İntiharla bağlı dəhşətli rəqəmlər - Növbəti 2 ildə Azərbaycan irəliləyəcək - ARAŞDIRMA

Qlobal problemə çevrilən intihar bütün dünyanı narahat edir. İntihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qrupları arasında rast gəlinir. Pandemiya dövründə isə intihar hallarının sayında artım müşahidə olunur.

Səbəbi depressiya olan intihar hadisələrinin sayı 2021-ci ilin əvvəlindən Azərbaycanda da artıb. Ekspertlərin fikrincə, son 12 ildə (2008-2020-ci illərdə) Azərbaycanda olan intiharların sayı 4 dəfədən çox artıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Bir nəfər özünü "Atletlər kəndi"ndəki binadan atdı


Bizim.Media bu ilin əvvəlindən ölkədə baş verən intihar olaylarını araşdırıb. Məlum olub ki, yanvar ayında təxminən 12, fevralın 1-dən indiyədək isə 13 intihar hadisəsi yaşanıb. İntihar edənlər 20-38 yaş aralığında olanlardır. Baş verən intihar olaylarının çoxunda səbəb kimi insanların ruh halının dəyişməsi, depressiya və affekt durumda olmalarıdır. 
 
Fevral ayında ölkədə baş verən intihar hadisələrinin təfərrüatlarını təqdim edirik: 
 
Fevralın 2-də 1992-ci il təvəllüdlü Tovuz rayon Qaraxanlı kənd sakini Əliyev Nemət Cəmil oğlu intihar edib. O, özünü, Bakının Buzovna qəsəbəsində yerləşən yeznəsi Azad Hüseynova məxsus evin tavanından asıb.

Fevralın 5-də Bakıda intihar hadisəsi baş verib. 33 yaşlı G.Əzizov Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən yataqxananın hamam otağında özünü asıb.

Fevralın 6-da növbəti intihar hadisəsi Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Belə ki, 22 yaşlı Ə.Əliyev özünü hamamda asaraq intihar edib.

Fevralın 9-da intihar hadisəsi Şəkinin Sarıca kəndində qeydə alınıb. Belə ki, Oğuz rayonunun Qarabulaq kənd sakini, 1989-cu il təvəllüdlü Rameş Elcan oğlu Babayevin meyiti Sarıca kəndində yol kənarında ağacdan asılı vəziyyətdə aşkar edilib. 32 yaşlı Rameş Babayevin Sarıca kəndi ərazisində təsərrüfatların birində çoban işlədiyi bildirilir.
 
Fevralın 13-də Bakıda gənc özünü asaraq intihar edib. Səbail rayonu Nemanzadə küçəsindəki evlərin birində yaşayan 27 yaşlı M.Əhməd özünü asaraq intihar edib.
 
Fevralın 14-də Göygöldə intihar hadisəsi baş verib. Hadisə rayonun Xəqani kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədov Elnur Bəylər oğlu yaşadığı evdə özünə qəsd edib. 

 

Fevralın 19-da Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. Qadın evin həyətində olan avtomobilin üzərinə düşüb.


Fevralın 20-də intihar hadisəsi Tovuz rayonunun Əlimərdanlı kəndində yaşanıb. Kənd sakini 22 yaşlı Ocaqverdiyev Xaqani Nizami oğlu özünü asaraq intihar edib. Onun tələbə olduğu bildirilir. Hadisənin səbəbi məlum deyil.  Ocaqverdiyev keçmiş futbolçu, hazırda “Turan Tovuz” komandasında məşqçi kimi çalışan Nizami Ocaqverdiyevin oğludur. 

Fevralın 21-də Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Hadisə şəhərin bulvar ərazisində qeydə alınıb. Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib.

Hadisə şahidlərinin sözlərinə görə, gənc qız bir neçə dəfə dənizin sahilinə yaxınlaşsa da geri çəkilib. Sonuncu dəfə sahilə yaxınlaşan V. Rəhimli qəfildən özünü dənizə atıb. Ətrafdakı insanlar onu xilas etmək istəsələr də, cəhdləri uğursuz olub. V.Rəhimli Sumqayıtda əmisinin evində qalırmış.

Həmin gün Bakıda daha iki intihar hadisəsi qeydə alınıb. Fevralın 21-i səhər saat 10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində 1983-cü il təvəllüdlü Mürvət Valeh oğlu Allahverdiyev yaşadığı evdə özünü asaraq intihar edib.

Fevralın 21-i gecə saat 01 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayədə yaşayan Masallı rayon sakini intihar edib. 1977-ci il təvəllüdlü Nicat Gülağa oğlu Şirəliyev evdə özünü asıb.

 

Fevralın 22-də intihar hadisəsi paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb. 30-35 yaşlarında naməlum qadın qəsəbə ərazisində yerləşən çoxmərtəbəli binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerində ölüb.


Fevralın 23-də Daşkəsən rayonu, Pirverdilər kənd sakini, 1990-cı təvəllüdlü Fərman Həsənov yaşadığı evdə özünü asıb. Bu barədə məlumat yayan jurnalist Həbib Müntəzirin sözlərinə görə Frman Həsənovun həyat yoldaşı bir müddətdir xəstəxanada yatır.

“İntihardan öncəki məktubunda, “Oğlum və qızım, sizi çox sevirəm. Məni bağışlayın” sözlərini yazıb. Onun Vətən müharibəsində könüllü iştirak etdiyi, dekabr ayında tərxis olunduğu bildirilir.

Ötən gün isə intihar olayı Yardımlıda yaşanıb. Rayonun Urakəran kənd sakini, Vətən müharibəsi qazisi, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev bağda özünü asıb. Fərid Quliyevin hansı səbəbdən intihar etdiyi bəlli olmasa da, onun gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışdığı söylənirmiş. 

