“Ötən il muğamın inkişafı ilə bağlı Ağdam Muğam mərkəzinin açılışı yadda qalan oldu”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib:
“Ötən il muğamın inkişafı ilə bağlı Ağdam Muğam mərkəzinin açılışı yadda qalan oldu. Özümün “Yaşıl teatr”da, qardaş Türkiyədə və Vyanada solo-konsertlərim oldu”.
Xalq artisti özəl kanallarda görünməməsinə də aydınlıq gətirib:
“Sənətimə uyğun olan verilişlərə gedirəm. Elə aparıcılar var ki, nə sənətimi, nə də özümü onların verilişinə yaraşdırmıram. Ucuz reklamdan qaçan adamam, çünki bu günə pillə-pillə gəlib çatmışam. Çox səbrsiz adamam və aparıcı elə bir sual verə bilər ki, ona ya kobud cavab verərəm, ya da verilişi tərk edərəm. Ona görə də belə verilişlərə getməsəm daha yaxşıdır”.
Vasif Əlihüseyn