Azərbaycan mövcud ixtisarların apreldə davamına razılıq verdi

Azərbaycan “OPEC plus” ölkələri nazirlərinin 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan bu dəfə də pandemiyadan irəli gələn qeyri-müəyyənliklər şəraitində neft bazarında müsbət dinamikanın qorunub saxlanması məqsədilə “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində neft istehsalçılarının konsensus əsasında fəaliyyətinin vacibliyini diqqətə çatdırıb. 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov əvvəlki dövrlərlə müqayisədə hazırda neft bazarının nisbətən balanslaşdığını, lakin hələ də risklərin aradan qalxmadığını vurğulayaraq bildirib ki, tənzimləmə prosesinə ehtiyatlı yanaşma öz aktuallığını saxlayır:

“Hazırkı qiymət artımını neftə təlabat göstəricilərindən çox movcud qlobal konyuktura şərtləndirir. Neftin bahalaşması tələbatla əlaqəli olduqda, fundamental faktorlara əsaslandıqda dayanıqlı olur. Bu aspektdə bazardakı real vəziyyətə uyğun optimal addım hasilata korreksiyaları bir qədər təxirə salmaqdır.”

Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barrel həcmində qalacaq.

Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq. “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barrel təşkil edəcək.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı.

Bu çərçivədə “OPEC plus” ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel azaldılmasına qərar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycandan Ermənistana alüminium və taxıl yola salındı

Azərbaycandan Ermənistana alüminium və taxıl yola salındı

Vəfa Mustafayev vəfat ETDİ

Vəfa Mustafayev vəfat ETDİ

Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi BAŞLADI

Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi BAŞLADI

FİFA-nın transfer qadağası ilə bağlı “Neftçi”dən AÇIQLAMA - FOTO

FİFA-nın transfer qadağası ilə bağlı “Neftçi”dən AÇIQLAMA - FOTO

Gəncədə “qızqaçırma” zamanı 23 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı

Gəncədə “qızqaçırma” zamanı 23 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı

“Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO

“Zeyxur” komandası respublika üzrə ikinci oldu - FOTO

Minlərlə insan yaşayırdı, birdən-birə tərk edildi - Fotolar

Minlərlə insan yaşayırdı, birdən-birə tərk edildi - Fotolar

Bank əməkdaşı Roma Papasına inanmadı və telefonu bağladı

Bank əməkdaşı Roma Papasına inanmadı və telefonu bağladı

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi küçəsi BAĞLANIR

Vuçiç: “Avropa artıq ABŞ-la qeyd-şərtsiz ittifaqa arxalana bilməz”

Vuçiç: “Avropa artıq ABŞ-la qeyd-şərtsiz ittifaqa arxalana bilməz”

Rusiya məmurlarına bu qadağa qoyulur: Xaricdə ev ala bilməyəcəklər

Rusiya məmurlarına bu qadağa qoyulur: Xaricdə ev ala bilməyəcəklər

Rumıniyada yəhudi qəbiristanlığında “Adolf Hitler”in məzarı tapıldı

Rumıniyada yəhudi qəbiristanlığında “Adolf Hitler”in məzarı tapıldı

Hər 20 nəfərdən 1-də olan XƏSTƏLİK – Valideyndə varsa, övlada da KEÇƏ BİLƏR

Hər 20 nəfərdən 1-də olan XƏSTƏLİK – Valideyndə varsa, övlada da KEÇƏ BİLƏR

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

Abituriyentlərin DİQQƏTİNƏ: Mayın 10-da...

Abituriyentlərin DİQQƏTİNƏ: Mayın 10-da...

OpenAI “GPT-5.5 Instant” modelini təqdim etdi

OpenAI “GPT-5.5 Instant” modelini təqdim etdi

Sevgi münasibətlərində bu gün vəziyyət necə olacaq? – ULDUZ FALI

Sevgi münasibətlərində bu gün vəziyyət necə olacaq? – ULDUZ FALI

Qaxın 4 kəndində qaz olmayacaq

Qaxın 4 kəndində qaz olmayacaq

Qızıl və gümüşün qiyməti artır

Qızıl və gümüşün qiyməti artır

Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Neft yenidən BAHALAŞDI

Neft yenidən BAHALAŞDI

Qalibaf: “ABŞ-ın İranda “Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı”

Qalibaf: “ABŞ-ın İranda “Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı”

Yeni məzənnə: Avro və rus rublu bahalaşdı

Yeni məzənnə: Avro və rus rublu bahalaşdı

Vaşinqton Tehranın Yaxın Şərqdə ən böyük təhlükə olduğunu açıqladı

Vaşinqton Tehranın Yaxın Şərqdə ən böyük təhlükə olduğunu açıqladı

End of content

No more pages to load

RADİO