Ehey, heyvansevərlər, səsiniz gəlmir...

Ötən il Bakıda keçirilmiş 1-ci Avropa Oyunları ərəfəsində şəhərdə bir-iki it öldürmüşdülər. Doğrudan da qınanası məsələ idi. Qınadıq da. Amma bəziləri bundan belə sui-istifadə edərək Azərbaycanı gözdən salmaq üçün gecəli-gündüzlü çalışdılar. Düzdür, istədiklərinə sonadək nail ola bilmədilər, amma bizim enerjimizi bir az da olsa istismar edə bildilər.

Bu “heyvansevərlər”x9d dünyanın ən aparıcı media orqanlarına yol tapa bilmişdilər onda. Nə hikmətsə, dünya mediası da onlara həvəslə efir verirdi. Hər nə qədər olsa da heyvanlara qarşı “qeyri-insani”x9d münasibətdən söhbət gedirdi. Özü də bu “qeyri-insani”x9d olanlar Azərbaycanlılar idi.

Sözümüz yox, bu işdə doğrudan da bir heyvansevər kimi davrananlara hətta “halal olsun!”x9d deyirik. Çünki biz də heyvansevərik. Heyvanlara qarşı zalım münasibəti biz də həzm edə bilmərik. O üzdən elə o günlərdə həmin it öldürənləri biz də qınadıq, etiraz səsimizi ucaltdıq. Amma o sözdə heyvansevərlərdən fərqli olaraq bunu Azərbaycan dövlətinin rəsmi siyasəti kimi yozmadıq. Çünki mümkün deyildi. Dövlət heyvan düşməni ola bilməz ki.

İndi də heyvanlar öldürülür. Özü də kütləvi şəkildə. Bu dəfə heyvanları öldürən ermənilərdir. Yəqin hər kəs son günlər cəbhə xəttində işğalçı Ermənistan ordusunun dinc sakinləri və onların təsərrüfatlarını atəşə məruz qoymasının sonuclarını fərq edir. Bütün media orqanlarımız bu haqda xəbərləri paylaşır, göstərir, dünyaya çatdırmağa çalışır. Yalnız bir fərqlə.

Ötən il 1-ci Avropa Oyunları zamanı bir-iki itin öldürülməsinə görə dünyanı üzərimizə qaldıranlar vardı ha. Bax, nəsə onlardan səs-soraq yoxdur. Yəni bizim dinc insanlarımızın şəxsi təsərrüfatlarında bəslədiyi onlarla heyvanın düşmən tərəfindən bir anın içində məhv edilməsi, doğrudanmı bu “heyvansevərlər”x9din ürəyinə rəhm salmağa yetmir? Axı bir neçə günün içində görün nə qədər heyvanımız öldürülüb? Haradasınız, səsiniz niyə çıxmır? Niyə eyni həvəslə dünya heyvansevərlərini və onlara dəstək verən medianı hərəkətə gətirmirsiniz? Anlamıram, bu qədər qoyun, inək, at o bir-iki it qədər də deyil? Sonunda bunlar da heyvandır axı! Deyilmi yoxsa?

Bəlkə o heyvanları Bakıda təsadüfi bir adam deyil də, işğalçı erməni əsgərləri öldürür deyə səsiniz çıxmır? Axı biz bir il öncə deyəndə ki, o it ölülərinin “təəssübünü çəkənlər”x9d ermənilər və onların uzantılarıdır, söyülürdük. Buyurun, zaman bizim dediyimizi təsdiq etdi. İndi heyvanları öldürən tərəf ermənilərdir və ötən il Azərbaycanı ittiham edənlərin səsi gəlmir. Əlavə şərhə gərək varmı?

Azər Həsrət, Mətbuat Şurası İdarə Heyətinin üzvü
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”- VİDEO

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”- VİDEO

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Afrikalı cadugər dünya çempionunu ELAN ETDİ

Afrikalı cadugər dünya çempionunu ELAN ETDİ

Kəlbəcərə və İstisuya gedən strateji yoldan XƏBƏR var

Kəlbəcərə və İstisuya gedən strateji yoldan XƏBƏR var

İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

NZS qəsəbəsindəki yanğın SÖNDÜRÜLDÜ

NZS qəsəbəsindəki yanğın SÖNDÜRÜLDÜ

"Gözəldir, amma ağzını açmasın"

"Gözəldir, amma ağzını açmasın"

Zabit olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu BAŞLADI - FOTO

Zabit olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu BAŞLADI - FOTO

“Mançester Siti”nin yeni baş məşqçisi məlum oldu

“Mançester Siti”nin yeni baş məşqçisi məlum oldu

Alpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı AÇIQLAMA - VİDEO

Alpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı AÇIQLAMA - VİDEO

Mərakeşli futbolçunun “Zirə”yə keçidi alınmadı

Mərakeşli futbolçunun “Zirə”yə keçidi alınmadı

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı

“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı

Dünya Bankı Bakının ekologiyasına 410 milyon dollar AYIRIR

Dünya Bankı Bakının ekologiyasına 410 milyon dollar AYIRIR

Ləzə kəndinə yenidən palçıq layı gəlməyə başladı - ÖZƏL - VİDEO

Ləzə kəndinə yenidən palçıq layı gəlməyə başladı - ÖZƏL - VİDEO

Hörmüz boğazından 4 gündə keçən gəmilərin sayı AÇIQLANDI

Hörmüz boğazından 4 gündə keçən gəmilərin sayı AÇIQLANDI

“Qəbələ” müdafiəçi transfer etdi

“Qəbələ” müdafiəçi transfer etdi

Gürcüstan və Qazaxıstan strateji tərəfdaş oldu

Gürcüstan və Qazaxıstan strateji tərəfdaş oldu

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – Qərarlar açıqlandı

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – Qərarlar açıqlandı

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı

“Turan Tovuz” Türkiyədə hazırlıq keçəcək

“Turan Tovuz” Türkiyədə hazırlıq keçəcək

Mehriban Əliyevadan süni intellektlə bağlı ÇAĞIRIŞ

Mehriban Əliyevadan süni intellektlə bağlı ÇAĞIRIŞ

End of content

No more pages to load

RADİO