Öd daşı xəstəliyinin yaranma səbəbləri və təbii üsulla müalicəsi... -Həkim məsləhəti


Öd daşı xəstəliyi son illər daha da artması müşahidə olunur. Kişilərə nisbətən qadınlarda bu xəstəlik 6-7 dəfə çox rast gəlinir. Öd daşı xəstəliyinin əmələ gəlməsi haqqında müxtəlif nəzəriyyələr var. Bu cəhətdən cinsiyyətə, yaşa, infeksiyaya, öd durğunluğuna və madələr mübadiləsində baş verən dəyişikliklərə xüsusi əhəmiyyət verilir.
Öd daşı xəstəliyi ən çox orta yaşlarda (qadınlarda 35, kişilərdə  40 yaşlarda) əmələ gəlir. Yaş artdıqca xəstələnmə hallarına daha tez-tez rast gəlinir. Öd daşı xəstəliyi başlandıqdan xeyli müddət sonra, yəni öd kisəsində daş əmələ gəldikdən tam sonra xəstəliyin kliniki əlamətləri meydana çıxır.
Cinsiyyətin roluna gəldikdə, qadınlarda bu xəstəlik kişilərə nisbətən daha tez-tez rast gəlinir. Buna səbəb olan birinci amil hamiləlikdir. Hamiləliyin öd daşı xəstəliyinin əmələ gəlməsində mühüm rolu ondan ibarətdir ki, bu zaman qanda xolisterinin miqdarı artır. Digər tərəfdən böyüməkdə olan uşaqlıq qarındaxili təzyiqi artırmaqla əlaqədar öd kisəsi və öd yolları sıxılaraq öd durğunluğuna səbəb olur. Klimakteriya dövründə də maddələr mübadiləsi, xüsusən xolisterin mübadiləsi pozulduğuna görə öd daşı xəstəliyi meydana çıxır.
Öd daşı xəstəliyinin əmələ gəlməsində infeksiyanın rolu danılmazdır. Belə ki, infeksion hepatit, yatalaq xəstəliyi parotit zamanı öd kisəsinə düşən infeksiya nəticəsində öd kisəsi selikli qişasının epitelinin soyulub tökülməsinə və öd daşı özəyinin yaranmasına səbəb olur.
Öd daşlarının əmələ gəlməsinə səbəb olan amillərədən biri də öd durğunluğudur. Öd durğunluğuna səbəb öd kisəsi axarında və öd yollarında olan müxtəlif çatışmamaz-lıqlardır.
Öd daşlarının yaranmasında ödün öz tərkibindəki dəyişikliklərində böyük rolu vardır. Belə ki, PH-in azalması nəticəsində ödün fiziki-kimyəvi sabitliyinin dəyişməsi, qloblinlərin miqdarının artması, mikroproteinlərin tərkibindəki dəyişikliklər və s. Öd daşları qara ciyərdə, öd kisəsində və öd yollarında əmələ gəlir. Öd daşı xəstəliyinin əsas əlaməti sağ qabırğaaltı nahiyyəsindəki sancışəkilli ağrıdan, ağrının sağ qola, sağ kürəyə vurmasından, ağızda acılıqdandır. Öd daşı xəstəliyi bəzi hallarda latent  simtomsuz keçərək orta yaşlarda özünü biruzə verir.
Öd daşı xəstəliyinin diaqnozu kliniki əlamətinə, anamnestik məlumatda və ultrasəs müayinəsinə əsasən qoyulur. Daha dəqiq diaqnoz kompüter tomoqrafiya vasitəi ilə aparılır. 
Müalicəsi konservativ və operativ yollardır. Konservativ dərman müalicəsi effektiv olmadığı halda xəstədə operativ müalicə aparılır. Öd kisəsində daş olan zaman xolesistektomiya əməliyyatı aparılır. Ümumi öd axarında daş olan zaman xoledoxotomiya əməliyyatı aparılaraq daş çıxarılır və axacaq drenaj edilir. Öd daşı xəstəliyi vaxtında müalicə olunmazsa öd kisəsinin deşilməsi, öd peritoniti, mədəaltı vəzin iltihabı, ümumi öd axarının tutulması nəticəsində mexaniki sarılıq və sairə kimi ağırlaşmalar baş verir.

Öd daşı kisəsi  xəstəliyinin təbii üsulla müalicəsi:

Öd kisəsi xəstəlikləri zamanı qusma,tempuraturun yüksəlməsi, kopme ve ürek bulanma ile xarakterik olunur. Xəstə insan rahat istirahət etməli, sade sulu yeməklərnən qidalanmalıdiır.Duzlu ve yaglı yeməklərdən ,yumurtadan qida kimi istifadə eləmək olmaz. Öd yollarında bir sira səbəblərdən durgunluq əmələ gelir. Bu da xəstəyə narahatcılıq verir. Qida rejiminin pozulması baş verir. Öd xəstəlikləri zamanı çoxlu xiyar yəmək lazımdır. Öd kisəsində qum olarsa qargıdalı sacaqlarının demləməsindən istifadə etmək lazımdır.


Gülməmməd Həmzəyev, Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

End of content

No more pages to load

RADİO