“Qayıtsam, papağımı qaytararsan...” - Xocalı qəhrəmanlarını unutmayaq - VİDEO

Ermənilərin saxta pul tələsi ilə həbs edilən və 10 il sonra azadlığa çıxan Azərbaycanın igid oğlu Xocalıya qayıdır.

Bizim.Media xəbər verir ki, Əlif Hacıyev 1990-cı ildə Rusiyadan doğulduğu Xocalıya geri dönür. 1991-ci ildə mayor Hacıyev Xocalı hava limanının daxili işlər bölməsinin rəisi və komendantı olur.
 

MÖVZU İLƏ BAĞLI:

“Xocalı ağrısından gələcəyə baxış” – KONFRANS KEÇİRİLİB - FOTO


100 erməni silahlısı aeraportu mühasirəyə alır. Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir.

O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr veririr ki, “filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”.

Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.

1992-ci il fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərirlər.

Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib. Ona demişdi ki, "Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan".

Avtomatın darağını dəyişərkən düşmən gülləsi Əlif Hacıyevi şəhid edir.

Ələsgər Novruzov gizli yaradılan Xocalı müdafiə komitəsinin 5 üzvündən biri olub. 1988-ci ildə Xankəndindən Xocalıya hücum edən minlərlə erməni qulduruna qarşı vuruşan 30-40 igiddən biridir.

 

1992-ci il fevralın 25-də 20-yə qədər ermənini məhv etdi. Sərrast atıcı idi. Yaralara rəğmən son gülləsinə kimi döyüşən Ələsgər qan itkisindən huşunu itirib. Ermənilər ona işgəncələr verərək qətlə yetiriblər.


Xocalı qəhrəmanlarından biri də Tofiq Hüseynovdur. Digər adı Mixaylo olan Tofiq Xocalı özünümüdafiə taborunun yaradıcılarındandır.

Onun son döyüşü 1992-ci il fevralın 26-da olub. Gülləsi bitəndə qumbaranı sinəsinə sıxaraq özü ilə bərabər onu əsir götürməyə çalışan qaniçən erməniləri də öldürüb.

Aqil Quliyev 1988-ci ildə Qarabağ müharibəsinin başladığını eşidən kimi Xarkovdan körpə qızını da götürüb Bakıya qayıdır. Öz xahişi ilə cəbhəyə yollanır. Qardaşı Nəsimi Aqilin Qarabağa gedəcəyi tarixi bildiyindən ondan xəbərsiz ön xətdə gedən həmin rotaya yazılır.

Hər iki qardaş Xocalı müdafiəçiləri idi. Onlar Əlif Hacıyevin batalyonu ilə çiyin-çiyinə Xocalını ermənilərdən müdafiə edirdilər.

Yanvarın 23-ü Aqil Xocalıda digər şəhid olan Hikmət Nəzərli ilə Bakıda Xocalının müdafiəsi üçün ölkə rəhbərliyi ilə görüşmək istədilər. Lakin onlarla görüşmürdülər və Aqil Quliyev Ayaz Mütəllibova hiddətlənərək demişdi ki, "əgər tezliklə əncam çəkilməsə, baş verə biləcək fəlakətin miqyasını sözlə ifadə etmək çətin olacaq".

Fevralın əvvələrində Aqil 366-cı motoatıcı alayın BMP-ni heyəti ilə birgə girov götürüb. Girovların içində rus polkovniki də olur.

 

Ölkə rəhbərliyi isə təcili zəng vurur ki, girovları geri qaytarın. Geri qaytarılan ruslar fevralın 18-i ermənilərlə birgə Xocalını mühasirəyə alırlar. Aqil Quliyev 11 silhdaşı ilə birgə Xocalının qız-gəlinini mühasirədən çıxartmaq üçün düşmən postlarına yaxınlaşır və 21 nəfəri qətlə yetirirlər.


Ayaqlarından güllə yarası alan Aqili Xocalı camaatı çox sevirdi.

Fevralın 25-i onu qətliamdan xilas etmək üçün xərəkdə Kətik kəndinə qədər gətirirlər. Erməni pusqusuna düşən vətən oğullarının hamısı şəhid olur.

Adlarını sadalamadığımız digər oğullarımızla birgə bütün Xocalı qəhrəmanları qarşısında baş əyir, onların əziz xatirəsini ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin...

Xocalı döyüşləri ilə bağlı görüntüləri təqdim edirik

Anar Rəhimov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təyyarə qəzaya uğradı: Ölənlər var - VİDEO

Təyyarə qəzaya uğradı: Ölənlər var - VİDEO

Laricaninin ailəsi brend içki markasını İran bazarına gətirməyə çalışıb

Laricaninin ailəsi brend içki markasını İran bazarına gətirməyə çalışıb

Marketdən toyuq oğurlayan pişik kameraya düşdü – VİDEO

Marketdən toyuq oğurlayan pişik kameraya düşdü – VİDEO

Azərbaycan İtaliyadan hansı məhsulları alır? - SİYAHI

Azərbaycan İtaliyadan hansı məhsulları alır? - SİYAHI

AFFA "Sumqayıt"ı 10 min manat CƏRİMƏLƏDİ

AFFA "Sumqayıt"ı 10 min manat CƏRİMƏLƏDİ

Həkimlər 2 yaşlı uşağın burnundan sancaq çıxardılar - FOTO

Həkimlər 2 yaşlı uşağın burnundan sancaq çıxardılar - FOTO

Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTO

Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTO

“Fiziki tərbiyə müəllimliyi” yalnız universitetlərdə – Kollec tələbələrinin AQİBƏTİ necə olacaq?

“Fiziki tərbiyə müəllimliyi” yalnız universitetlərdə – Kollec tələbələrinin AQİBƏTİ necə olacaq?

İran Fars körfəzindəki gəmi kapitanlarına müraciət etdi

İran Fars körfəzindəki gəmi kapitanlarına müraciət etdi

Biri keçmiş nazir, digəri mühəndis - İkisi də Azərbaycan çempionudur

Biri keçmiş nazir, digəri mühəndis - İkisi də Azərbaycan çempionudur

OpenAI haqqında qalmaqallı film gəlir: Milyarderlər xoş olmayan obrazda göstərilib

OpenAI haqqında qalmaqallı film gəlir: Milyarderlər xoş olmayan obrazda göstərilib

Tramp İranı seçim qarşısında qoydu: “Razılaşma ya da bombardman” - FOTO

Tramp İranı seçim qarşısında qoydu: “Razılaşma ya da bombardman” - FOTO

Həbsxana həyatını atası ilə eyni kamerada keçirdi... – Film kimi CİNAYƏT İŞİ – VİDEO

Həbsxana həyatını atası ilə eyni kamerada keçirdi... – Film kimi CİNAYƏT İŞİ – VİDEO

İsrail bombardmanından sonra Livanın Kəfr-Cuz şəhəri - VİDEO

İsrail bombardmanından sonra Livanın Kəfr-Cuz şəhəri - VİDEO

Əli Əsədovdan həkimlərin maaşı ilə bağlı QƏRAR

Əli Əsədovdan həkimlərin maaşı ilə bağlı QƏRAR

Zaqatalada minik avtomobili aşdı - Xəsarət alan var – FOTO

Zaqatalada minik avtomobili aşdı - Xəsarət alan var – FOTO

NASA-nın keçmiş alimi: “Üç klinik ölüm mənə ölümdən sonrakı həyatı göstərdi”

NASA-nın keçmiş alimi: “Üç klinik ölüm mənə ölümdən sonrakı həyatı göstərdi”

Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU

Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU

ÜST-dən hantavirus AÇIQLAMASI: Pandemiya geri qayıdır?

ÜST-dən hantavirus AÇIQLAMASI: Pandemiya geri qayıdır?

Almaniyada bağ evlərində niyə gecələməyə izn verilmir? – Hökumətin QƏRİBƏ TƏLƏBLƏRİ

Almaniyada bağ evlərində niyə gecələməyə izn verilmir? – Hökumətin QƏRİBƏ TƏLƏBLƏRİ

Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO

ABŞ-da körpə nadir əməliyyatla iki dəfə “dünyaya gətirildi” – FOTO

“Qarabağ”da ciddi İTKİ

“Qarabağ”da ciddi İTKİ

ABŞ-ın ən məşhur bankı qalmaqalın MƏRKƏZİNDƏ: Qadın direktor kişi əməkdaşı…

ABŞ-ın ən məşhur bankı qalmaqalın MƏRKƏZİNDƏ: Qadın direktor kişi əməkdaşı…

End of content

No more pages to load

RADİO