Qarabağın bərpasına cəlb edilən şirkətlərin hansı üstünlüyü olmalıdır? - AÇIQLANDI 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Iqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası kecirilib.

Bizim.Media-nın məlumatına görə, iclasda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində xarici şirkətlərin iştirakı məsələsi müzakirə edilib.

 

Bildirilib ki, bu ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin olunur.


Agentliyə təqdim edilmiş investisiya layihələrinin prioritetliyi təhlil olunur, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən indiyədək Agentliyə 409 müraciət daxil olub.

Bu müraciətlərin 104-ü (25%) ticarət və xidmət, 93-ü (23%) sənaye, 69-u (17%) kənd təsərrüfatı, 70-i (17%) tikinti, 34-ü (8%) turizm, 5-i (1,2%) təhsil, 1-i (0,2%) nəqliyyat və logistika və 33-ü (8,5%) isə digər sahələri əhatə edir. Həmin müraciətlərdən 53-ü 12 xarici ölkəni (əsasən Türkiyə, Rusiya, Pakistan, Macarıstan, Qazaxstandan olmaqla) təmsil edən şirkətlər tərəfindən təqdim edilib.

Müraciət edən xarici şirkətlər işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərində investor və ya podratçı kimi iştirak etmək niyyətindədir.

 

İclasda xarici şirkətlərin secilməsində təcrübə, ixtisaslaşma, yüksək keyfiyyət və münasib qiymət amilləri nəzərə alınacaq, yeni texnologiya gətirən və yerli resurslardan (maddi və əmək resurslarından) istifadə edən şirkətlərə üstünlük veriləcəyi vurgulanıb.


Tədbirdə həmçinin, prioritet sahələr üzrə hazırlanmış layihələrin açıq platformada Azərbaycan, ingilis, türk və rus dillərində yerləşdirilməsi təklif edilib.

İclasda bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan ”Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanaqlı inkişafı“ Dövlət Proqramında investisiya cəlbediciliyinin artırılması üçün investisiya təşviqi mexanizmi nəzərdə tutulur.

Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evlilikdə ən sadiq qalan 3 BÜRC

Evlilikdə ən sadiq qalan 3 BÜRC

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Tramp Braziliya Prezidenti ilə qapalı görüşdü - NİYƏ?

Tramp Braziliya Prezidenti ilə qapalı görüşdü - NİYƏ?

İranda Bəndər-Abbas limanına hücum: BƏƏ qırıcıları bombalayıb

İranda Bəndər-Abbas limanına hücum: BƏƏ qırıcıları bombalayıb

ABŞ İraqa sanksiya tətbiq etdi - SƏBƏB

ABŞ İraqa sanksiya tətbiq etdi - SƏBƏB

Tramp Aİ-ni TƏHDİD ETDİ: İyulun 4-nə qədər vaxtınız var...

Tramp Aİ-ni TƏHDİD ETDİ: İyulun 4-nə qədər vaxtınız var...

Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır

Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır

Bu tarixdə qısa İŞ GÜNÜ olacaq

Bu tarixdə qısa İŞ GÜNÜ olacaq

Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun...

Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun...

“Real”ın məşqində dava düşdü

“Real”ın məşqində dava düşdü

Bakıda 8 yaşlı uşaq itkin düşdü

Bakıda 8 yaşlı uşaq itkin düşdü

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO

Bakıda təbii kürü adı ilə görün nə satılır: Saxtanı necə müəyyən etmək olar? - VİDEO

Bakıda təbii kürü adı ilə görün nə satılır: Saxtanı necə müəyyən etmək olar? - VİDEO

Xoşqədəm Hidayətqızı əkiz övladlarının ad gününü QEYD ETDİ - VİDEO

Xoşqədəm Hidayətqızı əkiz övladlarının ad gününü QEYD ETDİ - VİDEO

Birinci Liqa: “Baku Sportinq” səfərdə qalib gəldi - VİDEO

Birinci Liqa: “Baku Sportinq” səfərdə qalib gəldi - VİDEO

Ukrayna atəşkəsə əməl ETMƏYƏCƏK

Ukrayna atəşkəsə əməl ETMƏYƏCƏK

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

İslam İnkişaf Bankı Azərbaycanda bu sahələrə maliyyə dəstəyini davam etdirəcək - FOTO

İslam İnkişaf Bankı Azərbaycanda bu sahələrə maliyyə dəstəyini davam etdirəcək - FOTO

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Prezident onları da mükafatlandırdı - FOTO

Prezident onları da mükafatlandırdı - FOTO

"Altıncı hissi" olan BÜRCLƏR

"Altıncı hissi" olan BÜRCLƏR

End of content

No more pages to load

RADİO