Samir Şərifov Vaşinqtonda Qarabağa Böyük Qayıdış prosesindən danışdı  - FOTO

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və nazirliyin nümayəndə heyəti Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun illik toplantısında iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqton şəhərində səfərdədir.

Maliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, oktyabrın 14-də S.Şərifov BVF və Dünya Bankı Qrupunun İllik Toplantısının Plenar iclasında iştirak edib.

BVF və Dünya Bankı Qrupuna üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, mərkəzi bankların və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin də iştirak etdiyi plenar iclasda çıxış edən BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və Dünya Bankı Qrupunun prezidenti David Malpass dünya iqtisadiyyatının cari vəziyyəti, Rusiya-Ukrayna münaqişəsinin qlobal iqtisadiyyat qarşısında yaratdığı çağırışlar, o cümlədən yüksək inflyasiya təzyiqləri və ərzaq təhlükəsizliyi, qlobal iqtisadi inkişafın zəifləməsi və bir çox ölkələrdə borc dayanıqlılığının pozulması risklərinə toxunaraq bu problemlərlə mübarizə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar.

Plenar iclasda, həmçinin Direktorlar Şurası tərəfindən təsdiq olunmuş BVF və Dünya Bankı Qrupunun dünya iqtisadiyyatında baş verən proseslərlə bağlı birgə bəyanatı təqdim olunub.

Səfər çərçivəsində S.Şərifov BVF-nin icraçı direktorunun müavini cənab Bo Li ilə görüşüb. Görüş zamanı Azərbaycan iqtisadiyyatının cari vəziyyəti və inkişaf perspektivləri, əsas makroiqtisadi göstəricilərin dinamikası, BVF ilə mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb.

Nazir ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən islahatlar, qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, habelə işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, fiskal dayanıqlılığın təmin edilməsi üçün fiskal intizamın qorunması, neft gəlirlərindən asılılığın azaldılması hökumətin diqqət mərkəzindədir və bununla bağlı BVF ölkəmizə hərtərəfli dəstək göstərib.
Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçid, büdcə şəffaflığının və hesabatlılığın gücləndirilməsi islahatlarının həyata keçirilməsindən bəhs edən S.Şərifov ölkəmizin Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı tərəfindən hazırlanmış sonuncu Açıq Büdcə İndeksi hesabatında 37 bal irəlilədiyini bildirib.

Öz növbəsində, Bo Li dünyada iqtisadi artımın yavaşlaması, qlobal risklər barədə fikirlərini bölüşüb. O, son illərdə Azərbaycanda qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndirib, BVF-nin bu istiqamətdə ölkəmizə lazım olan dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Azərbaycanın maliyyə nazirinin oktyabrın 15-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Anna Byerde ilə görüşündə isə Azərbaycan ilə Bank arasında mövcud əməkdaşlıq müzakirə olunub.
Eyni zamanda, cari ilin sentyabr ayında xanım Byerdenin Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə qaldırılan məsələlər və verilmiş tapşırıqlara uyğun olaraq Qarabağın və Şərqi Zəngəzurun bərpasında Dünya Bankının iştirakı və tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

BVF və Dünya Bankının rəhbərliyi ilə keçirilən görüşlərdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov və bankın nümayəndə heyəti də iştirak edib.

Vaşinqtona səfəri çərçivəsində Samir Şərifov, həmçinin Azərbaycanın beynəlxalq maliyyə bazarlarında ticarət olunan istiqrazlarının investorları olan investisiya bankları və maliyyə-investisiya şirkətlərinin nümayəndələri ilə də görüşüb.

Görüşdə Azərbaycan iqtisadiyyatında hazırkı makroiqtisadi vəziyyət və inkişaf dinamikası, ölkənin uzunmüddətli inkişaf vektorunu müəyyənləşdirmək üçün qəbul edilən strategiya barədə məlumat verilib, hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən birinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və bərpası, həmin rayonların iqtisadiyyata yenidən reinteqrasiyası, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin həyata keçirilməsi olduğu diqqətə çatdırılıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

End of content

No more pages to load

RADİO