“Naxçıvanda rus vertolyotunun vurulmasında Vasif Talıbovun ciddi əli var” — SENSASİON MÜSAHİBƏ

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu demokrat.az-a müsahibə verib.

Bizim.Media həmin müsahibəni sizə təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Vasif Talıbovla bağlı QƏRAR VERİLDİ


-  Sərdar bəy, Vasif Talıbovun istefasının səhhəti ilə bağlı olmasına inanırsınız?

- Təbii ki, Vasif Talıbovun işdən azad olunması onun səhhəti ilə bağlı deyil. Mən bilirəm ki, Vasif Talıbovun səhhətində həqiqətən də uzunmüddətdir ciddi problemləri var. Şəkər xəstəliyi, təzyiqi var və s. Vasif Talıbovun Naxçıvandan işdən çıxarılmasının onun çox ciddi siyasi ambisiyaları, Azərbaycan dövlətinə qarşı xəyanət kimi dəyərləndirilən addımları ilə Azərbaycan rəhbərliyinə tabe olmamağının və Naxçıvanı Azərbaycanın nəzarətindən çıxartmaq cəhdi ilə bağlıdır. 

- 2020-ci ilin 9 noyabr axşamı Naxçıvan istiqamətində rus helikopterinin vurulması təxribatında Vasif Talıbovun hansısa rolu ola bilərdimi?

- Bu gün rus silahlı qüvvələrinin Xankəndinə girməsi Naxçıvanda vurulan vertolyot hadisəsi ilə bağlıdır. Ona görə də, bugünə qədər də Naxçıvanda kimin göstərişiylə, kimin o vertolyotu vurduğu bəlli deyil. Onu ruslar  vurub Naxçıvanın üstünə atıb, yəni ki, bu günə qədər o məsələ aydınlaşmır. Bu da onu göstərir ki, Naxçıvan rəhbərliyinin də bu məsələdə çox ciddi əli var.

Eləcə də, son vaxtlar İranın Naxçıvana qarşı olan iddiaları ilə bağlı Naxçıvan Muxtar Respublikasında nə rəhbərlikdə olan şəxslər, nə də adi vətəndaşlar öz mövqelərini ortalığa qoyublar, etirazlarını bildirməyiblər. Bu da onu göstərir ki, Naxçıvan rəhbərliyi Azərbaycan rəhbərliyindən fərqli olaraq İranla tamamilə başqa bir əlaqələr yaradıb. Baxmayaraq ki, dəfələrlə İranda İlham Əliyevin şəxsən özünün əleyhinə, dövlətimiz əleyhinə çox kəskin bəyanatlar verib. Amma, belə bəyanatlara cavab olaraq Naxçıvan Muxtar Respublikasında heç kəs ağzını açıb nə Prezidenti müdafiə edib, nə dövlətimizi, nə də millətimizi müdafiə edib. Bu da onu göstərir ki, həqiqətən də Naxçıvanla İran arasında Azərbaycanla İran arasındakı münasibətdən fərqli münasibətlər formalaşdırıb. Bu isə Naxçıvan ərazisindən keçməli olan İpək yolunun çox ciddi şəkildə problemlərlə üzləşəcəyindən xəbər verir.

Dəfələrlə Türkiyə xüsusi təhlükəsizlik orqanlarını Naxçıvanda bir PKK və İŞİD üçün müəyyən bir tranzit yol olmasıyla bağlı məlumatlar olub. Hətta Vasif Talıbovun və adamlarının da PKK ilə və digər  bu cür qüvvələrlə əlaqəsinin olması haqqında çoxlu məlumatlar var. Ona görə də, Vasif Talıbovun işdən çıxarılması tamamilə siyasi motivlidir. Onun Vətənə, dövlətə zidd mövqe tutması ilə bağlıdır.

- Nə zamansa Naxçıvandan dindarların İrana hər hansı müraciəti olubmu?

- İran dindarları heç vaxt müraciət etməyiblər və hansı mənada müraciət edəcəklər? İran Naxçıvandan həmişə Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı bir silah kimi istifadə edib. Bir çox hallarda buna müvəffəq də olubdur. Görünür, son vaxtlarda İran onun əleyhinə siyasətdən narazı qaldığından, yenə də Naxçıvandan İlham Əliyevə qarşı istifadə etmək cəhdləri edibdir. Yaxşı  ki, bu cəhdlər baş tutmadı və vaxtında Vasif Talıbov Naxçıvandan uzaqlaşdırıldı. Vasif Talıbov Naxçıvan Muxtar Respublikasını tamamilə boşaldıb. Orada əhaliyə divan tutub. İnsan ağlına gəlməyən qaydalar tətbiq edib.  

Naxçıvanın tarixi abidələrini darmadağın edib. Özünün öz ağlı ilə həmin abidələrin yerində tamamilə müasir qayda da guya abidələr düzəldib və s. Həm mədəniyyətimizə böyük ziyan vurub, həm iqtisadiyyatımıza, həm Naxçıvan camaatının demoqrafik proseslərinə çox mənfi təsirləri olan işlər aparıb, həm də Azərbaycan hakimiyyətinə və dövlətinə tabe olmamaq istiqamətində çox ciddi "işlər" görüb. Ona görə də, mən Vasif Talıbovun işdən çıxarılmasını Vətənə xəyanətlə bağlı olduğunu düşünürəm.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO