Aprelin 21-də “Təmiz Şəhər”x9d ASC-nin şöbə müdiri Zabit Zeyniyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Ətraf mühitin qorunmasında tullantıların idarə edilməsinin rolu”x9d mövzusunda mühazirə deyib.
Tədbiri açan Tədris işləri üzrə prorektor Qasım Məmmədov bildirib ki, mühazirə ADNSU ilə “Təmiz Şəhər”x9d ASC arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir. “Təmiz Şəhər”x9d ASC-nin şöbə müdiri Zabit Zeyniyev çıxışında bildirib ki, ADNSU ilə razılaşmaya əsasən birgə elmi-texniki baza yaradılır, nəzəri və praktiki bilik və təcrübələr mübadiləsi həyata keçirilir. “Təmiz şəhər”x9d bakalavrlar üçün istehsalat təcrübələri, uyğun ixtisaslaşmalar üzrə magistorların elmi-tədqiqat işlərinin təşkilinə şərait yaradacaq. Tələbələr üçün xüsusi kursların təşkili və sertifikatlaşdırılması, yüksək hazırlığa malik məzunların gələcəkdə “Təmiz Şəhər”x9d ASC-də işlə təmin olunması məsələləri planlaşdırılır. Qeyd edilib ki, ADNSU-nun doktorant və dissertantlarının elmi-tədqiqat işləri “Təmiz Şəhər”x9d üçün aktuallıq kəsb edən mövzulara həsr olunacaq. Eyni zamanda universitetdə təşkil olunacaq beynəlxalq layihələrdə “Təmiş Şəhər”x9d tərəfdaş kimi iştirak edəcək. Əməkdaşlıq razılaşmasında tərəflər birgə elmi-texniki seminarların təşkili, elmi işlərin aparılması, sərgilərdə müştərək iştirak etmələri də nəzərdə tutulur. Zabit Zeyniyev onu da vurğulayıb ki, “Təmiz səhər”x9d ASC maarifləndirmə siyasəti çərçivəsində ölkədəki əksər təhsil ocaqları ilə müxtəlif formalı əməkdaşlıqlar edir. Bununla da şagird və tələbələrin tullantıya baxışını, onunla rəftarını formalaşdırmağa, uyğun ixtisas tələbələrinin isə bu sahədə yetişməsinə dəstək olmağa çalışır.