Stalinin hakimiyyəti illərində adı sovet vətəndaşlarına nümunə kimi çəkilən Məmləkət Nəhəngova SSRİ məkanında dövrünün ən populyar simalarından biri olub.
11 yaşında Lenin ordeni ilə təltif olunan məktəbli qızın şəkilləri mətbuatın, dərsliklərin bəzəyinə çevrilib, Stalinlə birgə olan portreti bayram tədbirlərində əllərdə gəzdirilib...
xa0
Moderator.az Modern.az -axa0istinadən 30-cu illərin məşhur məktəbli qızı haqqında yazını təqdim edir.
xa0
1930-cu illərin əvvəllərində SSRİ-də iqtisadi müstəqilliyin əldə olunması sahəsində həyata keçirilən tədbirlər sırasında ölkədə kənd təsərrüfatının inkişafı üçün də mühüm addımlar atılmağa başlayıb.
Xüsusilə Orta Asiya respublikalarında pambıq yığımında daha yüksək nəticələr əldə etmək üçün proqramlar hazırlanıb. Bu respublikalarda Stalinin məruzəsindən götürülmüş “Kollektiv işləmək arzusu var, texnika və gübrə veriləcək, zəruri olan bütün yardımlar ediləcək və beləliklə firavan həyata bol pambıqla gedəcəyik...”x9d kimi sətirlər pambıqçıların devizinə çevrilib.
xa0
Bununla yanaşı Stalin pambıqçıların mükafatlandırılması haqqında xüsusi sərəncam da imzalayıb. Sərəncamda pambıqçıların ali mükafat sayılan Lenin ordeni ilə təltif edilməsi, yüksək göstəricisi olan kolxoza yük maşınının verilməsi, həvəsləndirici mükafat olaraq kişilərə cib saatı, qadınlara qol saatının hədiyyə olunması öz əksini tapıb.
xa0
Stalinin elan eydiyi bu “yarışma”x9dnın qaliblərindən biri də 11 yaşlı Məmləkət olub. Məktəbli qız gündəlik planı 14 dəfə artıq yerinə yetirib.

Böyüklər gün ərzində orta hesabla 15 kq pambıq yığdıqları halda Məmləkət gün ərzində məntəqəyə 70-80 kq pambıq təhvil verib.
Göstərdiyi əmək qəhrəmanlığına görə Tacikistanın Stalinabad rayonunun Şahmansurlu kolxozunun məktəbli pambıqçısı Məmləkət Nəhəngova SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Lenin ordeni mükafatına layiq görülüb.
Rəhbərlə Məmləkətin görüşünün təşəbbüskarı isə Stalinin özü olub. Bu görüş haqqında çox-çox sonralar Məmləkət Nəhəngova xatirələrini belə bölüşüb:
xa0
“Mən rus dilində cəmisi bir neçə söz bilirdim. Necə ünsiyyət quracağım haqqında düşünəndə həyəcan keçirirdim. Bir tərəfdən böyük Kremlin əlçatmaz dəhlizləri, digər tərəfdən Stalin şəxsiyyəti ilə birbaşa üsiyyətdə olmaq həyəcanımı artırırdı. Bütün bu hisslərə baxmayaraq bu tarixi görüş baş tutdu.
xa0
Bu görüşdə Mikoyan tərcüməçi rolunu oynayırdı. O tacik dilində az-çox bilirdi. Taciklərə məxsus hal-əhval tutduqdan sonra Stalin mənə Molotov və Andreyevlə birlikdə tacik milli geyimində çəkdirdiyi şəkli şəxsi imzasını qoymaqla mənə hədiyyə etdi.
xa0
Mən də öz növbəmdə ona Tacikstandan gətirdiyim bir kitab hədiyyə etdim. Stalinin iş otağında görüşlə bağlı həyəcanlı fikirlərim alt-üst olmuşdu. Stalin o qədər qayğkeş, mehriban davranırdı ki, mən ona “dədə”x9d deyə müraciət etdim...”x9d
Məmləkətin “dədə”x9d müraciətindən sonra görüşdə iştirak edən MK-nın katibi Andreyev məktəbli qıza irad tutmaq istəyəndə Stalin imkan verməyib.
xa0
Əvvəlcədən əldə etdiyi məlumatlara görə Stalin Məmləkətin atasının vaxtsız dünyasını dəyişməsindən məlumatlı olub. Stalin həm də “dədə”x9d sözünün ata demək olduğunu da bilib. Və bu müraciətdən sonra rəhbər Kalininə müraciət edib:
xa0
- Mixayıl İvanoviç, xahiş edirəm Məmləkətin hədiyyəsini mənə verin
xa0
Kalinin Stalinə qırmızı rəngli məxməri üzlüklü qutunu verib.
xa0
- Məmləkət, bu atadan sənə hədiyyə, necə deyərlər “dədə”x9d hədiyyəsi - deyərək qutudakı qızıl saatı çıxarıb məktəbli qızın qoluna bağlayıb.
xa0
Bu hədiyyədən sonra Məmləkət pəncələri üstünə qalxaraq “rəhmət”x9d deyib və Stalinin boynunu qucaqlayaraq rəhbərin üzündən öpüb.
xa0
Böyük Vətən Müharibəsi illərində Məmləkət könüllü olaraq Leninqrad cəbhəsinə yollanıb. Qərərgahda silah almaq istəyəndə ona bu imkanı verməyiblər. Stalinin “sevimli qızı”x9d cəbhə hospitallarında döyüşlərdə yaralananlara qulluq edib.
xa0
Müharibədən sonrakı illərdə Məmləkət Nəhəngova öz populyarlığından istifadə etməyib.
xa0
O, digərləri kimi Kremlin Qurultaylar Sarayının “müqəvva deputatlar”x9dından olmayıb. Düşənbə Pedaqoji institutunun xarici dillər fakültəsini bitirdikdən sonra dissertasiya işini müdafiə edib, Tacikstan Tibb İnstitutunda kafedra müdiri vəzifəsini icra edib. Bununla yanaşı “Stalinin sevimli qızı”x9dnın şəxsi həyatı da uğurlu olub.
xa0
Bütün bunlara, şəxsi və ictimai həyatındakı uğurlara baxmayaraq Məmləkət Nəhəngov öz doğma vətənində xatırlanarkən ilk növbədə balaca qızcığazın Stalinlə böyük ünsiyyəti göz önünə gəlir.
xa0
Məmləkət Nəhəngova 2003-cü ildə xəstəlikdən vəfat edib.