Azercell bölgələri qarış-qarış gəzir...


Bütün Azərbaycanın sevimli operatoru olan Azercell isti yay mövsümü boyunca ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzməkdədir. Artıq 4-cü ildir ki, Azercell Azərbaycanın regionlarında maraqlı aksiyalar təşkil etməklə şirkətin təqdim etdiyi xidmətləri hər kəsə tanıdır.

Bu yay Azercell-in 50-ə yaxın əməkdaşı xüsusi layihə çərçivəsində səyyar müştəri xidməti funksiyasını həyata keçirir. Bu zaman müştərilər üçün həm səyyar satış təşkil olunur, həmçinin yeni məhsul və xidmətlər onlara maraqlı formatda təqdim olunur. Layihə boyunca müxtəlif rayon sakinlərinə fərqli əyləncəli proqramlar təqdim olunur, onlar arasında maraqlı oyunlar, müsabiqələr keçirilir.

Bölgələrdə həyata keçirilən layihələr Azercell-in öz müştərilərinə daha da yaxın olmasına, qarşılıqlı təmasların artmasına, onların istəklərini daha dərindən öyrənməyə imkan verir. Bu cür kampaniyalar, həmçinin, abunəçilərin tələb və ehtiyacları ilə yaxından tanış olmağa şərait yaradır.

Azercell Telekom-un bölgələrdə keçirdiyi maraqlı layihənin daha bir məqsədi abunəçiləri yeni məhsullarla daha yaxından tanış etməkdir. Çünki, bu tədbirlər müştərilərin özlərinə uyğun məhsul və ya xidmətin seçimində onlara kömək edir. Azercell tərəfindən aparılan bu kampaniya hər il yüz minlərlə insanı əhatə edir, şirkətin öz müştəriləri ilə birbaşa ünsiyyət qurmasına yardımçı olur.

Qeyd edək ki, hazırda Azercell şirkəti Bakı və Abşeron yarımadasından kənarda yaşayan müştəriləri üçün “Bölgələrdə limitsiz danışıq”x9d kampaniyasını həyata keçirir. Azercell əməkdaşları bölgə sakinləri ilə görüşdə həm də bu cəlbedici kampaniya haqqında yerli əhaliyə ətraflı məlumat verirlər. Belə ki, “Bölgə”x9d tarifində olanlar günlük limitsiz danışıq paketinə qoşulmaqla Azercell-lilərlə gün boyu istənilən qədər danışa bilərlər.

Azercell-in bölgə səfərləri, rayonlarda keçirilən aksiya və göstərilən xidmətlər haqqında mütəmadi olaraq Azercell-in Facebook səhifəsindən məlumat almaq mümkündür.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza”x9d və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

5 il zəncirlənən uşaq XİLAS edildi – VİDEO

5 il zəncirlənən uşaq XİLAS edildi – VİDEO

Prezidentdən yerli icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

Prezidentdən yerli icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

Makron siyasətdən getmək İSTƏYİR

Makron siyasətdən getmək İSTƏYİR

Dostunun yasında vəfat etdi

Dostunun yasında vəfat etdi

Azərbaycanlı məşhur milyarder Qarabağda – FOTO

Azərbaycanlı məşhur milyarder Qarabağda – FOTO

Kiberdələduzların YENİ FIRILDAĞI – Bu zənglərə cavab versəniz, pullarınız OĞURLANACAQ!

Kiberdələduzların YENİ FIRILDAĞI – Bu zənglərə cavab versəniz, pullarınız OĞURLANACAQ!

ABŞ dörd İran rəsmisinə qarşı sui-qəsd hazırlayır – SENSASİON ADLAR

ABŞ dörd İran rəsmisinə qarşı sui-qəsd hazırlayır – SENSASİON ADLAR

Ucarda çaqqal sakinlərə HÜCUM ETDİ - Xəsarət alanlar var

Ucarda çaqqal sakinlərə HÜCUM ETDİ - Xəsarət alanlar var

“Zirə” – “Neftçi” matçında səhv qərar verən hakim ikinci liqaya GÖNDƏRİLDİ

“Zirə” – “Neftçi” matçında səhv qərar verən hakim ikinci liqaya GÖNDƏRİLDİ

Azərbaycanda yaşayan İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Azərbaycanda yaşayan İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Nazirlər Kabinetində Kür çayı ilə bağlı MÜHÜM İCLAS: Tapşırıqlar verildi

Nazirlər Kabinetində Kür çayı ilə bağlı MÜHÜM İCLAS: Tapşırıqlar verildi

Səkkiz ildir içki içmir – Yenə də SƏRXOŞDUR

Səkkiz ildir içki içmir – Yenə də SƏRXOŞDUR

Şuşada bərpa və konservasiya olunmuş abidələrin SİYAHISI

Şuşada bərpa və konservasiya olunmuş abidələrin SİYAHISI

Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR

Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda I rübdə ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ

Azərbaycanda I rübdə ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ

İrəvanda Türkiyə bayrağının yandırılmasına Azərbaycan XİN-dən REAKSİYA

İrəvanda Türkiyə bayrağının yandırılmasına Azərbaycan XİN-dən REAKSİYA

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU

Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU

Mesajları oxumağa ehtiyac qalmadı - “WhatsApp”da YENİLİK

Mesajları oxumağa ehtiyac qalmadı - “WhatsApp”da YENİLİK

Pərviz Şahbazovu Samir Şərifov ƏVƏZ ETDİ – SƏRƏNCAM

Pərviz Şahbazovu Samir Şərifov ƏVƏZ ETDİ – SƏRƏNCAM

Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK

Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK

Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO

30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO

End of content

No more pages to load

RADİO