi” - Fərhad Məmmədov

Ağsu aşırımında baş verən sürüşmənin SƏBƏBİ AÇIQLANDI

Ağsu aşırımında baş verən sürüşmənin SƏBƏBİ AÇIQLANDI

Qonşuda təhlükə: karantin elan olundu

Qonşuda təhlükə: karantin elan olundu

Sabahın HAVASI: Yağış, 27 dərəcə isti... – PROQNOZ

Sabahın HAVASI: Yağış, 27 dərəcə isti... – PROQNOZ

Mikayıl İsmayılovun oğlu ilə məhkəməlik olan Fidan saxlanıldı – FOTO

Mikayıl İsmayılovun oğlu ilə məhkəməlik olan Fidan saxlanıldı – FOTO

22 yaşlı Zəhra “qadının futbolda nə işi var?!” deyənlərə belə CAVAB VERDİ – FOTO

22 yaşlı Zəhra “qadının futbolda nə işi var?!” deyənlərə belə CAVAB VERDİ – FOTO

ADY Yevlax–Bərdə xəttində əsaslı təmir işlərinə başlayır

ADY Yevlax–Bərdə xəttində əsaslı təmir işlərinə başlayır

Xüsusi icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ

Xüsusi icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ

Dünyada narahatlığa səbəb olan hantavirusa ölkəmizdə yoluxan var? – RƏSMİ AÇIQLAMA

Dünyada narahatlığa səbəb olan hantavirusa ölkəmizdə yoluxan var? – RƏSMİ AÇIQLAMA

Bu dərmanları uşaqlara vermək olmaz! – Pediatrdan valideynlərə MÜRACİƏT

Bu dərmanları uşaqlara vermək olmaz! – Pediatrdan valideynlərə MÜRACİƏT

“Qarabağ”ın legioneri Kipr klubunun HƏDƏFİNDƏ

“Qarabağ”ın legioneri Kipr klubunun HƏDƏFİNDƏ

Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı

Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı

Ali Məhkəmədən etibarsız nikahla bağlı MÜHÜM QƏRAR

Ali Məhkəmədən etibarsız nikahla bağlı MÜHÜM QƏRAR

End of content

No more pages to load

RADİO