Bakı Dövlət Sirkinin keçmiş direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, o, 67 yaşında vəfat edib.
1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olan Vaqif Mahmud oğlu Bağırzadə 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib.
Mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətinə görə 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
Bizim.Media