Fransız-Azərbaycan Universitetinə imtahanın nəticələri açıqlanıb

İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən Fransız-Azərbaycan Universitetinə (UFAZ) imtahanın nəticələri açıqlanıb. 280 nəfər imtahan verən abituriyentdən 120 nəfəri dövlət sifarişli, 40 nəfəri isə ödənişliyə daxil olaraq UFAZ-ın tələbəsi olmaq imkanı əldə edib. İmtahanda uğur əldə etmiş tələbələrin kimliyi ilə //ufaz.edu.az/?page_id=864 linki vasitəsilə keçid edərək tanış olmaq mümkündür. İmtahan nəticələrindən narazı qalan abituriyentlər iyulun 30-da appelyasiya ilə müraciət edə bilər.

İmtahandan uğur əldə etmiş gənclər iyulun 31-i və avqustun 1-də ADNSU-ya gələrək sənədlərini təqdim etməli və UFAZ-ın tələbəsi adını təsdiqləməlidirlər. Bu proses avqustun 2-si saat 12:00-dək davam edəcək. UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olunmuş gənclərin adlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr TQDK-ın təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

Xatırladaq ki, 2016/2017-ci tədris ilində, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasında 4 ixtisas üzrə (Kimya mühəndisliyi, Kompüter elmləri, Geofizika mühəndisliyi və Neft-qaz mühəndisliyi) tədrisə start verəcək. Seçilən bu 4 ixtisas hazırda Azərbaycanda ən çox tələbat olan sahələrdəndir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.

Əlaqə vasitələri:

Ünvan: Bakı şəhəri, Azadlıq pr. 34, (ADNSU-nun əsas tədris binası)

Əlaqə telefonu: +994 12 493 33 68

Veb-səhifə: ufaz.edu.az E-poçt: [email protected] FB: facebook.com/ufaz.university/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Füzulidə qəbiristanlıqda quru otlar YANDI

Füzulidə qəbiristanlıqda quru otlar YANDI

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI

DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI

Maaşı artırıldı, serialdan ayrılması qısa çəkdi - FOTO

Maaşı artırıldı, serialdan ayrılması qısa çəkdi - FOTO

29 iyunda bu səhvləri etməyin - Bürclərə xəbərdarlıq

29 iyunda bu səhvləri etməyin - Bürclərə xəbərdarlıq

“Araz Naxçıvan”ın kapitanı komandadan ayrıldı

“Araz Naxçıvan”ın kapitanı komandadan ayrıldı

Prezidentdən Silahlı Qüvvələr Günü münasibəti ilə TƏBRİK - FOTO

Prezidentdən Silahlı Qüvvələr Günü münasibəti ilə TƏBRİK - FOTO

Azərbaycandan Ermənistana benzin və dizel yanacağı GÖNDƏRİLƏCƏK

Azərbaycandan Ermənistana benzin və dizel yanacağı GÖNDƏRİLƏCƏK

Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Şahin Bağırov açıqladı - FOTO

Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Şahin Bağırov açıqladı - FOTO

End of content

No more pages to load

RADİO