Yarımçıq ömürlərin əbədiyaşar sevgisi: Fərizənin İlhamının ad günüdür

Bu gün Azərbaycanın müasir məhəbbət dastanını yazan cütlüklərdən birinin - İlhamın ad günüdür. İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdu. Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyirdi.

O, 1989-cu il iyunun 30-da sevdiyi Fərizə ilə evlənərək xoşbəxt olmuşdu. Onlar bu xoşbəxtliyin qanadlarında cəmi 6 ay sevgi dolu günlər yaşadılar. Toyun səsi hələ qulaqlarından getməmiş ömürləri bitdi. 1990-cı il yanvarın 19-da gecə Bakıya yeridilən işğalçı, təcavüzkar, qana susamış sovet qoşununun qətlə yetirdiyi yüzlərlə günahsız insanlardan biri də İlham oldu. Onlar Azərbaycanın qəhrəmanlıqlarla dolu şanlı tarixinə öz qanları ilə şərəfli bir səhifə yazdılar.

İlham öz ölümü ilə bu tarixə bir ölməz sevgi dastanı da əlavə edə bildi. Bu ölməz sevgi dastanını yazmaqda Fərizə ona öz ölümü ilə kömək elədi. İlhamın ölümünə dözə bilməyən, özünü onsuz təsəvvür belə etməyən gənc Fərizə də intihar edərək sevdiyinə qovuşmağa tələsdi. Tələsdi və beləliklə, əbədiyaşar sevgi dastanı yazdı. Qısa ömürlərin ƏBƏDİ SEVGİSİ! Bu SEVGİ çoxunu mat qoydu, çoxunu yandırdı. Lakin sevənləri YAŞATDI, həmişəlik yaşatdı... 

İllər gəlib keçəcək, nəsillər bir-birini əvəz edəcək, Azərbaycanda yüzlərlə, minlərlə sevgilər yaşanacaq, sevgi dolu və ya bundan məhrum ailələr qurulacaq, bu ailələrin bəhrəsi olan uşaqlar doğulacaq. İlhamla Fərizə isə doğulmamış körpələri ilə birgə Azərbayçan tarixində qalacaqlar, yaşayacaqlar. Onların məhəbbəti heç vaxt qocalmayacaq, ölməyəcək.

Bu SEVGİyə hörmət əlaməti olaraq 30 iyun-onların toy günü qeyri-rəsmi olaraq sevgililər günü kimi qeyd olunur. Gənclər o böyük sevgini yaşamaq, onlara bənzəmək istəyirlər. Öz xoşbəxt günlərində onların məzarlarını ziyarət edirlər. O sevgidən bəhrələnməyə çalışırlar.

Lakin unutmayaq: Fərizə ilə İlhamın sevgisi təkrarolunmazdır, ölümsüzdür. Onun oxşarı, bənzəri yəqin ki, olmayacaq!

Bu gün İlhamın ad günüdür. Lakin İlhamı Fərizəsiz xatırlamaq mümkün deyil. Fərizənin ad günündə də İlhamı xatırlamamaq olmaz. Onlar bir bütövdür. Əsl sevgi də budur! (qazilər.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Tramp: Netanyahu bosun kim olduğunu bilir

Tramp: Netanyahu bosun kim olduğunu bilir

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

İyulda bu bürcləri maddi çətinlik gözləyir

İyulda bu bürcləri maddi çətinlik gözləyir

Xanım deputata ağır İTKİ üz verdi

Xanım deputata ağır İTKİ üz verdi

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Bakıda bu taksilər qiyməti ARTIRDI

Bakıda bu taksilər qiyməti ARTIRDI

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

End of content

No more pages to load

RADİO