Fazil Mustafa: “Mark o milyardları leqal yolla qazandığına görə bunu rahat şəkildə kiməsə bağışlaya bilir, ancaq bizim milyonçular çirkli pullarını açıqlaya bilmirlər”x9d
Dəyanət Rzayev: “Bu məsələnin kökündə Şərqə məxsus acgözlük və pula hərislik var”x9d
“Facebook”x9d sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq ata olub və bu münasibətlə sərvətinin 99 faizini, yəni 45 milyard dolları "Chan Zuckerberq Vəqfi"nə bağışlayıb. Müqayisə üçün deyək ki, bu məbləğ növbəti il üçün proqnozlaşdırılan Azərbaycan dövlət büdcəsinin gəlirlərindən təxminən 3 dəfə çoxdur.
Onu da xatırladaq ki, bu dünya təcrübəsində zəngin insanların imza atdığı ilk belə xeyriyyə addımı deyil. Daha öncə “Microsoft”x9dun yaradıcı Bill Geyts də dəfələrlə sərvətindən milyardlarla dollar xeyriyyə fondlarına bağışlamışdı.
Onu da qeyd edək ki, belə milyarderlər Şərq ölkələrdində də kifayət qədərdir. Lakin onlardan kiminsə sərvətinin böyük bir hissəsini xeyriyyə məqsədilə bağışlaması barədə məlumatlar almırıq. Elə Azərbaycanda da milyonlarla manat sərvətə sahib insanlar gözə çarpacaq heç bir xeyriyyə işi görmürlər. Lakin xeyriyyəçiliyin tarixinə baxsaq bu sahədə Azərbaycanın Hacı Zeynalabdin Tağıyev kimi sərvətini xalqın rifahına, təhsilinə, səhiyyəsinə xərcləyən messenantı var. Lakin indi belə şəxslərə təəssüf ki, təsadüf olunmur.
Bəs, Azərbaycanda xeyriyyəçilik ənənələrinin yox olmasının səbəbi nədir?
Musavat.com-un sualını cavablandıran deputat Fazil Mustafa bildirdi ki, bizdə bu təcrübənin olmamasının səbəbi odur ki, insanlarda iman və axirətlə bağlı düşüncə yoxdur: “Azərbacyanda imkanlı insanların əksəriyyətinə fikir vermisinizsə, onlar elə düşünürlər ki, pulu özləri ilə axıra qədər saxlayıb, o dünyaya da aparacaqlar, orada da xərcləyəcəklər. Azərbaycanda məktəb tikmək, məktəbə pul ayırmaq, böyük bir pedaqoji layihəyə pul ayırmaq ənənəsi yoxdur. Bunun bir səbəbi bundan qaynaqlanırsa, ikinci bir səbəbi də qeyri-leqal yolla milyonların qazanılması ilə bağlıdır.
Mark o milyonları leqal yolla qazandığına görə bunu rahat şəkildə kiməsə bağışlaya bilir. Bizdə isə kimsə milyonçu olmasını açıqlasa, dərhal onun hansı şəkildə sərvət qazanması ilə bağlı məsələ gündəmə gələcək, müxtəlif cinahlardan onun sərvətini ələ keçirməyə çalışacaqlar. Ona görə də, hansı ağlı başında olan adam deyər ki, mən milyonçuyam, filan qədər pulum var. Mark bunu açıqlaya bilər, ancaq Həsən, Məmməd açıqlaya bilmir. Çünki, iqtisadi sferada, gəlirlərin qazanılmasında şəffaflıq yoxdur”x9d.
Deputatın sözlərinə görə, əgər iqtisadi şəffaflıq olsa, ən çox vergi verən müəyyən olunsa, ölkədə həqiqi mənada gəlir deklorasiyası olsa, heç kim gəlirlərini gizlətməsə, onda tamamilə başqa bir mühit olar və azərbaycanlıların da içindən belə xeyriyyəçi insanlar çıxar: “Düzdür, onların sayı elə də çox olmaz. Çünki, biz axirət qorxusu daşımayan bir cəmiyyətik. Bizim hesab verəcəyimiz haqqında təsəvvürlərimiz çox məhduddur. Odur ki, insanlar savab işlər görməyə, xeyir işləməyə can atmırlar. Səbəblər çoxdur, ancaq mən əsas bu ikisini önə çəkmək istərdim”x9d.
Psixoloq Dəyanət Rzayev deyir ki, ölkədə maliyyə amnistiyası olmadığı üçün milyonerlər qeyri-leqal yollarla qazandıqlarını açıqlamaqdan və istifadə etməkdən qorxurlar: “Dünyanın əsas milyarderləri çox sadə həyat tərzi sürür, orta qiymətdə olan avtomobillərdən istifadə edir, sadə evlərdə yaşayırlar. Əksəriyyəti ömrünün sonunda sərvətinin çox kiçik bir hissəsini övladlarına saxlayır, digər hissəsini xeyriyyə qurumlarına bağışlayırlar.
Bizdə isə bu məsələ bir qədər fərqlidir. Çünki, milyonları, milyardları olan insanlar bunu çox vaxt qeyri-leqal yollarla əldə edirlər. Azərbaycanda maliyyə amnistiyası olmadığına görə heç kim deyə bilmir ki, neçə milyard və ya neçə milyon pulu var. Hansı məmur deyə bilər ki, onun milyonları var. Düzdür, bahalı maşınlar sürürlər, bahalı villalar tikirlər. Lakin xeyriyyəçilik etmək üçün rəsmi maliyyə mənbələri yoxdur.
Düzdür, bəzən bir neçə kiloqram ət alıb uşaq evlərinə aparmaqla özlərinin xeyriyyəçilik etmiş olduqlarını düşnürlər. Lakin ciddi bir iş görmürlər. Çünki, bu, onlar üçün təhlükəlidir. Təbii ki, pulun mənbəyini soruşduqda “oğurlamışam”x9d deyə bilməzlər. Xeyriyyəçilik etmək üçün gərək pulun rəsmi mənbəyi olsun, şəffaf yolla qazanılsın”x9d.
Psixoloq bu durumun əsas səbəbi kimi, Şərq acgözlüyünü, Şərq insanının pula hərisliyini də əsas göstərir: “Digər tərəfdən isə Şərqə məxsus acgözlük və pul hərisliyi var. Avropalı başa düşür ki, çox pul böyük bir əziyyətdir. Əgər sənin külli miqdarda pulun varsa, onu səndən almağa çalışan insanlar da olacaq. Bu pul sənin övladların üçün də bəla ola bilər. Avropa insanı bilir ki, çox pul heç vaxt xoşbəxtlik gətirməyib. Bir çox insanlar bunu dərk eləmir.
Pulu qazanmaq üçün də, xərcləmək üçün də ağıl lazımdır. Xaricdə imkanlı ailələrin gəlirlərini yönəldən maliyyə menecerləri var. Azərbaycanda isə bu peşə yoxdur. Onlar pulu istiqamətləndirirlər ki, pul daha da çoxalsın.
Avropada insanlar arasında təbəqələşmə elə də güclü deyil. Hamı orta təbəqə kimi yaşayır. Gəlir səviyyəsindən asılı olmayaraq, hamı təxminən eyni dərəcəli avtomobil sürür. Ancaq Şərqdə təbəqələşmə uçurum həddindədir, insanların bir qismi dilənçi günündədir, bir qismi isə həddindən artıq varlıdır. Şərqdə iqtisadi ədalət heç zaman olmayıb. Çünki, Şərqdə insanlarda doymaq hissi yoxdur”x9d. (musavat.com)