Azərbaycanda uşaqlara qoyulacaq adların siyahısı təsdiqləndi

“Valideynlər uşaqlarına “Tutma”x9d, “Bəy”x9d, “Yaraşıq”x9d kimi adlar qoymaq istəyib”x9d.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycanda uşaqlara qoyulan adların siyahısını təsdiq edib. 

Moderator.az xəbər verir ki, bu barədə Report-a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova məlumat verib.

O bildirib ki, adlar siyahısına AMEA-nın Dil Komissiyası baxıb və təsdiqləyib: 

“Siyahı Ədliyyə Nazirliyinə təhvil verilib. Gülüş doğuran, anlaşılmaz adlar siyahıdan çıxarılıb. Hazırda siyahıda gözəl adlar var, ona əsaslanaraq valideynlər övladlarına ad seçimi edə bilərlər. Siyahıdan kənar adların qoyulması qadağan edilə bilməz, çünki xalqın yaradıcılığı sayəsində adlar sistemi daim inkişaf edir. Valideynin özünün yaradıcılıq qabiliyyəti varsa, yeni ad gətirirsə, bunun qarşısı alınmamalıdır”x9d.

Sayalı Sadıqovanın sözlərinə görə, yeni adların qoyulması ilə bağlı Terminologiya Komissiyasına müraciətlər daim daxil olur: 

“Bu yaxınlarda “Alpər”x9d adını övladına qoymaq istəyən valideyn bizə müraciət etmişdi. Bu, türk mənşəli addır, təbii ki, qoyulması münasibdir. “Albas”x9d adının qoyulması ilə bağlı da komissiyaya müraciət daxil olmuşdu.

Komissiya araşdırdı və məlum oldu ki, bu ad “mübariz”x9d mənasını verir və tarixi qəhrəman adıdır. Yəni valideynlər tarixi vərəqləyib dilimizə yeni adlar gətirirsə, bunun əleyhinə çıxa bilmərik. “Beyrək”x9d adı da bu qism adlardandır”x9d.

O, həmçinin qeyd edib ki, körpələrə qoyulan hər bir yeni ad üçün Terminologiya Komissiyasına müraciət olunmur: 

“Qeydiyyat şöbələrinə müraciət olunan adların qoyulmasında mübahisələr varsa, bununla bağlı vətəndaş məhkəməyə müraciət edir. Məhkəmə prosesində komissiyaya müraciət olunur və biz məsələyə münasibətimizi bildiririk”x9d.

Sədr müavininin sözlərinə görə, Terminologiya Komissiyasına “Tutma”x9d, “Bəy”x9d, “Yaraşıq”x9d kimi adların qoyulması ilə bağlı da müraciətlər edilib: 

“Bu nə dərəcədə düzgündür?! Bu qism adlar gələcəkdə uşağın psixologiyasına mənfi təsir edə bilər”x9d.

O, həmçinin bildirib ki, valideynlər övladlarına ad qoyarkən çox diqqətli olmalı və bu işə vicdanla yanaşmalıdırlar: 

“Valideyn özündə məsuliyyət hiss etməlidir və adların ilk növbədə xalqın kimliyini özündə əks etdirdiyini unutmamalıdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda ölənlərin SAYI açıqlandı: ABŞ-İsrail zərbələrindən...

İranda ölənlərin SAYI açıqlandı: ABŞ-İsrail zərbələrindən...

Həcc mövsümündə Səuddiyə Ərəbistanına gedənlərə XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Həcc mövsümündə Səuddiyə Ərəbistanına gedənlərə XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

End of content

No more pages to load

RADİO