Elmin Nuri: “Müəllimlərin işə qəbulunda məntiq sualları yenidən salınmalıdır”

“Müəllimlərin işəqəbulu üzrə müsabiqənin test imtahan mərhələsinə Məntiq predmetinə  aid suallar yenidən salınmalıdır. Çağdaş təhsil modelinin bugünkü tələbi müəllimlərdən həm də yüksək səviyyəli məntiqi əlaqələndirmə bacarığı tələb edir”.

 

Moderator.az  xəbər verir ki, bunu Sitat.info-ya açıqlamasında elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

 

Onun sözlərinə görə, hazırki tədris proqramının əsas tələbi şagirdlərə təkcə uyğun ixtisasla bağlı zəruri faktları aşılamaq yox, aldıqları bilgiləri həyati əsaslı tətbiqi bacarıqlara çevirməkdir.

 

E.Nuri, MİQ müsabiqəsinin test imtahan mərhələsini əhatə edən sualları əksər hallarda yüksək analitik bacarıq  tələb etməyən, yaddaşdan təfəkkürə keçidi aşa bilməyən tapşırıqlar adlandırıb:

 

“Çağdaş dünya təhsilinin əsas tələbi yaddaşdan təfəkkürə keçid etmək, təhsilalanlarda tətbiqetmə, tədqiqat aparma, analiz qabiliyyətini artırmaqdır. Təhsilin yaxşı  inkişaf etdiyi Avropa, ABŞ və Uzaq Şərq ölkələrində bu model uzun illərdir ki, tətbiq olunur. Bu ölkələrdə  məktəb şagirdi lazımlı-lazımsız  informasiya ilə yükləyən bir məkan yox, onları gələcəyə fərqli müstəvidən yanaşmağı bacaran, prosesləri situasiyaya uyğun olaraq doğru-düzgün analiz edən şəxsiyyət hazırlığı məktəbidir. Biz isə hələ də təhsilalanları yalnız yaddaşın həcminə, şagirdin “hafizə qutusu”ndakı informasiyaların azlıq-çoxluğuna görə dəyərləndiririk.

 

Təəssüf ki, məktəblərdəki qiymətləndirmə çərçivəsi də məhz buradan o tərəfə getmir – necə düşünən yox, necə əzbərləyən şagird daha yaxşı qiymət alır. Bu model müəllimlərin də tədris etdikləri fənnə yanaşmasının əsas göstəricisi olub. Müəllim öz fənnini şagirdə onu necə düşündürmək, analitik qabiliyyətinə necə təkan vermək üçün bir alət kimi sevdirmir. Müəllimlərimiz  üçün öz fənninin şagirddə yaratdığı həyati bacarıqlar da əhəmiyyətli deyil. Bugünkü müəllimlərimizin bir çoxu üçün şagirdin yaddaşına xitab əsas meyardır. MİQ müsabiqəsinə hazırlıqda da o bu meyarı özü üçün əsas götürür. İstər kurikulum, istərsə də ixtisasla bağlı sualları əzbərləmək, tədris edəcək predmeti yalnız informasiya bazası kimi qəbul etmək müəllimlərimizin əsas yanlışlığı sayılmalıdır”.

 

E. Nuri sırf bu məqsədlə MİQ müsabiqəsinin test imtahan mərhələsinə Məntiqə aid sualların yenidən daxil edilməsinin zəruriliyini qeyd edir: 

 

“Xatırlayırsınızsa, 2020-ci ilə qədər MİQ-in test imtahan mərhələsində məntiq predmetinə aid suallar da var idi. Lakin həmin il nazirliyin qərarı ilə Məntiqə aid suallar test imtahanı proqramından çıxarıldı və müəllimlərin bilikləri yalnız ixtisas (40 sual) və kurikulum -metodikaya aid  (20 sual) suallarla məhdudlaşmış oldu. Təəssüf ki, bu xəbəri az qala, bütün müəllimlərimiz yüksək sevinc hissi, toy-bayram ovqatı ilə qarşıladılar. Çünki test imtahan mərhələsində müəllimlərin ən yaralı yeri məhz məntiqə aid suallar idi. Xüsusən də, humanitar və təbiət elmlərinə aid fənləri tədris edən müəllimlər Məntiqi özlərinə tamam yad predmet hesab edir, onu ancaq Riyaziyyat müəllimləri üçün gərəkli sayırdılar. Qətiyyən belə deyil! O zaman MİQ-də Məntiq predmetinə aid suallara verilən cavablar bəlkə də təhsilimizin vəziyyətini müəyyən edən əsas barometr idi.

Təsəvvür edin, sinif otaqlarında şagirdə düşünməyi, hansı yollarla fərqli analiz aparmağı öyrədən müəllim özü məhz bu bacarıqları ehtiva edən bir predmetdən zəif nəticə göstərir. Hələ bu azmış kimi Məntiqin MİQ proqramından çıxarılmasına da sevinir.

Bir neçə gün əvvəl Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva Müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir sıra yeniliklərin olacağını vurğuladı. Həmin yeniliklər isə MİQ üçün o qədər də vacib məsələlər sayıla bilməzdi: 4 səhv cavabın bir doğrunu aparması və hüquqi biliklərə aid sualların 1-ə endirilməsi…

Ötən gün isə nazir Emin Əmrullayev MİQ -in test imtahan mərhələsinin müddətinin 30 dəqiqə artırılaraq, 150 dəqiqə olacağını vurğuladı. Bu kimi hallar da lazımdır, amma əsas məsələlər kənarda qalır. Bugün cavabları əzbərlənmiş faktoloji sualları düzgün işarələmək üçün müəllimə 1 saat da bəs edər. Lakin məntiq əsaslı analitik qabiliyyət tələb edən suallar olduqda həmin 150 dəqiqə bizim üçün daha səhih mənzərəni aydınlatmış olardı. Hansı mənzərə ki, bizim təhsilin durumunu özündə tamamilə əks etdirə biləcəkdi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

End of content

No more pages to load

RADİO