SÖZ bəşəriyyətin ən qüdrətli təsir vasitəsidir. Dünyada Sözün kəramətilə bəzən müharibələr dayanmış, bəzən də pis niyyətlərə adət edilərək, fitnə-fəsadlar törədilmiş, milyonlarla insanın canına və həyatına mane olan təlatümlər baş vermişdir. Onunçün də SÖZÜN dəyərini, təsirini dərk etmək, onu yerinə və zamanına görə söyləməyin həm məişətimizdə, həm də ictimai həyatımızda çox böyük əhəmiyyəti vardır.
Mən yalançı təriflərdən və SÖZÜ boşuna söyləməkdən nifrət etdiyim üçün, SÖZÜMÜN imkanını və onun dəyərini bilmədən, fikirlərimi ifadə etməkdən hər zaman çəkinirəm.
Jurnalistin yazıları, yazıçıların əsərləri onun ən qiymətli sərvətidir. Söz onların güvənc yeridir. Söz ən şirin, ən bahalı hədiyyədir. Jurnalist sözü çox yaraların, sınıq könüllərin məlhəmidir, sirli-sehrli bir dünyadır. Əsl yazı-pozu adamının SÖZÜ qüdrətlidir. Günəş kimi işıqlı, ay xa0tək nurlu və əbədidir, ölümsüzdür. Onların sözünün dəyəri heç nə ilə ölçülmür. Qələminə çörək ağacı kimi baxır və həm də bir mənəvi rahatlıq tapır. Balalarını hallıqla mayalandırmaq üçün Sözün keşiyini çəkir, nazı ilə oynayır və hərdən də onlar bir-birini oynadır. Jurnalistin (yazıçı-şairin), publisistik qələm sahiblərinin sirli-sehrli dünyasının dilidir qələmlə SÖZ!xa0
Haqqında söz açmaq istədiyim şəxsiyyət də sözünün qüdrətiylə xalqımızın sevimlisinə çevrilib, həm də çox gənc yaşlarından. Atalar deyib ki, niyyətin hara, mənzilin ora. Onun da niyyəti xoşməramlı olduğu üçün Tanrı yolunu açıb və istədiyi pilləyə ucala bilib. Bu, elə bir pillədir ki, gərək canında-qanında millətə, xalqa sevgin olsun ki, orada duruş gətirə biləsən.

Sözü ilə əməli bir olanlar şəxsiyyət kimi yetişirlər və həm də onlar cəmiyyətin aparıcı qüvvələri sayılırlar. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ucaldığı pilləyə məhz bu vacib amillərlə qalxıb. Burada qərarlaşıb.xa0
Azay Quliyevin müəllifliyi ilə Milli Məclisdə 2 qanun qəbul edilib: “Könüllü fəaliyyət haqqında”x9d Azərbaycan Respublikasının Qanunu, 2009. Bu qanunla könüllü fəaliyyətin istiqamətləri və təşkilatçılarının əhatə dairəsi, könüllülərin hüquqları və vəzifələri müəyyən edilib.
“İctimai iştirakçılıq haqqında”x9d Azərbaycan Respublikasının Qanunu, 2013. Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarəolunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.
Azay Quliyevin müəllifi olduğu 2 qətnamə ATƏT-in Parlament Assambleyasında qəbul olunub: “ATƏT regionunda vətəndaş cəmiyyəti institutlarinin gücləndirilməsi”x9d, xa02013. Qətnamənin məqsədi iştirakçı dövlətləri və ATƏT institutlarını milli QHT-lərin fəaliyyət imkanlarının genişlənməsi, inkişafı, ölkələri daxilində qərarqəbuletmə prosesində yaxından iştirak etməsi üçün əlverişli şəraitin yaradılmasına həvəsləndirməkdir. ATƏT-in müvafiq institutlarında QHT-lərə məşvərətçi statusun verilməsini nəzərdə tutan qətnamənin qəbulundan sonra ATƏT PA-nın illik sessiyalarında QHT-lərin iştirakına icazə verilir.
“ATƏT regionunda mədəni mülkiyyətin qorunmasi”x9d, 2014. xa0Qətnamənin məqsədi iştirakçı dövlətlərin mühüm əhəmiyyət kəsb edən mədəni və tarixi, dini mülkiyyətin, xüsusilə də işğal edilmiş ərazilərdə olan abidələrin qorunması, saxlanılması, qanunsuz olaraq formasının və məzmununun dəyişdirilməsinə qarşı mübarizəsinin gücləndirilməsi və bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsidir.
O, 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının, 2001-ci ildən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının, 2005-ci ildən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, 2013-cü ildən Azərbaycan Respublikasının Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyasının üzvüdür.
Bütün bunlar onun həyat və fəaliyyət dosyesinə yazılanların, sadəcə, xronikasıdır. Bəs bir varlıq olaraq Azay müəllim kimdir? Bu sual xa0yeknəsəq görünə bilər. Lakin onunla illərlə birlikdə çalışmış xa0dostları, fikirdaşları, məsləkdaşlarının səmimi fikirləri Azay müəllimi bir qədər də adamın gözündə ucaldır. Nə yaxşı ki, millətimizin belə gənclik düşüncəli xa0 yenilikçi, millətsevər kadrları var. Onu hələ Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, sonra isə Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti vəzifələrində çalışdığı zamanlardan tanıyanlardan biri hazırda QHT Forumunun prezidenti xa0Rauf xa0Zeyni, o zamanlar GTMŞ-nin mətbu orqanı olan “Gələcək”x9d qəzetinin baş redaktoru olmuş həmkarımız Məhəmməd Nərimanoğlunun da fikirləri dəyərlidir. Potensialı xa0və enerjisini siyasi fəaliyyətə, eləcə də ictimai fəallığa həsr edən Azay müəllimlə çiyin-çiyinə işlədiklərindən qürur duyduğunu bildirən M.Nərimanoğlu onu da bildirdi ki, Azay Quliyev xa0istər ulu öndərimiz Heydər Əliyevin, istərsə də vətənə və xalqa xidməti hər şeydən üstün bilən və bunu dəfələrlə bildirən cənab Prezidentin siyasi kursunu layiqincə davam etdirən millət vəkilidir. Və həm də mətbuatımızın yaxın dostudur.

Bu gün bütün çıxışları və fəaliyyəti ilə xalqın əsl elçisi kimi tanınan və sevilən millət vəkili Azay Quliyevin doğum günüdür! Mətbuatın yaxın dostuna, sevimli millət vəkilinə səmimi təbriklərimizi söyləmək məqamıdır (başqa vaxtlar buna qəti yol verməzdi). Ulu Tanrımızdan ona cansağlığı, bütünlüklə fəaliyyətində bundan sonra da nümunə göstərilməsini arzulayırıq.
Səmimiyyətlə,
Cəmilə ÇİÇƏK,
AMEA-nın Folklor İnstitutunun doktorantı,xa0
AJB və AYB-nin üzvü, Prezident təqaüdçüsü