Yasamal rayonunda piyadanı vurub hadisə yerindən yayınan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, Bakı şəhər sakini N.Dadaşova yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədib qaçmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsünün Sumqayıt şəhər sakini C.Cəfərov olduğu müəyyənləşdirilib.
Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media