Sosial şəbəkələrdə paytaxtın Səbail rayonunda yerləşən “Park İnn” otelində xüsusi karantin rejiminin pozulması ilə bağlı yayılan görüntülər araşdırılıb.
DİN Mətbuat xidmətindən Bizm.Media-ya verilən məlumata görə, tədbirin keçirildiyi gün polis əməkdaşları həmin ünvana yaxınlaşaraq orada keçirilən tədbirin konfrans xarakterli olması və sosial məsafə ilə bağlı tələblərə əməl edilməsi müəyyən edilib:
"Konfrans pandemiya şəraitində qanunla nəzərdə tutulan normalar çərçivəsində təşkil olunub, yalnız səhnədə çıxış edən şəxslər tibbi maskadan istifadə etməyiblər".
Bizim.Media