Ombudsman Avropa İnsan Hüquqları Məhkəməsinin sədri ilə GÖRÜŞÜB

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Strasburqa səfəri çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Robert Spano ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Ombudsman Aparatından verilən məlumata görə, görüş zamanı tərəflər arasında insan hüquqları sahəsində müxtəlif məsələlərə dair qarşılıqlı müzakirə aparılıb.

Səbinə Əliyeva Ombudsman Aparatı ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələrindən danışarkən təsisatın ayrı-seçkilik üzrə fəaliyyətinin gücləndirilməsinə verilən dəstəyi də qeyd edib.
Ombudsman bu mövzuda paytaxt və regionlarda keçirilən təlimlərdə vətəndaş cəmiyyəti nümayəndələrinin də fəal iştirak etdiyini diqqətə çatdırıb.

Ombudsman çıxışında informasiya əldə etmək hüququnun təmininə nəzarət funksiyası ilə bağlı fəaliyyətin genişləndirildiyini, maarifləndirmə tədbirlərinin təşkil olunduğunu və bu hüququn pozulması halları ilə bağlı protokollar tərtib olunduğunu qeyd edib.

Görüşdə Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə Ombudsman tərəfindən verilmiş təkliflər barədə də danışılıb.

Bununla yanaşı, Ombudsman tərəfindən Konstitusiya Məhkəməsinə müxtəlif məzmunlu sorğular göndərildiyi nəzərə çatdırılıb. Səbinə Əliyeva həmçinin Ombudsmanın illik məruzələrində verilən təkliflərin həyata keçirilməsi ilə bağlı təcrübə haqqında da geniş məlumat verib.

Ombudsman onu da bildirib ki, postmüharibə dövründə Azərbaycanın azad edilmiş ərazilərinə təhlükəsiz qayıdışa və bərpa-quruculuq işlərinin tam sürətlə aparılmasına ən böyük əngəl Ermənistanın həmin ərazilərdə basdırdığı minalar və onların düzgün xəritələrini təqdim etməməsidir.
Bundan başqa, qarşı tərəfin hələ də Azərbaycana 30 ilə yaxındır ki, itkin düşmüş hesab olunan 4 minə yaxın soydaşımız barədə məlumat vermədiyi diqqətə çatdırılıb.

Görüş zamanı R.Spanoya Ombudsman təsisatının yeni hazırlanmış və xarici dillərə tərcümə olunmuş hüquqi maarifləndirici nəşrləri, habelə müharibə və postmüharibə dövründə Ombudsmanın fəaliyyətini əks etdirən materiallar toplusu təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-York merinə AÇIQ MƏKTUB: “Ola bilsin sizi yanlış məlumatlandırıblar”

Nyu-York merinə AÇIQ MƏKTUB: “Ola bilsin sizi yanlış məlumatlandırıblar”

Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

İran ordusu ABŞ-a XƏBƏDARLIQ ETDİ: Güclü cavab verəcəyik...

İran ordusu ABŞ-a XƏBƏDARLIQ ETDİ: Güclü cavab verəcəyik...

Çernobıl əlillərinə avtomobillər verildi - FOTO

Çernobıl əlillərinə avtomobillər verildi - FOTO

İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

"Neftçi" və "Qarabağ" azarkeşlərə ÇAĞIRIŞ ETDİ: Hər birimizə yaraşan rəqiblərə ehtiram göstərməkdir!

"Neftçi" və "Qarabağ" azarkeşlərə ÇAĞIRIŞ ETDİ: Hər birimizə yaraşan rəqiblərə ehtiram göstərməkdir!

Yevlaxda kişini ilan sancdı - təcili BAKIYA göndərildi

Yevlaxda kişini ilan sancdı - təcili BAKIYA göndərildi

Azərbaycan və Ukrayna arasında 6 SƏNƏD İMZALANIB

Azərbaycan və Ukrayna arasında 6 SƏNƏD İMZALANIB

Bakıda “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi - FOTO/VİDEO

Bakıda “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi - FOTO/VİDEO

"Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

"Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

Kamçatkada 5,5 maqnitudalı ZƏLZƏLƏ

Kamçatkada 5,5 maqnitudalı ZƏLZƏLƏ

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

Sarsılmaz iradəyə sahib olan insanların 4 doğum tarixi

Sarsılmaz iradəyə sahib olan insanların 4 doğum tarixi

Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır

Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır

Alyaska sahillərində güclü ZƏLZƏLƏ oldu

Alyaska sahillərində güclü ZƏLZƏLƏ oldu

İntensiv yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

İntensiv yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Süni intellekt “yalan danışır”? – Alimlərdən risklər barədə XƏBƏRDARLIQ

Süni intellekt “yalan danışır”? – Alimlərdən risklər barədə XƏBƏRDARLIQ

Azərbaycan duz istehsalını ARTIRIB

Azərbaycan duz istehsalını ARTIRIB

Tək analığa meyillənmə - Kişilərdən niyə İMTİNA EDİRLƏR?

Tək analığa meyillənmə - Kişilərdən niyə İMTİNA EDİRLƏR?

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB: “Məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir!”

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB: “Məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir!”

Qidaları dondurucuda saxlamağın təhlükəsiz YOLLARI

Qidaları dondurucuda saxlamağın təhlükəsiz YOLLARI

Şəkidə hərəkətdə olan yük avtomobili yandı – VİDEO

Şəkidə hərəkətdə olan yük avtomobili yandı – VİDEO

Naxçıvanda ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Naxçıvanda ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi – FOTO

Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi – FOTO

End of content

No more pages to load

RADİO