Azərbaycanın sabiq Xarici İşlər naziri, ölkənin Macarıstandakı səfiri Vilayət Quliyevə ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, dipolomatın qızı- Humay Quliyeva 13 mart şənbə günü dünyasını dəyişib.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Humay Quliyeva BP, Dünya Bankı, "Financial Times", Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib və Azərbaycandan Amerikaya, Afrikaya qədər bir çox ölkədə misilsiz xidmətlər göstərib.
Allah rəhmət eləsin!
Bizim.Media


