SDU-da elmi-praktiki konfrans keçirildi

SDU-da “Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunmasının 20-ci ildönümü”x9dnə həsr olunmuş elmi-praktiki konfrans keçirildi.

Noyabrın 12-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Prezident yanında Bilik Fondu ilə birgə “Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunmasının 20-ci ildönümü”x9dnə həsr olunmuş elmi-praktiki konfrans keçirildi.

SDU-nun rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad etdilər.

Konfransda rektor Elxan Hüseynov bildirdi ki, ötən əsrin 90”“cı illərində əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalqımızın qarşısında dövlət təsisatlarının yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi.

Rektor qeyd etdi ki, Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 10-da keçirilmiş son iclasında çıxışı zamanı ulu öndər Heydər Əliyev bu sənədin hazırlanmasına böyük məsuliyyət hissi ilə yanaşdığını xüsusi vurğulayaraq demişdir: “Komissiyanın sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bugün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bugünü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq”x9d. 1996-cı il fevral ayının 6-da Ümummilli lider Heydər Əliyev 12 Noyabrın Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunması barədə sərəncam imzaladı. Artıq 20 ildir Respublikamızda bu tarixi gün böyük təntənə ilə qeyd edilir.

Professor Elxan Hüseynov onu da vurğuladı ki, Konstitusiyamız Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaradıb. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev də demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insanların əsas hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi istiqamətində mühüm addımlar atır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan bu gün regionda lider dövlətə çevrilmiş, həmçinin dünyada layiqli yerini tutaraq iqtisadi inkişaf tempinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşmışdır.

Mən bu bayram münasibətilə sizi təbrik edirəm, arzu edirəm ki, Ulu öndərin müəllifi olduğu Konstitusiya gününü Dağlıq Qarabağımızda təntənəli qeyd edək və üçrəngli şanlı bayrağımızı Şuşada və Xankəndində dalğalandıraq.

Konfransda Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova çıxışında öncə bugünkü mötəbər tədbirin yüksək səviyyədə təşkil olunmasına görə universitetin rektoru Elxan Hüseynova dərin təşəkkürünü bildirdi və qeyd etdi ki, son dövrlər Sumqayıt Dövlət Universitetində aparılan yenidənqurma işləri və islahatlar məndə xoş təəssürat yaratdı. İnanıram ki, burada təhsil alan hər bir tələbə onlara yaradılan hərtərəfli şəraitdən səmərəli faydalanırlar və qazandıqları mükəmməl bilik ilə dünyanın qabaqcıl ölkələrində bacarıqlı kadr kimi özlərini doğruldacaqlar.

Sonra Dürdanə Məmmədova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müraciət məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Ceyhun Qaracayevin “Azərbaycan Respublikası Konstitusiyasının dövlət quruculuğunda rolu”x9d mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycanın böyük dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan, müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən Konstitusiya xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı çoxəsrlik mübarizənin məntiqi yekununun və təntənəsinin təcəssümüdür.

Konfransda Bilik Fondunun nümayəndəsi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyevin “Azərbaycan Respublikası Konstitusiyası- hüquqi dövlət quruculuğunun təminatı”x9d, Sumqayıt Dövlət Universitetinin Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıxovun “Azərbaycan Respublikası Konstitusiyası mütərəqqi dəyərləri əks etdirən hüquqi sənəddir”x9d, Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədovun “Konstitusiyamızda Azərbaycan dili”x9d, Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimovun “Müstəqil Azərbaycanın inkişafında ilk milli Konstitusiyamızın tarixi rolu”x9d, universitetin Baş hüquqşünası, dosent Əminə Həsənovanın “Konstitusiyamız vətəndaşlarımızın hüquq və azadlıqlarının təminatçısıdır”x9d mövzularında məruzələri dinlənildi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Britaniyanın Ukrayna üçün silah istehsal edən şirkətlərinə hücum edəcək?

Rusiya Britaniyanın Ukrayna üçün silah istehsal edən şirkətlərinə hücum edəcək?

Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

DYP-dən leysan yağışları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən leysan yağışları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Qalmaqallar fonunda yeni Norveç kralı taxta çıxdı - FOTO

Qalmaqallar fonunda yeni Norveç kralı taxta çıxdı - FOTO

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Maduro həbsxanadan tərəfdarlarına müraciət etdi - FOTO

Maduro həbsxanadan tərəfdarlarına müraciət etdi - FOTO

Belarus “Şahed” hücumlarında Rusiyaya yardım edib?

Belarus “Şahed” hücumlarında Rusiyaya yardım edib?

SON DƏQİQƏ: Türkiyənin Qara dəniz sahilində naməlum dron aşkarlandı

SON DƏQİQƏ: Türkiyənin Qara dəniz sahilində naməlum dron aşkarlandı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırdı: 30 gəmi saxlanıldı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırdı: 30 gəmi saxlanıldı

Qarpız qabığının sağlamlıq üçün FAYDALARI

Qarpız qabığının sağlamlıq üçün FAYDALARI

6,2 milyon dollara banan alan milyarder görün nəyin haqq-hesabını çəkir - FOTO

6,2 milyon dollara banan alan milyarder görün nəyin haqq-hesabını çəkir - FOTO

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurdu - VİDEO

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurdu - VİDEO

Cem Yılmaz xəstəxanadan paylaşım etdi - FOTO

Cem Yılmaz xəstəxanadan paylaşım etdi - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bərdədə qəzada xəsarət alan şəxsin SON DURUMU

Bərdədə qəzada xəsarət alan şəxsin SON DURUMU

Mişel Obamanın qızları ilə bağlı etirafı: “Onlar üçün darıxmıram”

Mişel Obamanın qızları ilə bağlı etirafı: “Onlar üçün darıxmıram”

İdeal sevgiliniz necə olmalıdır?

İdeal sevgiliniz necə olmalıdır?

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Süni intellektin yaratdığı qadın kişi komplekslərinə tab gətirmir - VİDEO

Süni intellektin yaratdığı qadın kişi komplekslərinə tab gətirmir - VİDEO

Göyərtəsində 267 nəfər olan gəmidən 172 nəfər xilas edildi - 6 ölü var

Göyərtəsində 267 nəfər olan gəmidən 172 nəfər xilas edildi - 6 ölü var

“Putinin məqsədi yalnız Donetsk vilayəti deyil, bütün Ukraynadır”

“Putinin məqsədi yalnız Donetsk vilayəti deyil, bütün Ukraynadır”

Ukrayna reaktiv “Şahed”ləri vura bilən 4 yeni sistemi sınaqdan keçirdi

Ukrayna reaktiv “Şahed”ləri vura bilən 4 yeni sistemi sınaqdan keçirdi

“Ukraynanı kapitulyasiyaya məcbur etmək üçün taktiki nüvə silahından istifadə etməliyik” - VİDEO

“Ukraynanı kapitulyasiyaya məcbur etmək üçün taktiki nüvə silahından istifadə etməliyik” - VİDEO

Kremldən CİA rəhbərinin Moskvaya səfəri ilə bağlı YENİ AÇIQLAMA

Kremldən CİA rəhbərinin Moskvaya səfəri ilə bağlı YENİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO