“Kimə “hə”, kimə “yox” imzasını mən atıram” - İlhamə Quliyeva


Nadir Qafarzadə ötən həftə maqazin proqramlarının bir neçəsində “Qrand Müstəqil Milli-İctimai Mükafatı”nı çox dəyərsiz, pulla satılan mükafat adlandırıb.   
Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, Türk dünyasının sənət kraliçası, Dünya Sülh Səfiri İlhamə Quliyeva həmkarı Nadir Qafarzadənin səsləndirdiyi ittihamlara cavab verib.  
O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun aləmimdə Nadir Qafarzadə bu gün gündəmdə olan, çox sevilən, istedadlı müğənnidir və onun xətrini dünyalar qədər istəyir: “10 ildir ki, bu mükafat sənət nümayəndələrinə təqdim olunur. Son 2 ildə isə Mədəniyyət və Turizm Nazirliyi və hörmətli nazirimiz Əbülfəs Qarayev tərəfindən təsis olunur. Mən bu mükafatın qurum sədriyəm. Sahiblərim isə Rusiyada biznes sahəsində yetərincə uğur və nailiyyət qazanmış Valeri və Vadim İlişayev qardaşlarıdır. Mənim qarşıma hazır siyahı qoyulur. Kimə “hə”, kimə “yox” imzasını mən atıram. Nadirin də bu mükafatı almağına çox şad olaram. Nadir ümumiyyətlə, çox mükafatlara layiqdir”.    
Primadonna onu da əlavə edib ki, bu mükafat bizə çox doğma olan qardaş ölkə Türkiyənin də sənət nümayəndələrinə təqdim olunur: “Nadir bildirib ki, həmin türk sənətçiləri bu mükafatı alırlar, geri dönəndə isə hava limanında zibil qabına atıb gedirlər. Mən deməzdim ki, türk sənətçiləri bu mükafat üçün o qədər yol qət edib gələndən sonra gedəndə hansısa zibil qabına atalar. Bu etikadan kənar, xoşagəlməz söhbətdir. Bəli, əvvəl evin içi, sonra kənarı. Nadirin adı bu siyahıda mənə təqdim olunsa, mən buna, əlbəttə ki, sevinərəm. Nadir deyir ki, mükafat pulla satılır. Əgər onun belə bir dəqiq informasiyası varsa, bunu mütləq açıqlasın. Biz bunu müzakirə edək, araşdıraq. Baxmayaraq ki, mən buna inanmıram. Bu 10 il ərzində “Qrand” mükafatında belə bir addımın atılacağını ağlıma gətirmirəm. Çünki bu mükafatın sahibləri sənətə, mədəniyyətə dəyər verən insanlardır”.  
İ.Quliyeva maraqlı bir məqama da toxunub: “ “Qrand” mükafatı adı siyahıda olmayan bir neçə adama təqdim olunub. Mən həmin şəxslərin adlarına imza atmamışam, lakin onlar diplom alıb. “Qrand” mükafatı ilə bağlı Nadir kimisə suçlayırsa, mən istərdim ki, öz dəqiq şərtsiz, böhtansız açıqlamasını versin ki, kimlər mükafatı pulla alıb”.   İlhamə xanım onu da əlavə edib ki, gələn il mükafatın təqdimatı xarici ölkələrdən birində keçiriləcək: “Ölkənin adını hələ ki, açıqlamaq istəmirəm. Amma xarici ölkələrin birindən bizə dəvət gəlib biz də bu dəvəti dəyərləndirəcəyik. Layiqli olan ifaçıları yenə də mükafatlandıracağıq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı – FOTO

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı – FOTO

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışı BAŞLADI

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışı BAŞLADI

6 ayda 2500 müraciət – Qadınlar, yoxsa kişilər daha çox kömək istəyir?

6 ayda 2500 müraciət – Qadınlar, yoxsa kişilər daha çox kömək istəyir?

Şuşadan sonra dəyişən baxış bucağı

Şuşadan sonra dəyişən baxış bucağı

ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb

ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb

Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı – VİDEO

Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı – VİDEO

Ceyhun Bayramov və Lavrov arasında görüş başladı – FOTO

Ceyhun Bayramov və Lavrov arasında görüş başladı – FOTO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas – Nələr müzakirə olundu? – YENİLƏNİB - FOTO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas – Nələr müzakirə olundu? – YENİLƏNİB - FOTO

Konfrans iştirakçıları Qubanın dini ziyarətgahlarında – FOTO

Konfrans iştirakçıları Qubanın dini ziyarətgahlarında – FOTO

Vaqif Nəbiyev vəfat etdi – FOTO

Vaqif Nəbiyev vəfat etdi – FOTO

Dövlət qulluğu imtahanında uğur qazananların NƏZƏRİNƏ!

Dövlət qulluğu imtahanında uğur qazananların NƏZƏRİNƏ!

“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Şuşanın sədası, Ağ Evin əks-sədası

Şuşanın sədası, Ağ Evin əks-sədası

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

İsti havada rahat yatmağın yolları

İsti havada rahat yatmağın yolları

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Samir Şərifova yeni vəzifə VERİLDİ

Samir Şərifova yeni vəzifə VERİLDİ

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

End of content

No more pages to load

RADİO