SEPAH növbəti dəfə sərhədlərimizə doğru niyə toplaşıb? – Astanadan qaynaqlanan SƏBƏB

Xəbər verdiyimiz kimi Qazaxıstanın Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Toplantısı baş tutub.

Regionun əsas oyunçularının toplandığı sammit Asiyanın və ümumilikdə dünya siyasətinin gələcək simasının ilk kontrlarını görməyə imkan yaratdı. Bizim üçün ən önəmli və diqqətçəkən məqamsa Zəngəzur dəhlizinin müzakirələrdə mühüm yer tutan mövzulardan biri olması idi.
Diqqətdən yayınmayan önəmli bir nüans da istər plenar iclasda, istərsə də ikitərəfli görüşlərdə masanın üzərinə qoyulmuş “Turan” yazılı su şüşələrinin olması idi. Həmin şüşələr Prezident İlham Əliyev və iranlı həmkarı İbrahim Rəisinin görüşündə də masanın üzərində idi. 
 

MÖVZU İLƏ BAĞLI:

Astana görüşlərindəki TURAN mesajı – FOTO


Bir sözlə Astanada təkcə bəyanatlar yox, ən xırda detallar belə mühüm mesajlarla zəngin idi. 

Amma...

Elə Astana zirvəsi davam edərkən, həm də İlham Əliyevlə Rəisi arasında görüşün baş tutduğu gün cənub qonşumuzdan növbəti xoşagəlməz addımın anonsu verildi. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regional qərargahı Azərbaycanla sərhəddə hərbi təlim keçirəcəyini elan etdi.

Ötən ilin payızında da İranın oxşar addımlarına şahidlik etmişdik. Tehranı narahat edən məsələ isə o zaman olduğu kimi, indi də Zəngəzur dəhlizidir. Reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizi Asiyanı Avropaya birləşdirən əsas körpüyə çevrilmək potensialına malikdir. Məsələyə bu prizmadan yanaşdıqda, eyni zamanda Zəngəzura alternativ yolun İran ərazisindən keçməsinin razılaşdırıldığını nəzərə aldıqda, bu, İran üçün müsbət məqam sayılmalıdır.
Buna baxmayaraq, Zəngəzurun mənəvi dəyəri cənub qonşumuzu qorxuya salmağı bacarıb. Çünki bu koridor həm də türk dünyasının bağı olacaq, Türkiyəni Azərbaycana, Azərbaycanı Mərkəzi Asiyaya bağlayacaq. Belə olan halda isə İran hakimiyyətinin fars şovinizmi siyasətinin ən böyük narahatlığı, türk dövlətlərinin inteqrasiyası yolunda maneə qalmayacaq.  

Digər tərəfdən, Tehranın narahatlığını ordusunu sərhədlərimizə göndərəcək qədər artıran məqamlardan biri də İranın daxilindəki gərgin situasiyadan qaynaqlanır.

Bu ölkəni başdan-başa etiraz dalğası bürüyüb. Cənubi Azərbaycanda isə etirazlarda muxtariyyət, müstəqillik nidaları daha da yüksəlməyə başlayıb. Təbiidir ki, cənublu soydaşlarımızı türk dünyasının yaxınlaşması daha da stimullaşdırır. Əvəzində İranın radikal siyasəti isə alovun üzərinə benzin tökməkdən başqa bir işə yaramır.

Göründüyü kimi Zəngəzur dəhlizinin önəmi beynəlxalq miqyasda müzakirə olunduqca və koridorun reallığa çevrildiyi gün yaxınlaşdıqca Tehranın da narahatlığı paralel olaraq artır. 

Ancaq əbəs yerə

Çünki Zəngəzur dəhlizinin açılmaması üçün İranın Azərbaycana təzyiqləri yetərli ola bilməz. Hal-hazırda qlobal miqyasda Zəngəzur məsələsi müzakirə predmetdiri və İranın buna mane olacaq gücü yoxdur. 

İstər-istəməz ağlımıza bir sual gəlir. İran rejimi bir su şüşəsindən qorxacaq vəziyyətəmi gəlib?

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

End of content

No more pages to load

RADİO