Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 5-də Müsavat başqanının müavini Tofiq Yaqublunun dərhal azad edilməsi və ona 24 000 avro təzminat ödənilməsi barədə qərar qəbul edib. xa0
Modern.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər məlumat verib. xa0
Tofiq Yaqublu 2013-cü ildə həbs edilib. Onun barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. xa0