“Mən əslən rus olsam da, Azərbaycan vətəndaşıyam, burada doğulmuşam, burada yaşayıram, burada xidmətdə olmuşam, burada da döyüşürəm. Mən bu Vətəni sevirəm. Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak etmişəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Sputnik Azərbaycan”a müsahibəsində Vətən müharibəsinin içtirakçısı, İsmayıllı rayonunun İvanovka kənd sakini 24 yaşlı Sapunkov Oleq İvanoviç deyib.
Onun sözlərinə görə, ermənilər Azərbaycan əsgərinin şücaəti və igidliyi qarşısında tab gətirə bilmirdilər:
“Ona görə də silah-sursatı, texnikanı atıb qaçırdılar. Sonda biz qalib gəldik, düşmənə yerini göstərdik. Bu sevinci yaşadığımız üçün özümüzü xoşbəxt sanırıq".
Xatırladaq ki, müharibə dövründə İvanovkadan 17 nəfər səfərbərlik xətti ilə ordu sıralarına qatılıb.
Eyni zamanda, İvanovka kəndinin sakinləri arxa cəbhədə də orduya dəstək aksiyaları keçirib, ön cəbhəyə yardım göndərilməsində könüllü iştirak ediblər.
Qeyd edək ki, Vətən müharibəsində İvanovka kəndindən bir nəfər - 28 yaşlı Etibar Şirinov şəhidlik zirvəsinə ucalıb.
Bizim.Media
