"Xidmət qurumlarının saxta xidmətçiliyinə son qoyulacaqmı?

Sosial infrastrukturun başlıca sahələrindən birinin qaz,enerji təminatı ilə bağlı olması gizlin deyil.Az qala hər gün hansısa ucqar kəndin qazlaşdırlması sorağı gündəmi işğal edir.Artıq işğaldakı bölgələr çıxılmaqla ölkə boyu qazlaşdırılmanın başa çatması hesabatları verilir.Bəs bu qazlaşma hansı vəsaitin hesabına həyata keçirilir?Təbii ki,dövlətin,hökumətin hesabına deyə fikirləşənlər yanılır.Düzdür hesabatda qazlaşmanın,eləcə də digər sosial infrastrukuturun dövlət büdcəsindən ayrılan vəsaitlə gerçəkləşməsi göstərilsə də,reallıqda istehlakçıların cibinə girilməsi acı gerçəkdir.İnsan,istehlakçı hüquqlarını qorumağa borclu olan qurumlar isə susur,ən yaxşı halda xidmət qurumlarının qanunsuz cavablarını təkrarlamaqla yetərlənir.Özəlliklə bölgələrdə əhalinin durumu olduqca ağırdır.Xidmət qurumları isə qanunları,hökumətin qərarlarını gizlədib,vətəndaşları aldadırlar.Kənd yerlərində elə ailələr var ki,işıq,qaz,su verilməməsinə görə yeni tikdikləri evlərinə köçə bilmir.Sözügedən xidmətlərlə təmin olunmağa onlara elə qiymət oxuyurlar ki,əlin üzündə qalır.Axı,dövlət (başçısı) dəfələrlə bildirib ki,vətəndaşlara texniki şərt və sayğac pulsuz verilir.Nazirlər Kabinetinin (NK) 02.02.2005 tarixli 18 saylı qərarının 7.9 bəndinə görə fiziki şəxslərə texniki şərt və sayğac pulsuz verilir.Xidmət qurumları bu “pulsuzluğa”x9d da çarə tapıb.İndi Layihə-smeta xərcləri adı altında hər abonentdən 250-300 manat və daha çox ödəniş tələb olunur.Maraqldır,birincisi,bu boyda məbləğ haradan qaynaqlanır və ikincisi də,bəs pulsuz texniki şərt nə deməkdir?Belə çıxır,5-10 metrlik kabelə görə 250 manatlıq layihə-smeta xərci tələb olunur?Qazlaşmaya gəldikdə durum daha acınacaqlıdır.”x9dAzəriqaz”x9d yaxasını qırağa çəkib,podratçı tikinti şirkətilə abonenti-istehlakçını müqavilə başlamağa məcbur edir.Bu şirkətlərin də dini yox,imanı yox,bir də görürsən xidmət haqqı minlərlə manatı keçdi.Yazıq vətəndaş əlini cibinə də sala bilmir,cib axı boşdur!!!Ona görə borca girir,nə bilim kredit götürür və sonda da elə həmin qaz borusundan özünü asır.Sonra da deyirlər intiharlar niyə artır?Gerçəkdə “Azəriqaz”x9d özü podratçı şirkətlə müqavilə bağlayıb qazlaşmanı təmin etməlidir.

Bakıda “Azəriqaz”x9dın qanunsuzluğu lap pik həddindədir.Baxın,vətəndaş mənzilini “Kombi”x9d sistemilə qızdırmaq üçün bu xidmət qurumundan texniki şərt ala bilmir ki,qurumun vəsaiti yoxdur,istehlakçı əlini cibinə salmalıdır,sayğac məhduddur,təhlükəlidir (halbuki təhlükəsizlik məsələlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu cavabdehdir), və sairə və ilaxır bu kimi bəhanələr.Yəqin elə buna görə dövlət başçısı “Azəriqaz”x9dı səlahiyyətlərinin bir hissəsindən məhrum etdi. Əlill-istehlakçıların hüquqları qanunla qorunsa da,”x9dAzəriqaz”x9d “Əlillərin sosial müdafiəsi haqqında”x9d qanunun 31-37-ci maddələrinin tələblərinə də sayğısızlıq sərgiləyir.İqtisadiyyat Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları isə buna görə sanksiya tətbiq etməyə tələsmir.Bu sətirlərin yazarı tikilməkdə olan fərdi yaşayış evinin qaz ,su,telefon,işıqla təminatı üçün müraciət edəndə bütün bu xidmət qurumları öz vəsaitim hesabına işə girişəcəklərini bildirdilər.Çox yazışmadan sonra işığın çəkilməsinə nail olsam da,su xidməti tamam susur,telefon xidməti haqq tələb edir,”x9dAzəriqaz”x9d isə bu sahədə lisenziyası olan tikinti şirkəti tapıb(??) onunla müqavilə bağlamağın vacibliyini bildirir.”x9dAzəriqaz”x9ddan Harun Vahabov Bakı şəhərində fərdi yaşayış evinin tikintisinin qazlaşdırılmasına 2016-cı ildə vəsait ayrılmadığını vurğulayaraq,öz hesabıma çəkilişdən sonra sayğacla təmin olunacağıma söz verib.

Bir sözlə,qazlaşdırma,telefonlaşma-sosial infrastrukturla təminat istehlakçıların öz hesabına gerçəkləşir.Daha doğrusu gerçəkləşmir.Nədən hesabda axı pul yoxdur!Xidmətin “ASAN”x9da verilməsi də problemi çözmür.Bu xidmət qurumu da vətəndaşı “Azəriqaz”x9da ünvanlayır ki,layihə-smeta xərcləri barədə məlumatı təqdim etsin.Görəsən,xidmət qurumlarının vətəndaşın vəsaiti hesabına xidmətçilik etməsinə son qoyulacaqmı?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

End of content

No more pages to load

RADİO