İlk cümləsi daha mükəmməl olan bədii əsərlər - SORÄžU



Bədii yaradıcılıqda bəlkə də, ən çətin proses mətnin ilk cümləsini yazmaqdır. Fərq etməz, istər roman olsun, istər hekayə - hamısında ilk cümləni yazmaq-mətnə açar salmaq çox məsuliyyətli bir iş sayılıb.

Dünya ədəbiyyatındakı bir çox əsərlər elə ilk cümlələrinə görə məşhurluq qazanıb.

Moderator.az ədəbiyyat adamları arasında bu mövzuda sorğu keçirib. Onların fikrincə, ilk cümləsi daha mükəmməl olan bədii əsərlər bunlardı:

Əziz Rzazadə, yazıçı-tərcüməçi:

“İlk cümlə doğrudan da çox vacibdir. Bunu ustad yazıçıların hamısı dönə-dönə vurğulayıb. İndi çaparaq yada salmaq nə qədər çətin olsa da, yadımda qalan bircə cümləni deyə bilərəm. Fərman Kərimzadənin "Qarlı aşırım"ı belə başlayır: "lopa-lopa qar yağırdı..." qışın təsvirini verən Boris Pasternakın "Doktor Jivaqo" romanındakı ilk cümlə də çox uğurludur. Özüm də ilk və son cümlə üzərində çox baş sındırıram. Bax, elə indi fantastik bir hekayənin ilk cümləsini yazmışam. Amma son cümlə məni yamanca yorub. Həllini hələ tapmamışam”x9d.

Nadir Qocabəyli, yazıçı-tərcüməçi:

“Doğrusu, mən bu məsələyə elə də diqqət yetirməmişəm. Təbii ki, əgər yazıçı yazı masasının arxasına keçib, əsərə necə başlamaq haqqında düşünürsə, ilk cümləni tapmaq çətin olacaq. Amma əsər artıq onun beynində tam hazırdırsa və onu ancaq kağıza, ya da kompüterin yaddaşına köçürmək qalırsa, elə də çətin olmayacaq. Bir də ki, ilk cümlədi, addı, epiqrafdı və sairədi, bunları sonradan, lap elə axırda, ya da əsəri təkrar oxuyub, düzəlişlər edərkən də yazmaq olar. İndicə siz bu sualı verəndə öz-özümə sual verdim ki, yəni mən oxuduğum əsərlərin ilk cümlələrini yadda saxlayıram? Gördüm ki, yox, saxlamıram. Yadımda qalan hamının tez-tez təkrarladığı "Anna Kareninanın" ilk cümləsidir.

Amma bunu təkrarlamaq, əlbəttə ki, mənlik deyil. Odur ki, yaddaşımı bir az qurdaladım və xatırladım ki, deyəsən Tomas Vulfun "Evinə bax, mələk" romanının ilk cümlələri maraqlıydı. Amma məhz necə olduğu tam yadımda deyildi. Kompüterimdə axtarıb tapdım və sizə yazıram: “...daş, yarpaq, tapılmayan qapı; daş haqqında, yarpaq haqqında, qapı haqqında. Və bütün unudulmuş üzlər haqqında. Biz sürgünə çılpaq və tənha gəlirik. Anamızın qaranlıq bətnindən onun üzünü görmürük; onun bədənindəki həbsxanadan qurtulub dünyanın kimsiz-kimsəsiz, tənha qazamatına düşürük.”x9d

İbrahim İlyaslı, şair-tərcüməçi:

“Çingiz Aytmatovun “Gün var əsrə bərabər”x9d romanındakı ilk cümlə: “Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir...

Coğrafiyada hər şey Qrinviç meridianından ölçüldüyü kimi, bu yerlərin də bütün məsafələri dəmir yolu ilə müəyyən edilirdi”x9d.

Məmməd Qədir, şair:

“Çətin sualdır. Amma deyim: Anarın tərtibatında "Dədə Qorqud" dastanının ilk cümləsi: "Xanım, heeeyy...."

Sabir Yusifoğlu, şair:

“Mənim üçün ən gözəl ilk cümlə “Bibliya”x9ddan gəlir. Əlbəttə, bu bədii mətn deyil, səmavi kitabdı. Amma mənim ən çox sevdiyim ilk cümlə oradadır: “Tanrı ilk olaraq torpağı, sonra suyu, işığı yaratdı”x9d.

Bədii mətnlərdən isə Çingiz Aytmatovun “ Gün var əsrə bərabər”x9d romanının ilk cümləsini deyərdim: ““Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir...

Coğrafiyada hər şey Qrinviç meridianından ölçüldüyü kimi, bu yerlərin də bütün məsafələri dəmir yolu ilə müəyyən edilirdi”x9d.

Azərbaycan ədəbiyyatından isə Yusif Səmədoğlunun roman və hekayələrinin ilk cümlələrini çox bəyənirəm”x9d.

Akif Əhmədgil, şair-tərcüməçi:

“Ə.Haqverdiyevin və C.Məmmədquluzadənin hekayələrinin ilk cümlələrini bəyənirəm. "Mirzə Səfər", "Şeyx Şəban", "Poçt qutusu", “Usta Zeynal" hekayələrinin ilk cümləsini deyərdim.

Bir də Markesin “100 ilin tənhalığı”x9d romanının ilk cümləsini deyərdim.

Bu əslində bir elmdir. 1980-ci illərdə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində informasiyanı yazmağa necə başlamağı bir elm kimi öyrədirdilər və önəm verirdilər.. İnformasiyanın ilk cümləsinə ingilicə "lid" deyirdilər... nə isə, bunlar çox uzun məsələdir..”x9d

Emin Piri, şair

“İlk cümlə çətin gəlsə də əsas məsələ bu yox, yazı masasında otura bilməkdir. İlk cümləni yazana kimi insana elə gəlir ki, ABS-in elektrik stulunda oturmusan. Bu daha çox məsuliyyət hissindən xəbər verir. Dünyada böyük yazarlar var ki, (Dostoyevski,Tolstoy,Hüqo və.s) hər kəs əsasən onların ilk cümlələrini seçə bilər. Mənə görə isə, ən yaxşı birinci cümlələr Mopassanındır. Emil Zolyanın onun qəbri üstündə dediyi kimi: “özümü gözəl bir gəzintidən gəlmiş kimi hiss edirəm”x9d.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəfa” fransalı yarımmüdafiəçi ilə müqavilə bağladı

“Şəfa” fransalı yarımmüdafiəçi ilə müqavilə bağladı

Naxçıvanda iki avtobus yanıb kül oldu – FOTO

Naxçıvanda iki avtobus yanıb kül oldu – FOTO

Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Almaniyaya uçan təyyarənin pəncərəsi sındı, sərnişin havaya sovruldu

Bayram Səfərovun bacısına vəzifə verildi

Bayram Səfərovun bacısına vəzifə verildi

Portuqaliya millisinin yeni baş məşqçisi məlum oldu

Portuqaliya millisinin yeni baş məşqçisi məlum oldu

"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"

"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"

Liberiya Prezidenti Türkiyədə səfərdədir – FOTO

Liberiya Prezidenti Türkiyədə səfərdədir – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə danışıq aparır

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə danışıq aparır

İranda partlayış: SEPAH-ın hərbi dəniz bazasının vurulduğu iddia olunur

İranda partlayış: SEPAH-ın hərbi dəniz bazasının vurulduğu iddia olunur

Separatçıların vəkilləri hökmün ləğvini TƏLƏB ETDİ - FOTO

Separatçıların vəkilləri hökmün ləğvini TƏLƏB ETDİ - FOTO

“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

Tramp: “İran ABŞ-dən danışıqları davam etdirməyi istəyib”

Tramp: “İran ABŞ-dən danışıqları davam etdirməyi istəyib”

Bakıda motosiklet aşdı - Ölən və yaralanan var

Bakıda motosiklet aşdı - Ölən və yaralanan var

Azərbaycanda fəxri adlara görə təqaüd alanların SAYI AÇIQLANDI

Azərbaycanda fəxri adlara görə təqaüd alanların SAYI AÇIQLANDI

Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO

Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO

Afət Seyidzadəyə vəzifə verildi

Afət Seyidzadəyə vəzifə verildi

Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU

Ümumdünya Şahmat Olimpiadası üçün heyətimiz BƏLLİ OLDU

Milli Məclis iyulun 13-də toplanır: Gündəlikdə hansı qanunlar var?

Milli Məclis iyulun 13-də toplanır: Gündəlikdə hansı qanunlar var?

İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran İsraili cavab zərbəsi ilə HƏDƏLƏDİ

“Finala yaxınlaşdıqca, bir o qədər yaxşı oynayıram” - Yamal

“Finala yaxınlaşdıqca, bir o qədər yaxşı oynayıram” - Yamal

Zabil Qəhrəmanovun məhkəmə vaxtı məlum oldu

Zabil Qəhrəmanovun məhkəmə vaxtı məlum oldu

Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI

Ermənistanda hərbçinin meyiti çaydan TAPILDI

Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

Azərbaycanda gizlənən Özbəkistan vətəndaşları ölkələrinə qaytarıldı

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

End of content

No more pages to load

RADİO