Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
SOCAR-dan Moderator.az-a verilən məlumata görə, noyabrın 10-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac”x9d İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zabrat-1', “Zirə-3' və “Yeni Zabrat”x9d qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Zabrat-1 və Balaxanı, həmçinin Xəzər rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.