İlham Əliyev: “Azərbaycan Avropa ölkələri üçün önəm daşıyan ölkədir”

"Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir".

Bizim.Media xəbər verir ki, bu fikirləri sentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü zamanı deyib.

"Bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir.

Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var. Biz bu işin birinci mərhələsindəyik. Əminəm ki, bu gün Sizinlə təkbətək görüşdə müzakirə etdiyimiz mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq.

Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir.
Amma haqlı qeyd etdiyiniz kimi, təkcə enerji məsələləri deyil, digər sahələrdə də yaxşı nəticələr var. Humanitar sahəni xüsusilə qeyd etməliyəm. Nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti, əlbəttə ki, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq. Əminəm ki, gələcəkdə təmaslarımız çox olacaq və bizim onsuz da geniş olan gündəliyə yeni məsələlər daxil ediləcək", - Prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı – FOTO

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı – FOTO

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışı BAŞLADI

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışı BAŞLADI

6 ayda 2500 müraciət – Qadınlar, yoxsa kişilər daha çox kömək istəyir?

6 ayda 2500 müraciət – Qadınlar, yoxsa kişilər daha çox kömək istəyir?

Şuşadan sonra dəyişən baxış bucağı

Şuşadan sonra dəyişən baxış bucağı

ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb

ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb

Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı – VİDEO

Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı – VİDEO

Ceyhun Bayramov və Lavrov arasında görüş başladı – FOTO

Ceyhun Bayramov və Lavrov arasında görüş başladı – FOTO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas – Nələr müzakirə olundu? – YENİLƏNİB - FOTO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas – Nələr müzakirə olundu? – YENİLƏNİB - FOTO

Konfrans iştirakçıları Qubanın dini ziyarətgahlarında – FOTO

Konfrans iştirakçıları Qubanın dini ziyarətgahlarında – FOTO

Vaqif Nəbiyev vəfat etdi – FOTO

Vaqif Nəbiyev vəfat etdi – FOTO

Dövlət qulluğu imtahanında uğur qazananların NƏZƏRİNƏ!

Dövlət qulluğu imtahanında uğur qazananların NƏZƏRİNƏ!

“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Şuşanın sədası, Ağ Evin əks-sədası

Şuşanın sədası, Ağ Evin əks-sədası

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

İsti havada rahat yatmağın yolları

İsti havada rahat yatmağın yolları

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Samir Şərifova yeni vəzifə VERİLDİ

Samir Şərifova yeni vəzifə VERİLDİ

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

End of content

No more pages to load

RADİO