Son 50 ildə intihar sayı bütün dünyada 60% artıb. Bir çox ölkələrdə, məsələn Rusiyada özünə qəsddən ölüm 15-45 yaş arası insanlar arasında qeydə alınıb ki, bu da ölüm səbəbləri içərisində 3-cü yeri tutur. 

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı intiharların sayına görə dünya ölkələrinin statistikasını hazırlayır. Bir neçə müddətdən bir bu siyahı yenilənir. Statistika il ərzində hər 100 min nəfər əhaliyə düşən intihardan ölüm sayına əsasən hesablanıb. Bununla da həmin ölkə və regionda əhalinin ümumi sosial psixoloji vəziyyəti aydın olub.

ÜST intihar hadisəsi çox olan ölkələrin siyahısını təqdim edib. 2018-ci il statistikasına görə dünyada ən çox intihar hadisələri baş verən ölkələrin ilk onluğu belədir: 

Qrenlandiya – 82%2, Qayana – Cənubi Afrikada – 30%3, Lesoto – 28%4, Rusiya – 26%5, Litva – 25%6, Surinam – 23%7, Kot-d-İvuar – 23%8, Qazaxıstan – 22%9, Qvineya – 22%10, Belarus – 21%

 

Məlumatlara görə yaponlar hamıdan daha çox intihara meyillidir. Amma ÜST-ün statistikasında Yaponiya birinci yerdə yox, 31-ci yerdədir. Qardaş ölkə - Türkiyə 118-ci yerdə, Azərbaycan isə 176-cı yerdədir.


Xatırladaq ki, bu statistika pandemiyadan əvvəl hazırlanıb. Baş verən intihar olayları ilə bağlı real statistikaya görə növbəti 2 ilin hesabatında Azərbaycan irəliyəyəcək. Son 2 ildə ölkədə intihar hadisələri çoxalıb. Xüsusilə, bu artım pandemiya dövründə müşahidə edilib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Neftçi” 4 milyonluq hücumçu gətirir

“Neftçi” 4 milyonluq hücumçu gətirir

“Yumşaq desək, bunun adı riyakarlıqdır, ikiüzlülükdür!”

“Yumşaq desək, bunun adı riyakarlıqdır, ikiüzlülükdür!”

“Yelo Bank”a sanksiya tətbiq olunmasına Taleh Kazımovdan REAKSİYA

“Yelo Bank”a sanksiya tətbiq olunmasına Taleh Kazımovdan REAKSİYA

FAKTİKİ HAVA: Bəzi yerlərdə şimşək çaxır, Şahdağa qar yağır

FAKTİKİ HAVA: Bəzi yerlərdə şimşək çaxır, Şahdağa qar yağır

Jiva "Avroviziya" səhnəsində - FOTO

Jiva "Avroviziya" səhnəsində - FOTO

500 manatlıq əskinaslar dövriyyəyə buraxılacaq? - RƏSMİ

500 manatlıq əskinaslar dövriyyəyə buraxılacaq? - RƏSMİ

Azərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTO

Azərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTO

Renat Dadaşov Türkiyəyə QAYIDIR

Renat Dadaşov Türkiyəyə QAYIDIR

Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürüldü

Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürüldü

Ədalət Şükürov xanımı, oğlu və gəlini ilə - VİDEO

Ədalət Şükürov xanımı, oğlu və gəlini ilə - VİDEO

Mövlud Çavuşoğlunun qardaşı güllələndi – FOTO

Mövlud Çavuşoğlunun qardaşı güllələndi – FOTO

Dünya Bankından KRİTİK XƏBƏRDARLIQ – Azərbaycana necə təsir edəcək?

Dünya Bankından KRİTİK XƏBƏRDARLIQ – Azərbaycana necə təsir edəcək?

Mingəçevirdə dava: 60 yaşlı kişinin başı KƏRPİCLƏ YARILDI

Mingəçevirdə dava: 60 yaşlı kişinin başı KƏRPİCLƏ YARILDI

Strateji valyuta ehtiyatlarımız 87 milyard dolları ÖTDÜ

Strateji valyuta ehtiyatlarımız 87 milyard dolları ÖTDÜ

Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı QƏRAR VERDİ - FOTO

Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı QƏRAR VERDİ - FOTO

Türkiyə - Azərbaycan Universitetində təhsil alan tələbələrin SAYI açıqlandı

Türkiyə - Azərbaycan Universitetində təhsil alan tələbələrin SAYI açıqlandı

Azərbaycan Pakistana humanitar yardım göndərdi – FOTO

Azərbaycan Pakistana humanitar yardım göndərdi – FOTO

Azərbaycanı “Böyük Dəbilqə”də onlar təmsil edəcək – ADLAR

Azərbaycanı “Böyük Dəbilqə”də onlar təmsil edəcək – ADLAR

İnflyasiya ərzaq qiymətlərinə necə təsir göstərib? – RƏSMİ AÇIQLAMA

İnflyasiya ərzaq qiymətlərinə necə təsir göstərib? – RƏSMİ AÇIQLAMA

Xoşqədəmin əkizləri 10 yaşında: "Bir-birinizi heç vaxt buraxmayın" – VİDEO

Xoşqədəmin əkizləri 10 yaşında: "Bir-birinizi heç vaxt buraxmayın" – VİDEO

Burada ölmək qadağandır – Fotolar

Burada ölmək qadağandır – Fotolar

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO

ABŞ Peşəvərdəki Baş Konsulluğunu bağlayır

ABŞ Peşəvərdəki Baş Konsulluğunu bağlayır

End of content

No more pages to load

RADİO