Sumqayıtda yanmış qadın meyiti tapılıb.
Bizim.Media APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb.
Belə ki, qarajların arasında yanmış qadın meyiti aşkarlanıb. Yanan şəxsin kimliyi hələlik məlum deyil.
Hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə səbəbləri və yananın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Bizim.Media