İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edir - FOTO/VİDEO

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu başlayıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edir. 

Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edir. 

Qeyd edək ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur.

Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtalyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir. 

“The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. 
Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.

Bizim.Media
 





















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lautaro Martines "Barselona"nın alternativ transfer hədəfində

Lautaro Martines "Barselona"nın alternativ transfer hədəfində

Deniz Seki xəstəxanaya yerləşdirildi

Deniz Seki xəstəxanaya yerləşdirildi

Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır

Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi dəyəri yenidən ön plana çıxıb

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi dəyəri yenidən ön plana çıxıb

İran raketləri HHM sistemləri ilə qarşılaşarkən trayektoriyasını dəyişə bilir - VİDEO

İran raketləri HHM sistemləri ilə qarşılaşarkən trayektoriyasını dəyişə bilir - VİDEO

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

Etna vulkanı püskürdü — Kataniya hava limanında uçuşlar məhdudlaşdırıldı - VİDEO

Etna vulkanı püskürdü — Kataniya hava limanında uçuşlar məhdudlaşdırıldı - VİDEO

Cənubi Koreyada xilas edilmiş bayquş balaları belə bəslənilir - VİDEO

Cənubi Koreyada xilas edilmiş bayquş balaları belə bəslənilir - VİDEO

Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO

Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO

Brilliant Dadaşova oğlunun ad gününü bağında qeyd etdi - VİDEO

Brilliant Dadaşova oğlunun ad gününü bağında qeyd etdi - VİDEO

İlham Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

İlham Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

Barak Obama kitablar haqqında podkast yayımlayacaq

Barak Obama kitablar haqqında podkast yayımlayacaq

Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!" - FOTO

Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!" - FOTO

Tramp: “Növbəti prezident gördüyüm böyük işləri öz adına çıxacaq” - VİDEO

Tramp: “Növbəti prezident gördüyüm böyük işləri öz adına çıxacaq” - VİDEO

Gəncədə iki avtomobil toqquşdu, bir yaralı var - FOTO

Gəncədə iki avtomobil toqquşdu, bir yaralı var - FOTO

Apokalipsisdən qaçış: milyarderlər dünyanın sonunu Argentina çöllərində qarşılamağa hazırlaşırlar

Apokalipsisdən qaçış: milyarderlər dünyanın sonunu Argentina çöllərində qarşılamağa hazırlaşırlar

ADNSU-nun rektorundan abituriyentlərə MÜRACİƏT

ADNSU-nun rektorundan abituriyentlərə MÜRACİƏT

Goranboy qəzasında xəsarət alanların kimliyi AÇIQLANDI

Goranboy qəzasında xəsarət alanların kimliyi AÇIQLANDI

SON DƏQİQƏ: Kəlbəcərdə zəlzələ oldu

SON DƏQİQƏ: Kəlbəcərdə zəlzələ oldu

Zelenski: Şimali Koreya Rusiyaya ballistik raket göndərir

Zelenski: Şimali Koreya Rusiyaya ballistik raket göndərir

İtaliyada yolsuz və rabitəsiz cənnət: turistlərin tanımadığı Palmarola adası - FOTO

İtaliyada yolsuz və rabitəsiz cənnət: turistlərin tanımadığı Palmarola adası - FOTO

Azərbaycanda "su qiymətinə" avtomobillər hərraca çıxarılır - SİYAHI

Azərbaycanda "su qiymətinə" avtomobillər hərraca çıxarılır - SİYAHI

"Bavariya" Qambiya çempionatından 18 yaşlı futbolçunu transfer etdi

"Bavariya" Qambiya çempionatından 18 yaşlı futbolçunu transfer etdi

Goranboyda ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

Goranboyda ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO